Cümə axşamı, 2024-04-25, 7:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Övladını sevindirəni Allah Qiyamət günü sevindirər
2013-10-22, 8:23 AM
Övladını sevindirəni Allah Qiyamət günü sevindirər

  "O insan ki, övladını öpər, əməl dəftərinə savab yazılar. O kəs ki, övladını sevindirər, Allah da Qiyamət günü  onu sevindirər”. Biz hamımız bilirik ki, bu günün uşaqları gələcəyin  sərmayəsidirlər. Cəmiyyətimizin gələcək inkişafı onların düzgün böyüməsindən asılıdır. Uşaq şəxsiyyətinin formalaşmasına təsir edən yüzlərlə amil içərisində ailə mühitinin səmimi və sevincli olması  xüsusi əhəmiyyətə malikdir. Çünki uşaq ilk addımlarını atdığı zaman ailədə onun düzgün inkişaf etməsi üçün münasib şərait olmaldır. Bu cür ailələrdə tərbiyə də asan və rəvan olacaqdır. (Tebyan)
Təbiidir ki, məhəbbət dolu rəftar görən uşağın qəlbində də bu sevgi kök atacaqdır. Məhəbbət və stimulla dolu bir şəxsiyyətin formalaşması üçün zəminə hazırlayacaqdır. Beləliklə, belə nəticə çıxara bilərik ki, bizim parlaq cəmiyyətimizin gələcəyi uşaqlarla xoş rəftarımızdan asılıdır. Peyğəmbəri-Əkrəmin (s) rəftarı bunun göstəricisi idi, belə ki, Həzrət (s) uşaqların sevinməsinə və onların sevindirilməsinə xüsusi əhəmiyyət verirdi. Nəinki evdə olan uşaqları, hətta cəmiyyətdə olan bütün uşaqların sevinməsinə əhəmiyyət verirdi. Peyğəmbərimiz (s) uşaqların mehriban qəlbini heç bir zaman incitməzdi. Hətta namaz qılan zaman körpələr ağlayanda belə namazını onu sakitləşdirmək üçün qısa edərdi.
İmam Sadiq (ə) buyurur: "Rəsuli-Əkrəm (s) camaatla zöhr namazını qılır. Amma son iki rükətini sürətlə (müstəhəblərsiz) qılır. Namazdan sonra insanlar soruşur: "Ey Allahın Rəsulu! Namazda nə isə baş verdi?”. Həzrət (s) buyurdu: "Məgər nə olub ki?”. Dedilər: "Namazın son iki rükətini sürətlə qılmısan”. Buyurdu: "Məgər uşağın ağlamaq səsini eşitmədinizmi?””.
Bu, Peyğəmbərin (s) həmişəki rəftarı idi. Peyğəmbərin (s) əmisi Abbasın həyat yoldaşı Ummi Fəzl deyir: "Allahın Peyğəmbəri (s) nəvələrindən birini məndən alıb, qucaqladı. Uşaq Peyğəmbərin (s) paltarını islatdı və mən uşağı Peyğəmbərin (s) qucağından aldım”. Həzrət (s) buyurdu: "Ummi Fəzl, sakit ol. Mənim paltarımı su paklayacaqdır, bəs uşağın qəlbindəki küdurəti nə aradan qaldıracaqdır?”.
Bu hədislərdən görmək olur ki, uşağın qəlbi, cismi kimi lətif və zərifdir. Mümkündür ki, kiçik kobudluq və ya narahatlıqla ciddi zərər görsün. Ona görə də bilmək lazımdır ki, o ailədə ki, qəm-qüssə, kobudluq, əziyyət çoxdur, uşaq sevinci təhlükə altına düşər. Birbaşa uşağın şəxsiyyətinə təsir qoyar. Bəzən onun təsirlərini aradan qaldırmaq qeyri-mümkün olar.
Onu da bilmək lazımdır ki, hər kim və ya hər bir şəraitdə bu cür rəftar edərsə, bəyənilməyən və məzəmmət edilən bir rəftar etmiş olar. Baxmayaraq ki, ailədə olsun, ata-ana, baba-nənə tərəfindən olsun, istərsə də uşaq bağçasında və ya məktəbdə olsun. Ya da küçə və bazarlardakı insanların tərəfindən olsun, öz pis təsirini uşaq şəxsiyyətinə vuracaqdır.
Ona görə də Allahın son Elçisi (s) bütün səyi ilə çalışır ki, Allahın vacibatı olan namazı yerinə yetirəndə belə, uşaqların qəlbində bir zərrə küdurət yaranmasın. Peyğəmbərin (s) səhabələrindən biri deyir: "Peyğəmbər (s) insanları namaza dəvət etdi, Həsən də (ə) onunla idi. Peyğəmbər (s) onu yanında əyləşdirdi və namaz üçün ayağa qalxdı. Ancaq səcdələrdən biri çox uzun çəkdi. Mən başımı səcdədən qaldırdım və gördüm ki, Həsən (ə) Peyğəmbərin (s) belinə çıxmışdır. Peyğəmbər (s) o qədər səbir etdi ki, uşaq özü aşağı düşdü”.
Uşaqları razı salmaq və onu incitməkdən çəkinmək - onları tərbiyə etməyin ilk mərhələsidir. Bu mərhələyə nəzarət edilməsinə baxmayaraq, həm ailədə və həm də cəmiyyətdə kifayət səviyyədə deyildir. Çünki, uşaqlar üçün şadlana biləcəkləri bir şərait yaratmaq lazımdır ki, zərif və lətif ruhları nəvaziş görsün və kiçik qəlbi sevinc dənizinə qərq olsun. Bu iş ilk növbədə valideynlərin vəzifəsidir. Onlar bu sevinci uşağın qəlbinə salmalıdırlar. Peyğəmbərimiz (s) bu haqda buyurur: "O kəs ki, qız övladını sevindirər, sanki İsmayil (ə) övladlarından olan qulu azad etmiş kimi olar. Hər kim oğlan övladını sevindirər, sanki o kəs kimi olar ki, gözü Allah qorxusundan ağlayar. Hər kim Allah qorxusundan ağlayar, Allah onu behiştin bol nemətli bağlarına daxil edər”.
 Uşaqları sevindirmək o qədər də çətin bir iş deyildir. Bir ata gülüşü və bir ana nəvazişi ilə uşağımızın qəlbində sevinc rahatlığı yaratmaq olar. Peyğəmbərimiz (s) buyurur: "O zaman ki, ata sevgi dolu baxışlarla övladını sevindirər, Allah ona bir qul azad etmək savabını inayət edər”. Soruşurlar: "Əgər hər gün yüz dəfə baxarsa?”. Həzrət (s) buyurur: "Allahu Əkbər”. ("Allah ondan böyükdür”. Yəni, Allah ondan ucadır ki, bu savabı verməyi əsirgəsin).
/Deyerler.org/
Category: Uşaq | Added by: Ənfal
Views: 990 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]