Cümə günü, 2024-03-29, 7:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Dinimizin nəzərinə görə ailədə nə qədər uşaq olmalıdır?
2013-09-04, 5:15 AM
Dinimizin nəzərinə görə ailədə nə qədər uşaq olmalıdır?

 İslam dini övladlarımızı behişt gülləri hesab edir. "Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən çoxlu kişi və qadın (törədib) yaydı”. ("Nisa 1).
İnsan nəslini çoxaltmasının səbəblərindən biri insanın qalıcı olmasıdır. İnsan, öz insan nəslinin kəsilməməsi üçün dünyaya uşaq gətirməli və nəslini davam etdirməlidir. Ona görə də əgər insan nəslini çoxaltmaq istəməzsə, bu onun fitrətinə zidd bir hərəkət olar.
 
Allah Təala buyurur: "(Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun”. ("Bəqərə” 143). Bu ayə bizlərə onu öyrədir ki, bir müsəlman kimi vəzifəmizlərdən biri - nəslimizi artırmağımızdır. Bir ümmət olmaq üçün nəslimizin davam etməsi zəruridir. İnsan təkamülü bu yolla kamilləşər və cəmiyyətə saleh övladlar təhvil verər.
İslam dini bir cavanın ailə qurmasına xüsusi əhəmiyyət verir. Onun üçün bəzi şərtlərə riayət etməsini istəyir. Həyat yoldaşı seçən zaman bəzi meyarlara diqqət etməsini vurğulayır. Çünki saleh və mömin həyat yoldaşı demək, saleh və mömin övladlar deməkdir. İnsan əgər ailə quran zaman bu meyarlara riayət etsə, şübhəsiz ki, cəmiyyətə saleh övladlar təhvil verə biləcəkdir.
 
Bəs Məsumlar (ə) övladlarımızın sayı haqqında nə buyurur?
Cabir ibni Abdullah Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Görəsən mömin insanı nə saxlayır ki, həyatı yoldaşı seçsin ki, bəlkə Allah ona övlad ruzi etsin və o, da yer üzünü "Lə İləhə İlləllah” kəlməsi ilə doldursun?”.
Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: "Evlənin və ailə qurun. Nəslinizi artırın ki, mən Qiyamət günü sizinlə fəxr edim”.
İmam Sadiq (ə) buyurur: "Layiqli övlad - behişt güllərindəndir”.
 
Beləliklə, müasir dünyada bəzilərinin təbliğ etdiyi azövladlılıq tələsinə düşməyək. Bir müsəlman kimi üzərimizə düşən bu nəcib vəzifəni yerinə yetirməkdə məsuliyyətimizi dərk edək. Bacardıqca, ailələrimizin çoxuşaqlı olmasına çalışaq.
 
(Tebyan/ Deyerler.org)

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1006 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]