Çərşənbə günü, 2024-04-24, 11:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Ailə haqqının əzəməti və məsuliyyəti
2013-12-22, 2:21 PM
Ailə haqqının əzəməti və məsuliyyəti


 Ailə haqqını Peyğəmbərlərdən (s), Məsum İmamlardan (ə) gözəl yerinə yetirən yox idi. Həzrət Peyğəmbərin (s) həyatına tamaşa edəndə görmək olur ki, o, həm rəsul idi, həm də yaxşı ailə başçısı idi. Ona nazil olan vəhyləri insanlara çatdırmalı, onları düz yola hidayət etməli idi. O, elə bir insan idi ki, ailəsinin haqqını gözəl yerinə yetirərdi. O, deməzdi ki, mən peyğəmbərəm və vəzifəm ağırdır. Ona görə də evə yorğun gəlirəm, yemək yeyib, yatıram. Xeyr, o, belə demirdi. Peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) həm ailələri üçün və həm də cəmiyyət üçün vaxt ayırmağı bacarırdılar. (Erfan)
"Əhzab” surəsində Allah Peyğəmbərə (s) buyurur: "Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de”. ("Əhzab”59). Yəni, ey mənim əzizim, ailən, arvadın, qızlarından müğayət ol ki, nübuvvət, insanlar, Quran, gecə namazı, müharibələr bais olmasın ki, arvad-uşağından əl çəkəsən və deyəsən ki, işim çoxdur. Xeyr, belə deyildir, gərək ailəni özün idarə edəsən. Bu, çox ağır bir vəzifədir. Evinə özün nəzarət etməlisən. Nəql edirlər ki, Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, "Hud” surəsini 112-ci ayəsi nazil oldu, məni qocaltdı”. "Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür”.
Allah Təala Peyğəmbərə (s) əmr edir: "Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et”. ("Ta-ha” 132). Yəni, Allah buyurur ki, Qiyamət gününün sabahısı günü ev əhlinin ibadətini səndən istəyəcəyəm. Arvad-uşağının bəndə olması üçün özün şəxsən iş gör. Bu işdə hövsələli ol, yorulub, əsəbləşmə.
Bu vəzifəni şərəflə yerinə yetirən atalardan biri də Əmirəl-möminin (ə) idi. Bu Həzrət ən çoxu 1 ildən 17 aya qədər Siffeyn döyüşünə dözmüşdü. Bu döyüşdə Həzrət (ə) həm ruhən və həm cismən zərbələr almışdı. Döyüşdə ən əziz insanlarını itirmişdi.
Qazi Nurullah Şuştəri nəql edir: "Siffeyn döyüşündə Əmmar Yasirin ölüm xəbərini Həzrət Əliyə (ə) verəndə döyüşdə idi. Qılıncını qınına qoyur və döyüşdən qayıdır. Əmmarın cənazəsini yatızdırdıqları çadıra gəlir, Əmmarın başını dizinə qoyur. Göz yaşı töküb deyir: "Ölüm mələyi! Sən ki, Əmmarı aparmağa gəlmisən, Əlinin də canını alaydın. Mən Əmmardan sonra yaşamaq istəməzdim”.
Bütün bu acılara dözür, qadınlar dul qaldılar, uşaqlar yetim. Məmləkət bir-birinə qarışır. Ən dəhşətlisi isə, xəvariclərin ağılsızlığı və Əmr Asın hiyləsi ilə döyüş Əmirəl-möminin (ə) zərərinə sona çatır.
İndi ordu ilə Kufəyə qayıdır. Bu qədər acılardan, bu qədər yorğunluqdan, bu qədər ruhi iztirabdan sonra gəlir və üzünü Həzrət Müctəbaya (ə) tutur və məhəbbətlə deyir: "Həsən can! Atan qocalıb. Ölümə yaxınlaşmışam və əlimi dünyadan kəsirlər”. O zaman İmam Həsənin (ə) 37 yaşı var idi. Arvad-uşağı var idi. Ancaq Allah buyurub ki, hələ ki, sağsan, arvad-uşağından müğayət ol. Oğlunun uşağı var, olsun. Qızın ərə gedib, olsun. Sən hələ ki, atasan və o da övladın.
Buyurur: "Həsən can! Üzüm axirətə tərəf dönmüşdür. Mən hələ də siz övladlarıma qarşı ağır məsuliyyət hiss edirəm. Sizə olan vəzifəmi öz xəttimlə yazmaq istəyirəm.”
Həzrət (ə) buyurur ki, Həsən can! Mən sənə İlahi təqvanı tövsiyə edirəm. Təqva nədir? Yəni qəlbinə aid olan sərhədləri iki əlinlə tut və gizli saxla. Qəlbin riya, qürur, paxıllıq, hərislik, həsəd, kin, ifrat və təfrit mərkəzi olmasın. Ölçü ilə hərəkət etmək lazımdır. Qəlbi qəlbə, gözə, qulağa, dilə, ələ, qarına, şəhvətə və pula aid xəstəliklərdən nəzarətdə saxlayan - təqvadır. Yəni, Həsən can! Bütün hərəkətlərində yüz faiz Allaha, Peyğəmbərə (ə) və İmama və hikmət rəhbərinə təslim ol.
Bir kişi Xorasandan İmam Sadiqin (ə) hüzuruna gəlir və deyir: "Siz Mənsura qarşı qiyam etmirsiniz?”. Buyurur: "Xeyr”. Deyir: "Bu zalım gərək işinin başında olsun”. Buyurur: "Biz razı deyilik ki, o, işin başında olsun”. Deyir: "Bəs niyə məhv etmirsiniz?”. Buyurur: "Dostum yoxdur”. Deyir: "Sizin dostunuz yoxdur? Ancaq Xorasanda yüz min fədainiz var”. Buyurur: "Sən o yüz min nəfərdən birisən?”. Deyir: "Onların ilk cərgəsindəyəm”. Buyurur: "Gir bu təndirin içinə”. Təndir də yanırdı. Bir dəfə təndirə baxır və fikirləşir ki, İmam (ə) axı həlim və ağıllı insandır. Məgər bilmir ki, mənim arvad və uşağım vardır. Təndirə düşümmü? Nə üçün? Mən İmama (ə) deyirəm ki, bu zalımın şərini dəf et, o, deyir ki, təndirə düş. Ərz edir: "Yəbnə Rəsulullah! Mən təndirə nə üçün düşüm ki?”, Harun Məki adlı şiə qapıdan içəri girir. İmama (ə) dedi: "Atam-anam fədan olsun. Salam əleykum”. Buyurur: "Harun, təndirə gir”. Dedi: "Qurban olum!”. Və ayaqqabılarını qucağına alıb, təndirə düşür. Odun alovu havaya qalxır. Həmin xorasanlı kişi öz-özünə deyir: "Biçarə”. Bir müddətdən sonra İmam (ə) Haruna buyurur ki, oradan çıxsın və Harun da təndirdən çıxıb, Həzrətin (ə) yanında əyləşir. İmam (ə) xorasanlı kişiyə buyurur: "O yüz min nəfərdən neçəsi bu cürdürlər?”. Deyir: "Heç biri”. Buyurur: "Bəs mən necə müharibə edim, məni öldürmək istəyirsən?!”.
İnsan özünü Allahın əmrinə buraxmalıdır. Özünü bu işə elə verməlidir ki, nə şeytan, nə arvadı, nə uşağı, nə dostu onu bu işdən ayıra bilməsin. İmam Sadiqə (ə) dedilər ki, Allah sənə bir oğlan vermişdir. Buyurur: "Onu gətirin”. Körpəni qucağına alır və sorulurlar ki, adını nə qoyursan? Buyurur: "Əli”. Bu, İmam Sadiqin (ə) böyük oğlu idi və atasının yanında dərs oxuyur və böyük fəqih olur. Əhli-Beyt (ə) məktəbinin ən azı 30% hədisi onun dilindən nəql edilmişdir.
 İmam Sadiq (ə) şəhid olur və vəsiyyət edir ki, məndən sonra Allahın və Peyğəmbərin (s) göstərişi ilə oğlum Musa (ə) - İmamdır. Əli ibni Cəfər (ə) böyük oğul idi və arvad-uşağı ona deyir: "Nə edirsən?”. Buyurur: "Mən Musanın (ə) bəndəsi və nökəriyəm. Heç bir iş görmürəm”. Başqaları gəldilər və dedilər ki, siz böyük qardaşsınız və alim və fəqihsiniz. Kiçik qardaşınıza dair iddianız yoxdur? Buyurur: "Heç vaxt”. Musa ibni Cəfər (ə) zindanda şəhid olur, Əli ibni Cəfər (ə) yaşlaşmışdı. Gəldilər onun yanına və soruşdular ki, zəmanənin İmamı (ə) kimdir? Buyurur: "Qardaşım oğlu Əli ibni Musa (ə) – İmamdır”. Deyirlər: "Axı siz – böyüksünüz”. Buyurur: "Nə olsun?! Mənim İmamım - Əli ibni Musadır( ə). Dedilər: "Siz axı onu neçə dəfə qucağınıza alıb, yatızdırmısınız, indi deyirsiniz ki, o, sizin İmamınızdır?”. Buyurur: "Bu, ilahi əmrdir”.
Bəli, bütün bunlar İmamların (ə) verdiyi tərbiyə idi. Valideynin vəzifəsi çox məsuliyyətli bir vəzifədir. Bu ağır məsuliyyəti dərk edək və ona lazımlı şəkildə əməl edək.
 
/Deyerler.org/

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1179 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]