Cümə günü, 2024-03-29, 1:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

AİLƏ: CƏMİYYƏTİN İLK VƏ ƏN MÜHÜM MÜƏSSİSƏSİ
2013-09-16, 5:56 AM
AİLƏ: CƏMİYYƏTİN İLK VƏ ƏN MÜHÜM MÜƏSSİSƏSİ

(Ustad Ənsarianın nəzərlərinə əsasən) 

Hər bir müsəlman özünə həyat yoldaşı seçməlidir ki, onun həyatına şərik olsun. Həyatının bütün anlarında, bir-birindən əl çəkməsinlər və həyat yoldaşını dünya imtahanlarında özünə sirdaş və təsəlli verən bilsin. Zira, bu vəzifə daha çox qadının öhdəsindədir. Çünki, Uca Yaradan qadının xilqətini bəni-Adəmi yetişdirmək və məhəbbət göstərmək üçün yaratmışdır və şəfqət hissini onlarda daha çox qoymuşdur. Kişini isə həyat cəbhəsi ilə mübarizə aparmaq üçün xəlq etmişdir. Və hər biri öz fitrətində yoğrulmuşdur.

Cəmiyyyət arasında ən mühüm və ilk müəssisə ailə mühitidir. Ailənin kiçik cəmiyyəti və sayının artması qadınla kişi münasibətlərindən yaranır. Ailə mühiti qiymətli müəssisədir ki, bəşərin bütün insanları orada tərbiyə olunurlar. Və bu kiçik mühitdə onlara məhəbbət verilir, bərabərlik və mədəniyyətlər haqqında faydalı düşünmə hissləri aşılanır. Ailə elə bir müəssisədir ki, onun sakinləri səmimi qəlbdən istəyirlər ki, özlərindən sonra yaxşı və saleh insanlar yadigar qoyub getsinlər.

İnsan öz əməlinə görə məsuliyyət daşıyır. Ancaq insanlar arasındakı əlaqələrə görə cəmiyyəti birbaşa başqalarının əməllərindən məsuliyyətli tutmaq olmaz. O övlad ki, nadan və tərbiyəsiz olmuşdur, onun məsuliyyəti müəllimində deyildir. Aydındır ki, insanlar ailənin intizamsızlığının səbəbini onun başçısında görürlər. Xülasə, hər bir kəs ki, daha çox fəaliyyət göstərə bilir, buna görə məsuliyyət daşıyır. İnkar edə bilməyəcəyimiz həqiqət budur ki, ailə bəşər mədəniyyətinin əsl köklərindəndir. Mədəniyyətin sağlam olması bu kökün sağlam olmasından asılıdır. Bu cəhətdən görürük ki, İslam bütün məsələlər içərisindən bu məsələyə daha çox əhəmiyyət verir. Və qanunlar müəyyən etmişdir ki, ailə təsisatı bu qanunlar əsasında möhkəm və düz istiqamətində inkişaf edir. İslamın nəzərincə, qadın və kişi arasındakı münasibətlərin düzgün olmasına xilqətin müxtəlif amilləri təsir edir, xüsusilə də zahiri və batini qidalar təsir edir.

Heç kimə gizli deyildir ki, qidanın gigiyena baxımından təmiz olması bədənin sağlamlığı üçündür və onun halal olması ruhun sağlam olması üçündür. Bu məsələ, yəni halal qidanın əldə edilməsi ailə başçısının öhdəsindədir. Deməli, ailənin atasına lazımdır ki, öz əyalı və uşaqları üçün halal qida əldə etsin ki, bu qida da onların ruhunun nurunu daha da artırsın. Haram qida gətirməkdən çəkinməlidir ki, haram qida Haqqa ibadət etməkdə kəsalətə və tənbəlliyə səbəb olar. Və itaət və ibadətdəki bu süstlük böyük bir cəmiyyət üçün ki, ailələrdən təşkil edilmişdir, təhlükəli nəticə verə bilər. 

Məşhədi Xanım,

"Dəyərlər”
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1174 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]