Cümə axşamı, 2024-03-28, 10:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Bu günün kamil tərbiyəsi necə ola bilər? - ARAŞDIRMA
2013-10-30, 11:44 PM
Bu günün kamil tərbiyəsi necə ola bilər? - ARAŞDIRMA

 Bütün valideynlər bilmək istəyirlər ki, övladlarını necə düzgün tərbiyə edə bilərlər. Necə övlad təribyəsində müvəffəqiyyət qazana bilərlər? Görəsən onlarla o qədər mehriban olmaq lazımdır ki, hər nə istəyirlər eləsinlər? Ya da kiçik xəta işlədəndə belə, onları tənbeh etmək lazımdır? Birinci baxaq görək tənbeh etmək nə deməkdir? Görəsən yaxşı bir tərbiyə vermək üçün bütün tənbehləri ləğv etmək lazımdır? Ata və ana öz övladlarına bağlıdırlar. Onlar istəyirlər ki, övladları düzgün böyüsünlər. Ona görə bəzən kobudluq edir və bəzən də bədən tənbehi belə edirlər. Ancaq əksər hallarda yaddan çıxardırlar ki, bu hərəkətlərinin mənfi nəticələri ola bilər. Bu günün mütəxəssisləri bu fikirdədirlər ki, bəzən valideynlərin uşaqlarını tənbeh etməsi zəruridir. Çünki uşaqlar müəyyən dövrlərdə bir çox səhvlər edə bilərlər. Bu zaman valideyn məcburdur ki, onlara düz yol göstərsin.
Etdikləri hərəkətin düz və ya səhv olmasını onlara başa salmalıdır. Ancaq təhqirdən və bədən tənbehindən çəkinmək lazımdır. Başqa bir tərəfdən, bədən tərbiyəsi nəticəsində uşaq sırtıq və tərs bir övlada çevrilə bilər. Bu halda hətta etdiyi hərəkətin yanlış olduğunu belə dərk etmir. Elə burada həmin naqis xüsusiyyətlər formalaşır.
 Bəzi tərbiyə üsullarına nəzər salaq:
1. Övladınızdan gözlədiyiniz rəftarı ona aydın şəkildə izah edin.
2. Danışanda ümumi danışmayın, konkret nə istədiyinizi ona bildirin.
3. Uşağın yaşından asılı olaraq, məhduliyyətləri artırın. Həddi-büluğ çatmamış bir uşaqdan çox şey gözləməyin.
4. Qəbul edin ki, övladlarınız səhv edərək, düzgün rəftar etməyi öyrənirlər. Ona görə də ona fürsət verin və xatalarını bir növ təcrübə kimi qəbul edin. Övladlarınızı kiçik səhvlərinə görə danlamayın.
5. Əgər övladınız nalayiq hərəkət edibdirsə, onunla üzləşməmişdən qabaq qışqırıb-bağırmayın. Ancaq onunla mütləq bu haqda söhbət edin. Çünki əgər təxirə salsanız uşaq öz pis rəftarını yaddan çıxardacaqdır.
6. Gözləməyin ki, övladlarınız tamamilə sizə tabe olacaqlar. Onların bəziləri sakitdirlər, bəziləri isə nadinc. Çalışın ki, onların rəftarı ilə qənaətlənəsiniz. Əgər onların bir istəyi ilə müxalifətlik edirsinizsə, bunu ancaq sözdə etməyin. Əksinə həmin məsələnin üstündə dayanın ki, uşaq sizin ciddi olduğunuzu qəbul etsin.
7. Övladınıza öyrədin ki, hər əməlin bir nəticəsi vardır. Ona deyin: "Əgər bu nalayiq rəftarına davam etsən, filan şeydən mərhum olacaqsan”. Bu, ən yaxşı tənbehdir. Valideynlərin bir çoxları güman edirlər ki, cəzalandırma həmişə qışqırıb-bağırmaqla olur. Ancaq övladınızı sevdiyi əşyadan məhrum etmək ən yaxşı tənbehdir.
8. Yaddan çıxartmayın ki, övladlarınızı həqiqi olmayan cəzalarla cəzalandırmayın. Məsələn deməyin: "Əgər filan işi görsən, əlini sındıracağam”. Çünki uşaq fikirləşər ki, doğurdan da anası onun qolunu sındırmaq istəyir.
9. Siz həqiqətən çox mehriban bir valideynsiniz və uşağınızla münasib rəftar edə bilərsiniz. Heç vaxt deməyin: "Əgər yaxşı uşaq olmasan, həkimə deyəcəyəm ki, sənə iynə vursun”. Bunun nəticəsində uşaq həkimdən və iynədən qorxacaqdır.
10. Əlbəttə, bəzi uşaqlar qane olmurlar. Onların əlindən ən sevimli oyuncaqlarını alanda ağlamağa başlayacaqlar. Ancaq təslim olmayın və fikirləşin ki, bu tərbiyənin bir yoludur.
11. Yaddan çıxartmayın ki, bütün uşaqlar eyni cür cəzalandırmanı qəbul etmirlər. Ona görə də övladınızın ruhiyyəsini tanıyaraq, onunla rəftar edin.
12. Heç bir zaman uşaqlarınızı döyməyin. Qışqırmayın və əsəbi və nifrətlə onunla danışmayın. Uşaqlar hər bir halda sizin sevginizə ehtiyac duyurlar. Hətta əgər səhv edərsə, övladınızı heç bir zaman təhqir etməyin.
13. Əgər indiyə qədər bu metodlardan tərbiyə zamanı istifadə etməmisinizsə, tez bir nəticə alacağınızı gözləməyin. Hövsələli olun və tez ümidsiz olmayın. Uşağınızla danışan zaman onun gözlərinə baxın.
Yeni öyrəndiklərinizi səbir və hövsələ ilə həyata keçirin. Əgər bu deyilənləri ciddi qəbul etmirsə, onu xəbərdarlıq edin və ciddi danışın. Hətta onu xoşladığı işi görməyi qadağan edin. Çünki uşaqlar sizin ciddi olub-olmadığınızı daima kontrol edərlər.
14. Hər bir halda övladınıza göstərin ki, onu sevirsiniz. Ancaq əgər onu sözdə bəyan edirsinizsə, onun üçün mənasız olar. Ona qulaq asaraq, qucaqlayaraq, tərifləyərək sevginizi bildirin.(Tebyan saytına istinadən)
 
Category: Uşaq | Added by: Ənfal
Views: 942 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]