Cümə axşamı, 2024-04-25, 9:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

İnsanlarla necə ünsiyyət qurmalı? Uşaqlara hansı ədəb qaydalarını öyrətməli?
2012-12-14, 10:17 PM
İnsanlarla necə ünsiyyət qurmalı? Uşaqlara hansı ədəb qaydalarını öyrətməli?
 İnsanlarla ünsiyyət bağlamağı hamı bacarmalıdır. Bunun üçün bəzi üsul və meyarlar vardır ki, əgər əməl etsək, başqaları ilə yaxşı rabitə qura bilərik. Çünki biz hər yerdə: parklarda, küçərlərdə, işdə, evdə insanlarla rastlaşırıq. Ona görə də biz insanlarla ünsiyyət qurmamışdan qabaq bu üsulları bilməliyik.

Gülərüzlük.

Aparılan tədqiqatlar göstərir ki, əgər insanların düşüncələri yaxşı olsa, danışıqları da yaxşı olar. İnsanlar bir-biri ilə yaxşı rabitə qurarsa, ictimai problemlər özü-özündən həll olacaqdır. O cəmiyyətdə ki, ancaq yaxşı danışan və yaxşı rəftar edən insanlar yaşayar, ümidsiz olmaz və əsəbilikdən uzaq olarlar.

Gülərüzlü olmaq uşaq sağlamlığına da müsbət təsir qoyar. Gülərüzün köməyi ilə gələcək nəsli daha şad və ayıq yetişdirmək olar. Əgər cəmiyyətdə gülərüzlü olmaq şüar olarsa, insanlar arasında həmkarlıq artar.

Gülərüzlü olmaq üçün nə etməliyik? Bunun üçün bəzi əməlləri yerinə yetirməliyik:

- Mənfi hisslərimizi müsbət hisslərlə əvəz etməliyik.

- Malik olduğumuz şeylərin qədrini bilməliyik.

- Başqalarının ruhiyyəsinə alışmağa çalışmalıyıq.

- Uzun bəhslərdən uzaq olmalıyıq.



Valideynin övladlarına öyrətməli olduqları:

- Övladlarımıza yaxşı tərbiyə vermək.

- Valideynin vəzifəsidir ki, övladlarına ünsiyyət bağlamağı öyrətsin.

- Onlara öyrətməlidir ki, insanlarla danışan zaman onları məxsərə etməsinlər, xəstəliklərinə eyb tutmasınlar, başqalarının xüsusi həyatına qarışmasınlar və sair.

- Övladlarımıza ədəb qaydalarını öyrətməliyik və eyni zamanda bu sözləri: "lütfən”, "əgər mümkündürsə”, "buyurun” və sair.

- Başqaları ilə tanış olan zaman ədəb qaydalarına riayət edərək, ayağa qalxsınlar, salam versinlər, gülümsəsinlər, əl versinlər.

- Onlara yardım edənlərə təşəkkür etməyi bacarsınlar.

- Əgər kiməsə narahatçılıq veriblərsə, üzr istəsinlər.

- Yaxşı olar ki, övladlarımız bəzi kəlmələri dilinə gətirməsinlər və danışan zaman əxlaqa riayət etsinlər. "Ha” yerinə "bəli” deməyi öyrənsinlər.

- Övladlarımızı aydın danışmağa təşviq etməliyik. Dilin altında danışmaqdan çəkinsinlər.



Ərlə arvad arasında olan ünsiyyət zamanı da bəzi məsələlərə riayət etmək yaxşı olar:

- Xanım başqa kişiləri öz həyat yoldaşının yanında tərifləməməlidir. Hətta əgər həmin şəxs ən yaxın dost olsa belə. Bu, kişilərə də aiddir.

- Həyat yoldaşınızdan qohumlarının evinə getməsinə qadağa qoymayın, bəlkə özünüz də onunla bir yerdə gedin.

- Həyat yoldaşınızın qohumlarını öz qohumlarınızdan yaxşı qarşılayın. Çünki həyat yoldaşınız bu məsələyə xüsusi diqqət edər.

- Əgər ərinizin maliyyə problemi vardırsa, ona dəstək olmağa çalışın.

- Arvadınızla məsləhətləşin.

- Əgər həyat yoldaşınızın hansısa eybi vardırsa, onu başqalarının və hətta övladların yanında demək lazım deyildir.

- Həyat yoldaşınıza qarşı çıxmaqdan çəkinin. Bu əməl nə sizə sərf edər və nə də ailənizə.

- Əgər evdə sizin səliqənizə uyğun olmayan bir şey görürsünüzsə, onu səmimi və xoş üzlə həyat yoldaşınıza deyin.

- Çalışın ki, "mən” sözünün yerinə "biz” sözünü işlədəsiniz.

- Siz evin bəyi olaraq evə gələn zaman bir küncə çəkilib, qəzet oxumayın, ya televizora baxmayın və ya kompyuter arxasında əyləşməyin. Çünki həyat yoldaşınızın, övladlarınızın sizə ehtiyacı vardır. Onların sizdən istəyəcəkləri vardır və onların bu istəklərinə qulaq asmadan başqa işlər görməyin.



Dostunla rabitə qurmaq üçün bunlara riayət etməli:

- Həmişə ədəbli olun və nəzakət göstərin.

- Heç bir zaman onu təhqir etməyin.

- Yüksək səslə söhbət etməyin. Yüksək səslə danışmaq başqalarının nəzərini cəlb edər.

- Öz kontrolunuzu əldən verməyin.

- Qarşı tərəfin sözünü kəsməyin. Sizin sözünüz qurtarandan sonra icazə verin ki, qarşı tərəf də öz fikrini deyə bilsin.

- Görüşə vaxtında gedin və vaxtı dəyərli bilin. Başqalarının vaxtına da ehtiram qoyun. Agah insan nə zaman qonaqlığı tərk etməsini yaxşıbilir.

- Xüsusi həyatınızın sirlərini açıqlamayın. Bu məsələləri gizli saxlayın.

- Böyüklərin hörmətini saxlayın. Siz başqaları tərəfindən hörmət gözlədiyiniz kimi başqaları da sizdən bunu gözləyir.

- Başqalarının səhvinə gülməyin.

- Təkəbbürdən uzaq olun və yersiz sözlər danışmayın.



(Tebyan)
Category: Uşaq | Added by: Ənfal
Views: 1004 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]