Cümə axşamı, 2024-04-18, 8:42 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Övladı necə tərbiyə etmək lazımdır: sərt, yoxsa mülayım?
2014-01-13, 7:45 PM
Övladı necə tərbiyə etmək lazımdır: sərt, yoxsa mülayım?
 
Ailə mühitində ana və atanın ən mühüm vəzifəsi - övladlarının təlim və tərbiyəsi, təhsilidir. Ata və ana gərək övladlarına bir şəxsiyyət kimi yanışıb, ona hörmət etsinlər. Övlad dünyaya gəlməmişdən qabaq valideyn onun sağlam böyüməsi və təkamilə çatması üçün şərait hazırlamalıdır. Valideynin ən kiçik kobud rəftarı övladına təsir qoyar. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: "Hər an ümmətimin körpəsi mənim üçün günəşin nur saçdığı hər bir şeydən daha sevimlidir”.
İnsanların varlığında səadət toxumları gizlənmişdir. Onları əgər üzə çıxartsaq, hər biri təyyibə ağaca çevrilər. Həzrət Peyğəmbər (s) buyurur: "İnsanın səadəti - saleh dostlara və yaxşı əməlli övladlara malik olması ilədir”.
Hər bir körpə, bu dünyaya gələn behişt gülüdür. Valideyn öz kamal toxumunu övladının varlığında inkişaf etdirər. Övladlarımız istədiyimiz kimi böyüməzlər, bəlkə olduqları kimi böyüyərlər. Ona görə də əziz Peyğəmbər (s) buyurur ki, Allah Təala körpəni sağlam fitrətlə insana əta edər. Bu valideyndir ki, bədbəxtdirsə, onu da özü kimi bədbəxt edər. Həzrət Peyğəmbər (s) övlad tərbiyəsinə əmr edərək buyurmuşdur: "Övladlarınızı əziz tutun və onları gözəl ədəblə bəzəyin”.
Övladı tərbiyə etməyin yollarından biri - onu namaza həvəsləndirmək və Xaliqi tanıtmaqdır. Başqa bir tərbiyə isə övlada gözəl ad qoymaqdır. Övladın adı ailədə hakim olan dəyərin göstəricisidir. İnsanın adı onun şəxsiyyətinə birbaşa təsir qoyar.
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Əlican! Atanın övladı üzərindəki haqqı budur ki, ona yaxşı ad qoysun və yaxşı tərbiyə etsin və onu cəmiyyətin layiqli mövqeyində qərar versin”.
Rəhmətlik İmam deyir: "Dünyanı təhlükəyə salan silahlar, raketlər deyildir, o şey ki, bu planeti uçuruma sürükləyər - əxlaqın aradan getməsidir. Əgər belə olmazsa, bu silahların heç biri bəşərə ziyan vurmaz. O şey ki, bu insanları və bu ölkələri həlakətə tərəf aparır - əxlaq tənəzzülüdür”.
İmam Əli (ə) buyurur: "Mənim Peyğəmbərin (s) yanında olan məqamımı bilirsiniz ki, məni kiçik yaşlarımdan ətəyində böyütmüş, məni mübarək sinəsinə sıxmışdır. Ağzıma tikə qoymuşdur və məndən danışıqda yalan və rəftarda səhv görməmişdir. Mən övladı kimi Peyğəmbərin (s) yanında idim. Həzrət hər gün məkarim əxlaq bayrağını varlığıma örtər və mənə əmr edərdi ki, ardınca gedim”.
Bu gün cəmiyyət bu qədər maliyyə büdcəsinə baxmayaraq, İmam Əli (ə) və başqa Məsumlar (ə) kimi övlad tərbiyə edə bilməmişdir. Ancaq bu, o demək deyildir ki, belə tərbiyə qeyri-mümkündür. Hər bir insan öz səy və çalışması ilə təkamülə çata bilər.
Bir gün Peyğəmbər (s) camaat namazını tez qurtarır və bunun səbəbini soruşan zaman buyurur: "Məgər uşaq ağlamağının səsini eşitmədinizmi?”.
Hədislərdə oxuyuruq ki, Allah valideynin övladını hər dəfə öpməsinə həsənə yazar. Həzrət Peyğəmbər (s) buyurur: "Uşaqlarınızı sevin və onlarla mehribanlıq edin. Nə zaman onlara vədə versəniz, vədənizə əməl edin”.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimin övladı var, onunla uşaqcasına rəftar etsin”.
Həzrət (s) başqa yerdə buyurur: "Nə qədər ki, sağam, uşaqlara salam verməyi tərk etməyəcəyəm ki, cəmiyyətdə sünnət halını alsın”.
Beləliklə, deyə bilərik ki, bütün bəşərin əxlaq nümunəsi olan əziz Peyğəmbərimiz (s) övlad tərbiyəsində də bizə nümunə olmuşdur. Nəvələrinə qarşı o qədər mehriban və sevgi ilə dolu idi ki, ətrafdakıları heyrətə salırdı. Onlarla oynayır, gülür, yemək yeyir və onları dizinin üstünə qoyub elə hey öpər və əzizləyərdi. Həzrətin (s) bu rəftarlarından örnək alıb, onun davamçısı olaq.
 
/Deyerler.org/
Category: Uşaq | Added by: Ənfal
Views: 1210 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]