Cümə axşamı, 2024-04-25, 3:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Mən Başımı Açana Qədər Sən Vicdanını Açsaydın
2013-08-01, 10:18 AM

Mən Başımı Açana Qədər Sən Vicdanını Açsaydın

Hər günüm bir işgəncədir. Sahib çıxmadım ən qiymətli varlığıma. Nə istəyirlər məndən anlamıram ki. Tərk dərdləri başımdakı Hicabımdır! Hicabıma qalib gəlmək istəyirlər.  Onlar qazandı. [Hələlik, fani dünyada]

"Bura məktəbdir Hicabla girə bilməzsən, bura məhkəmədir Hicabla girə bilməzsən

başımı buralara girdiyimdə…

Və indi!…

Siz mənim saçımın telini görüncə nə olacaq? Hicabım sizə əziyyətmi edir? Saçımı gördünüz də başınız göyəmi çatdı? Dəydimi o alçaq zehniyyətiniz ərşə? Heç düşündünüzmü nə cavab verəcəyəm Allaha deyə?

12 ildir oxuyuram; illərdir Hicabım təhsilə əsir! Artıq işgəncədən daha da kənar oldu; başımı açıb da oxumaq. Başını örtəcəksənsə məcbursan cahil qalmağa. Nəymiş yoldaşlar çadra dünyəvilik qanununa ziddimiş!!! Siz bilirsinizmi dünyəvilik nə deməkdir? Kim mənə dünyəviliyin tərifini edə bilər?

Başımı örtürəm icazə vermirlər. Başörtümü müdafiə edirəm ona da icazə vermirlər. Hər kəs eyni şeyləri söyləyir.

Məktəbin önünə gəldiyimdə bütün müəllimlərin gözü məndədir, görəsən harada açacaq o bez parçasını deyə gözümün içinə baxırlar.

Ah Fatimə Anam nə edim sən söylə? Kimsə anlamır məni. Rahat buraxmırlar. Azadlığımı əlimdən alırlar.

Azad bir ölkədə yaşayıb da azad ola bilməyən varmı? Var mən azadlığı əlindən alınanları tanıyıram. Çadralı bacılarım kədərlənməyin. Bir və tək olan Allaha sığının. Əlbət uca Allah bunu hesabını soruşacaq.

Ey Zeynəb!

Büründüm çarşabına icazə vermədilər. Sən sararsanmı məni o çarşabına Ey Zeynəb; götürərsənmi məni də o əza ruhiyyəli və hüzur, dinclik verən hicabına! Təsəlli edər sənmi məni?

Daha nə qədər sürəcək bu məhbusluq? Nə vaxt azad şəkildə örtəcəyəm Hicabımı? Nə vaxt o murdar əllərini çəkəcəklər Hicabımdan? Nə vaxt rahat buraxacaqlar qürurum olan Hicabımı?

Hicabımı narahat edənləri bir və tək olan  Allahıma şikayət edirəm. Hamısından şikayətçiyəm Allahım. Allahım hər birindən tək-tək hesabını soruş. Hicabımı başımdan çəkib, saçla namus olmaz deyənləri sənə həvalə edirəm ya Rəbb.

"Şübhəsiz Allah görən, bilən, eşidəndir."

Sizinlə hesabımız qiyamətdə İnşaallah…


ihq.az


Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 968 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]