İslamın nəzərində həyat yoldaşı seçməyin meyarları - Ailə xoşbəxtliyi - Qadın - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 11:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İslamın nəzərində həyat yoldaşı seçməyin meyarları
2014-01-22, 10:45 PM
İslamın nəzərində həyat yoldaşı seçməyin meyarları

 
Mübarək dinimizdə evliliyin meyarları vardır. Bu meyarlara nəzər salaq.
Birinci şərt: iman.
İslam dinində həyat yoldaşı seçməyin ilk şərti - iman və təqvadır.
 
Təqvalı həyat yoldaşı insan həyatına daha çox rahatlıq və hüzur gətirər. Ona görə də Məsumların (ə) nəzərinə görə təqva evlilyin birinci şərtidir. O kəs ki, dinə etiqad bəsləməz, heç bir zəmanət vermək olmaz ki, yaxşı həyat yoldaşı olacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, bir insan elçiliyə gələr, əxlaq və dinindən razı olsanız, ona qız verin. Əgər belə etməsəniz, yer üzünü fitnə və fəsad bürüyər”.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Qadınla 4 şeyə görə evlənərlər: mal və sərvətinə, gözəlliyinə, dindarlığına, nəsil və nəcabətinə görə. Sən dindar qadınla evlən”.
İkinci şərt: gözəl əxlaqdır.
İslam dininin sonrakı tövsiyəsi gözəl əxlaqdır. Bir kişi İmam Rzanın (ə) yanına gəlir və deyir: "Qohumlarından biri qızıma elçi düşübdür. Ancaq əxlaqı pisdir”. Həzrət (ə) buyurur: "Əgər əxlaqı pisdirsə, qızını ona vermə”. Dindarlıq və əxlaq - həyat yoldaşı seçən zaman ən mühüm meyarlardır. Əgər bu iki sifət bir insanda olmazsa, onunla evlənməkdən çəkinmək lazımdır. Gözəl əxlaqın nümunələri kimi: sədaqəti, kəlam iffətini, pak baxışı, əmanətdarlığı, təvazökarlığı, bağışlamağı misal göstərmək olar.
Üçüncü şərt: ailələr bir-birinə uyğun olmalıdır.
Evlilik iki ailəni bir-birinə bağlayar, ona görə də təkcə iki nəfər deyil, həm də iki ailə arasında bağlanan rabitədir. İnsan bütün əxlaq və rəftarını, dünyaya baxışını ailədən alar. Ona görə də ailə quran zaman onların bir-birinə uyğun gəlməsinə də diqqət etmək lazımdır. Həm mədəni, həm ictimai, həm iqtisadi, həm də dini baxımdan.
Dördüncü şərt: sağlamlıq.
Cisim və ruhun sağlam olması evlilyin mühüm şərtlərindəndir. Həzrət Peyğəmbər (s) buyurur: "Axmaqla evlənməkdən çəkinin ki, onunla oturub-durmaq - bəla və qəm mənbəyidir”.
Həzrət Peyğəmbərdən (s) evlilik barəsində gələn hədislər:
"Evlilik mərasimini aşkar təşkil edin, elçiliyi isə gizli”.
"Ən yaxşı evlilik odur ki, asan həyata keçər”.
"Evlənin, çünki evlilik ruzinizi çox edər”.
"İslam dinində evlilik kimi heç bir inşa edilmiş bina Allah Təala yanında daha sevimli və dəyərli deyildir”.
"Əgər cavan, cavan olan zaman evlənərsə, şeytan fəryad çəkər: "Vay olsun ona ki, dinini mənim şərimdən hifz etdi””. (Tebyan)
/Deyerler.org/

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 549 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0   Spam
1 leyl   (2014-01-27 2:39 PM)
cox saqolun

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]