Cümə günü, 2024-03-29, 1:56 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Peyğəmbərimizin (ə) Həzrət Xədicə (s.ə) ilə ailə qurması
2014-01-13, 7:43 PM
Peyğəmbərimizin (ə) Həzrət Xədicə (s.ə) ilə ailə qurması

 Həzrət Peyğəmbərin (s) dünya və axirət sirdaşı olan Həzrət Xədicə (s.ə) Qureyşin tanınmış şəxsiyyətlərindən idi. Bir gün xanım öz möhtəşəm sarayında yəhudi bir alimlə elmi mövzuda müzakirə edirdi. Bu zaman yəhudi alimin gözü küçədən keçən bir cavana sataşdı və xanıma dedi: "Bu cavan - peyğəmbərlərin sonuncusudur. Xoş olsun o xanımın halına ki, bu cavanla ailə quracaq. Çünki hər iki dünyada şərafət və izzətə çatacaqdır”.
Alimin sözləri Xədicənin (s.ə) ürəyində İlahi bir alov yandırdı və banu öz müdrik siyasəti ilə Peyğəmbərə (s) xəbər göndərdi. Bu xəbərdə yazmışdı: "Mənim ticarət karvanım Şama gedir. Sizdən xahiş edirəm ki, karvanımla bir yerdə olmağı qəbul edəsiniz”. Həzrət (s) də qəbul edir. Səfərdən sonra Həzrət Xədicənin (s.ə) nökəri Peyğəmbərin (s) əxlaqı və rəftarını o qədər xanıma tərifləyir ki, banu ona aşiq olur. Ona görə də Həzrət Peyğəmbərə (s) buyurur: "Qohumluq əlaqələrinə görə sizin şəxsiyyət, əmanətdarlıq və düzlüyünüzə muştaq olmuşam”. Banu Həzrətlə ailə qurmaq istəyini bildirir və Peyğəmbər (s) də bu mübarək təklifi qəbul edir.
Həzrət Xədicənin (s.ə) evində nikah bağlanır. Əbu Talib deyir: "Muhəmməd (s) - mənim qardaşım oğludur. Əgər məqamını Qureyşdən olan hər bir insanla ölçsək, ondan üstünü olmaz. O, Xədicə (s.ə) ilə evlənməyə muştaqdır, banu da razılıq vermişdir. Şəhadət verin ki, Xədicə (s.ə) Muhəmmədlə (s) nikah bağlamağı qəbul etmişdir. Mehriyyəsini öhdəsinə götürmüşdür”. Müşriklərdən biri tənə vurmaq üçün deyir: "İndiyə qədər belə şey görməmişik ki, qadın mehriyyəsini öz öhdəsinə götürsün”. Əbu Talib deyir: "Bəli, əgər kişilər sizin kimi olsa, ağır mehriyyədən başqası ilə sizinlə evlənməzlər”.
Həzrətin (s) bu gözəl banu ilə ailə həyatı beləcə başlayır. Banu bütün var-yoxunu Həzrətə (s) bağışlayır. Peyğəmbər (s) də onu İslam dini üçün vəqf edir. Xanım (s) o qədər fədakar və o qədər nəvazişli bir həyat yoldşı idi ki, Allah da bunun mükafatı olaraq onlara Həzrət Fatiməni (s.ə) hədiyyə etdi.
Həzrət Xədicə (s.ə) vəfat edəndən sonra Peyğəmbər (s) çox məyus və pərişan olmuşdu və Həzrət (s) üçün bu banunun yeri və məqamı tamamilə başqa idi. Peyğəmbərin (s) buyurduğu kimi, Həzrət Xədicə (s.ə) Həzrət Peyğəmbərin (s) həm bu dünyada və həm də axirətdə tək həmdəmi və yavəridir.
Allah Təala biz müsəlmanlara da belə bir misilsiz və nümunəvi ailəyə malik olmaq tofiqini nəsib etsin. (Həvzəh)
 
/Deyerler.org/

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1087 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]