Cümə axşamı, 2024-03-28, 9:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Qadınların və kişilərin evlilikdən əvvəlki və sonrakı halları
2013-11-02, 10:59 AM

Qadınların və kişilərin evlilikdən əvvəlki və sonrakı halları

 Bu gün cavanlarımızı narahat edən ən mühüm məsələlərdən biri evlilikdir. Bu günün cavanı evliliyin necələyi ilə mətbuat və televiziya ilə tanış olur. Baxdığı çox sayda seriallarda evliliyin meyarlarını axtarır və özündən asılı olmayaraq, özü üçün meyar təyin edir. Halbuki, bu meyar onun hazırkı şəraiti ilə təzad təşkil edir. Bu təzadı görən cavan belə qərara alır ki, hələ ki, imkanı istədiyi kimi deyil, ailə qurmağa tələsməsin. Ona görə də cavanlıq fürsətini böyük bir ev və bahalı bir maşına çatmaq üçün əldən verir. Cavanlıq şövqü bitəndən sonra evlənməyi qərara alır. (Tebyan)

Bəzən mətbuatda oxuyuruq ki, cavanlar erkən yaşlarda ailə qurmuşdular və evlilikdən sonrakı həyatları da çox xoşbəxt olmuşdur. Yəni, bu yolla evlilikdən əvvəlki və sonrakı dövrü müqayisə edir və cavanları erkən ailə qurmağa təşviq edirlər. İslam hədislərində də bu müqayisələr vardır və onlara nəzər salaq.

 

Allahla görüş.

Evlilikdən əvvəl.

Həzrət Peyğəmbər (s) buyurur ki, o insanlar ki, evlilikdən əvvəl Allah ömürlərini sona çatdırmışdır, bu, evlilik məsələsinə əhəmiyyətsiz yanaşaraq evliliyi təxirə salmağa görə olmuşdur. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərin ən pis ölüləriniz - həyat yoldaşı olmayanlardır”.

Evlilikdən sonra.

İnsan əgər evlənəndən sonra ölərsə, pak və pakizə hesab edilər. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allahla pak və pakizə halda görüşmək istəyirsə, evli halda bu görüşə getsin”.

 

Şeytanın reaksiyası.

Evlilikdən əvvəl - şeytanı sevindirir.

Evlilikdən sonra - şeytan nalə çəkir.

O kəslər ki, cavanlığının ən həyəcanlı və sevincli dövründə evlənir, Həzrət Peyğəmbərin (s) buyurduğuna görə, şeytanın nalə çəkməsinə səbəb olur. Həzrət (s) buyurur: "Elə bir cavan yoxdur ki, cavanlıq dövründə evlənsin, şeytan fəryad çəkməsin ki, vay olsun ona. Vay olsun ona ki, dininin üçdə birini mənim ziyanımdan hifz etdi”. Ona görə də insan əgər dininin üçdə birini qorumaq istəyirsə, gərək cavan yaşlarında evlənsin.

 

İqtisadi məsələlər.

Evlilikdən əvvəl.

Çox sayda təcrübələr göstərmişdir ki, insanların əksər hissəsi evlilikdən əvvəl iqtisadi cəhətdən inkişaf edə bilmirlər.

Evlilikdən sonra.

Ruzi artar. Peyğəmbərimiz (s) bu haqda buyurur: "Subaylarınızı evləndirin, çünki bu yolla Allah onların əxlaqını gözəl edər. Ruzilərini artırar, nəcibliklərini çoxaldar”.

 

İbadətin savabı.

Evlilikdən əvvəl.

İbadəti evli insanın ibadətindən çox az savaba malik olar.

Evlilikdən sonra.

Allah Təala evli insanın ibadətinə çox fərqli dərəcədə savablar yazar. İmam Sadiq (ə) bu haqda buyurur: "Evli insanın qıldığı iki rükət namaz subay insanın qıldığı 70 rükət namazdan daha üstündür”.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala yanında yatan evli insan gündüzləri oruc tutub, gecələri ibadət edən subaydan daha fəzilətlidir”.

 

Əxlaq məsələləri.

Evlilikdən əvvəl.

Günaha batar.

İslam dini bir cavanın günaha batmaması üçün onu həmişə evliliyə təşviq etmişdir. Peyğəmbərimiz (s) Əkaf adlı bir cavana belə tövsiyə verir: "Evlən, əks halda günahkarlardan hesab ediləcəksən”.

Evlilikdən sonra.

İffət və ruhu sağlamlıq.

Həzrət Peyğəmbər (s) buyurur: "Evlən ki, iffətli yaşayasan”.

Beləliklə deyə bilərik ki, bu dediklərimiz evliliyin faydalarının çox az bir hisəsi idi. Bu cür minlərlə faydanın adını çəkmək olar. Cavanlarımızı erkən yaşlarında evləndirək və onları günahdan amanda saxlayaq.

 

/Deyerler.org/

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1149 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]