Cümə günü, 2024-04-19, 12:56 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Şiələrin sair imamlardan (ə) nəql etdikləri hədislər
2013-07-18, 9:25 AM
Şiələrin sair imamlardan (ə) nəql etdikləri hədislər
◘İmam Məhəmməd Baqir (ə) buyurub: "Hər kəsdə dörd xüsusiyyət olsa dini kamil, günahları bağışlanmış və ölüm zamanı da Allah ondan razı olar. Biri odur ki, camaatla əhd-peyman bağladığı zaman Allaha xatir ona riayət etsin. İkincisi, dili həmişə doğru söz danışsın. Üçüncüsü, Allah yanında və camaat nəzərində pis hesab olunan işdən çəkinsin. Dördüncüsü, ailəsi və övladlarına qarşı xoş xasiyyət olsun.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: "Hər kəsdə dörd xüsusiyyət olsa Allah behiştdə ona bir ev əta edər: Yetimə qarşı nəvaziş göstərmək, zəiflərə qarşı mərhəmətli olmaq, ata-ana ilə mehriban davranmaq və qul ilə dostcasına rəftar etmək.
◘İmam Məhəmməd Təqi (ə) buyurub: "İşlərini yerinə yetirməkdə dörd şey insana kömək edər: Sağlam bədən, sərvət, elm və tövfiq.”
◘Həzrət Baqir (ə) uşaqların divar altında qalmış xəzinələri barəsində buyurub: And olsun Allaha! Orada qızıl-gümüş yox idi. Sadəcə olaraq, bir lövhə var idi ki, orada dörd cümlə yazılmışdı:
1. Mənəm Allah! Məndən başqa məbud yoxdur və Məhəmməd (s) mənim elçimdir.
2. Əcəba, qəza və qədərə inanan şəxs ruzi tələb etməkdə nəyə görə tələsir?
3. Təəccüblüdür ki, bir kəs dünyanın vəziyyətini görür, lakin axirəti inkar edir.
4. Ölümə yəqini olan şəxs necə fərəhlənir?
◘Dörd namazı istənilən vaxtda qılmaq olar: Qəza namazını, vacibi təvaf namazını, günəş tutulan zaman qılınan namazı və meyyit namazını. (Yəni, bunlar müəyyən səbəblərə bağlıdır, nəinki, məhdud saatlara).
◘Allah dörd peyğəmbərdən başqa heç kəsə padşahlıq verməyib: Nuh peyğəmbərdən (ə) sonra gəlmiş Zülqərneyn (ə), Davud (ə), Süleymana (ə) və Yusifə (ə). Zülqərneyn (ə) şərqdən qərbə qədər olan əraziyə padşahlıq edib. Davud (ə) və Süleyman (ə) keçmiş Şam və Fars körfəzinə qədər olan ərazidə padşahlıq etmişlər. Yusif (ə) isə Misirin hakimi olmuşdur.
◘Günəş doğan zaman dörd mələk onunla birlikdə olar. Onlardan biri fəryad edib deyər: "Ey xeyirxahlar, öz işlərinizi sona çatdırın və sevinc içində olun.” Digəri səslənər: "Ey şər insanlar, əl çəkin və tərk edin.” Üçüncüsü deyər: "İlahi, infaq edənlərin savabını ver, simiclik edənləri isə tələf et.” Dördüncü mələk isə günəşin istiliyindən azaldar. Çünki, əgər azaltmasa günəş yeri yandırar.
◘Dörd peyğəmbərdən (ə) dörd söz qalıb: Həzrət Musadan (ə) "Hər kim pis dostdan qırılsa, sanki Tövrata əməl edib”, həzrət Davuddan (ə) "Hər kəs nəfsani istəklərdən uzaq olsa sanki Zəbura əməl edib”, həzrət İsadan (ə) "Hər kəs Allahın qismətinə razı olsa sanki İncilə əməl edib”, həzrət Məhəmməddən (s) isə "Hər kəs dilinə hakim olsa sanki bütün Qurana əməl edib.”
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 824 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]