Cümə günü, 2024-04-19, 3:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
2013-07-18, 8:48 AM
Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
◘Hər kəs yeddi tayfa insanla düz gəlməsə zərər görər; Alimlərlə düz gəlməyən dinini, rəhbərlərlə düz gəlməyən dünyasını, qonşusu ilə düz gəlməyən mənafeyini, qohumlarla düz gəlməyən alicənablığını, həyat yoldaşı ilə düz gəlməyən isə həyatın şirinliyini və ləzzətini əldən verər.
◘Allah hər kəsə beş işdə tövfiq versə, ondan ötrü beş mükafat hazırlayıb; hər kəsə şükr etmə tövfiqi versə onun üçün çoxlu nemət hazırlayıb, hər kəsə dua etmək tövfiqi versə ondan ötrü icabət hazırlayıb, hər kəsə tövbə və istiğfar tövfiqi versə ondan ötrü bağışlama hazırlayıb, hər kəsə sədəqə vermə tövfiqi veribsə ondan ötrü əvəz hazırlayıb və o kəsə ki, iman verib ona behişt də verəcək.
◘Beş şeydən qabaq beş şeyi qənimət bil; qocalıqdan qabaq cavanlığı, fəqirlikdən qabaq dövlətliliyi, məşğul olmaqdan öncə asudəliyi, xəstəlikdən öncə sağlamlığı və ölümdən öncə diriliyi.
◘Beş əməlin nəticəsi beş şeydir:
1) Allah əhd-peymanlarını sındıran millətə düşmənləri hakim edər.
2) Allahın hökmlərindən başqa qanunlar qəbul edən və onlar əsasında hökm verən camaata fəqirlik və yoxsulluq üz verər.
3) Hər hansı bir millət arasında zina artdıqca ölüm də artar.
4) Çəkidə aldadılan yerdə bitki bitməz, yaşıllıq olmaz və həmin yerə qıtlıq üz verər.
5) Zəkat verilməyən yerdə də yağış yağmaz.
◘Hər kəs beş iş görsə beş şeyə giriftar olar və hər kəs də bu beş şeyə giriftar olsa şübhəsiz atəşə daxil olar:
1) Hər kəs qaynadılmış üzüm suyu içsə şəraba qurşanar. Şərab içənin də cəhənnəmdən çarəsi yoxdur.
2) Hər kəs naməhrəm qadınlarla oturub-dursa zinaya qurşanar və zinakar cəhənnəm əhlindəndir.
3) Şən və vəzifəsinə uyğun olmayan bahalı paltarlar geyən şəxs getdikcə təkəbbürlü olar. Mütəkəbbirin də yeri cəhənnəmdir.
4) Hər kəs sultanın xalçası üzərində otursa gərək onun xoşuna gələn sözlər danışsın. Bu işin də sonu cəhənnəmdir.
5) Hər kəs İslam əhkamından xəbəri olmadan alış-veriş etsə ribaya düçar olar. Ribaxor da od əhlindəndir.
◘Sizi beş bataqlıqdan çıxarıb beş mərhələyə yüksəldən hər bir alimlə yoldaşlıq edin; şəkdən yəqinə, riyadan ixlasa, dünyapərəstlikdən zahidliyə, təkəbbürdən təvazöyə, düşmənçilikdən dostluğa.
◘Elə bir dövr yetişər ki, mənim ümmətim beş şeyə könül bağlayar və beş şeyi unudar, Dünyaya könül bağlayıb axirəti unudar, var-dövlətə, pula bağlanıb haqq-hesabı unudar: qadınlara bağlanıb hurul-eyni yaddan çıxarar, qəsrlərə bağlanıb qəbirləri unudar və özünü sevib Allahı unudar. Onlar məndən bezardır, mən də onlardan bezaram.
◘Sizə beş şeyi əmr edirəm; cəm halda olmağı (cəmiyyəti), haqq sözü eşitməyi və ona itaət etməyi, (ilahi elmləri və hökmləri öyrənməkdən ötrü) vətəni tərk etmək və Allah yolunda cihad etməyi. Hər kəs bir qarış İslam cəmiyyətindən uzaq düşsə və qayıdıb ona qoşulmasa İslamdan xaric olmuşdur. Hər kəs başında cahiliyyət fikirləri dolandırsa cəhənnəmdə dizi üstə çökmüş kəslərdəndir, baxmayaraq ki, namaz qılıb oruc tutmaqla özünü müsəlman hesab edir.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 669 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]