Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər
2013-07-29, 9:24 AM | |
Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər ◘Sözlərin ən yaxşısı dörddür: "Sübhanəllah” ; "Əl-həmdu lillah”, "La ilahə illəllah”, "Allahu əkbər.” ◘Mənim
və keçmiş peyğəmbərlərin dedikləri ən yaxşı söz "la ilahə illəllah”
kəlməsidir. Hər bir bəndə bu sözü qəlbi təsdiq, təzim, şirinlik və
ehtiramla yanaşı tələffüz etməlidir. ◘Allah dörd şeyi dörd şeydə qərar
verib: Elmin bərəkətini ustada ehtiramda, imanın davamlılığını Allaha
təzimdə, həyatın ləzzətini ata-anaya yaxşılıqda və cəhənnəmdən azad
olmağı camaata əziyyət etməməkdə. ◘Allah dörd kəsi özünə düşmən bilir: And içən ticarətçini, təkəbbürlü fəqihi, zinakar qocanı və zülmkar rəhbəri. ◘Hər
kimdə dörd xüsusiyyət olsa, Allah-təala behiştdə onun üçün bir ev qərar
verər: "La ilahə illəllah” kəlməsi onun pənahgahı olsun (ki, onun
sayəsində günahdan çəkinsin.), əlinə nemət gələn zaman şükrünü yerinə
yetirsin, günaha düşən zaman istiğfar etsin, müsibət və bəla ilə
üzləşdiyi zaman "inna lillah və inna iləyhi raciun, (biz Allaha məxsusuq
və Ona tərəf də dönəcəyik) desin. ◘Qiyamət
günü Allah-təala Öz rəhmət nəzərini dörd kəs üzərinə salar və onları
paklaşdırar: Bir kəsin qəlbindən qəmi aradan aparanı, mömin bir qulu
azad edəni, cavan subay oğlanı evləndirəni və birinci dəfə həccə gedəni
(yəni, öz vacib həcci yerinə yetirəni). ◘Hər
kim dörd əməli yerinə yetirsə Allah-təala behiştdə onun üçün bir bulaq
(yaxud, çay) axıdar; oruc tutsa, xəstəni yoluxsa, dəfn mərasimində
iştirak etsə və yoxsula sədəqə versə. ◘Allah
öz bəndələrindən ötrü dörd lütf və mərhəməti həyata keçirib. Bu dörd
lütf ola-ola bədbəxt adamdan başqa heç kəs həlak olmaz: 1. Bir kəs hər hansı bir xeyir iş görmək istəsə, lakin onu yerinə yetirə bilməsə Allah onun üçün bir savab yazar. 2. Əgər yerinə yetirə bilsə ondan ötrü on savab yazılar. 3. Günah bir iş görmək istəsə, lakin həyata keçirməsə onun üçün heç bir günah yazılmaz. 4.
Lakin günahı həyata keçirsə ona yeddi saat möhlət verilər. Onun yaxşı
əməllərini yazmaqdan ötrü təyin olunmuş mələklər günah işləri yazmaqdan
ötrü məmur olunmuş mələklərə deyər: "Bu işi yazmağa tələsmə. Çünki ola
bilsin ki, hər hansı bir yaxşı iş vasitəsi ilə bu günahı aradan aparar.
Çünki, Allah-təala buyurub: "Yaxşı işlər, pis işləri arada n
aparar.” Əgər yeddi saat gözlədikdən sonra da bəndə heç bir xeyir əməl
yerinə yetirməsə, yaxud həmin günahından tövbə etməsə, savab işləri
yazan mələk günahları yazana deyər: "İndi artıq bu məhrum bədbəxtin
günahını yaz.”◘Riya
barəsində Allahdan qorxun. Çünki, riya Allaha şərik qoşmaqdır.
Riyakarları Qiyamət günündə dörd adla səsləyib deyərlər; "Ey kafir! Ey
facir! (yəni, günahkar) Ey xəyanətkar! Ey ziyankar! Əməllərin xarab,
savabın batil oldu. Bu gün heç bir payın yoxdur. Kimin üçün iş
görmüsənsə, get əvəzini də ondan al! ◘Dörd şey insan üçün xoşbəxtlikdir: Ləyaqətli qadın, xeyirli övladlar, yaxşı dostlar və öz vətənində ruzi. ◘Bədbəxtliyin
nişanəsi dörd şeydir: Keçmiş günahları unutmaq (halbuki, həmin günahlar
ilahi dəftərdə qorunub saxlanılır.), yerinə yetirdiyi yaxşı işləri
yadda saxlamaq (halbuki, məlum deyil qəbul olunub, ya yox), dünya
işlərində yüksəkdən getmək və onlara önəm vermək, axirət işlərini isə
yüngül tutub, onlara əhəmiyyətsiz sanmaq. ◘Xoşbəxtliyin
də dörd əlaməti var: Daim keçmiş günahları xatırlamaq, gördüyü xeyir
işləri unutmaq, dünya işlərində çox da yuxarıdan getməmək, axirət
işlərini də yüngül tutmamaq. ◘Əql
və şüura sahib olan məxluqat dörddür: Məlaikələr, şeytanlar, cinlər və
insanlar. Bu dörd qrupun doxsan faizi mələklər, on faizi şeytan, cin və
insanlardan ibarətdir. Həmin bu üç dəstədən də doxsan faizi şeytandan
ibarətdir, on faizi cinlərdən və insanlardan. Bu iki dəstənin də doxsan
faizi cinlər, on faizini isə insanlar təşkil edir. ◘Dörd
şey orucu və görülən hər bir xeyir işi xarab edər: Qeybət, yalan, söz
gəzdirmək və naməhrəmə baxmaq. (Yəni, qəbul olunmasının qarşısını alar,
nəinki, onun səhihliyini batil edər). ◘Yeməkdə
dörd şey cəm olsa, yemək kamil olar: Halal yolla ələ gəlsin, həmin
yeməyə çox əl uzansın, əvvəlində "Bismillah”, axırında isə
"Əlhəmdulillah” deyilmiş olsun. ◘Yer
üzərində olan evlərin dörd ən möhtərəm olanı bunlardır: Kəbə,
Beytül-müqəddəs, içində Quran oxunan ev və məscidlər. Bütün məscidlərdən
ən üstünü isə Peyğəmbər (s) məscidi və Kufə məscididir. Allah yanında
ən üstün kəslər peyğəmbərlər, onların vəsiləri və günahdan peşman olan
tövbəkarlardır. Qadınların ən yaxşısı ərlərinə itaət edən və evlərində
oturan möminə qadınlardır. Günahı tərk edərək, Allahdan bağışlanma
diləmək və bir daha həmin günaha qayıtmamağı qərara almaq tövbədir. Hər
kəs Allah qorxusundan və Onunla görüşmə xofundan ağlasa behiştə daxil
olar. ◘Peyğəmbər
(s) bəzən bu duanı oxuyardı: "İlahi dörd şeydən Sənə sığınıram; faydası
olmayan elmdən, ram olmayan qəlbdən, doymayan nəfsdən və qəbul
olunmayan duadan. ◘Öz
bığını qısaltmayan kəs dörd əzaba mübtəla olar: Mənim şəfaətimə nail
olmaz, Kövsər hovuzundan içməz, qəbir əzabına düçar olar, Nəkir və
Münkər də onun qəbrinə qəzəbli halda daxil olar. (Hədisdə batil əqidəli
sufilərin özbaşına və cəlbedici görünməkdən ötrü bığ saxlama tərzinə
işarə olunub.) ◘Mömin dörd şeyi tərk etməyincə əzabdan amanda ola bilməz: Simiclik, yalan, Allaha qarşı bədgüman olmaq və təkəbbür. ◘Dörd
gövhər var ki, dörd şey vasitəsi ilə xarab olar: Əql qəzəblə, din həsəd
və paxıllıqla, həya tamahla, saleh əməl də qeybət vasitəsilə. ◘Dörd
şey səbəb olar ki, insan Qiyamət gününün dəhşətli qorxusundan amanda
qalar: Nemət vaxtı şükür etmək, günahdan istiğfar etmək, müsibət və bəla
zamanı "inna lillah və inna iləyhi raciun” (biz Allaha məxsusuq və Ona
tərəf də dönəcəyik), ehtiyac və qorxu anlarında Allaha üz tutmaq. ◘Hər
kəs dörd nemətə sahib olubsa, ona dünya və axirət xeyri verilib və hər
iki dünyadan bəhrələnib: Onu günahdan qoruyan təqva, camaatla keçinə
biləcək xoş xasiyyət, insanların nadanlıq və axmaqlığını dəf edə biləcək
səbir və həlimlik və nəhayət, işlərində ona kömək edən ləyaqətli qadın. ◘Hər
kəs dörd şeyə malikdirsə ona hər iki dünyanın xeyri əta olunub: Şükür
edən qəlb, zikr edən dil, qüvvətli və möhkəm bədən və ləyaqətli qadın. ◘Qiyamət
günü Allah dörd kəsi dörd təbəqədən ötrü höccət qərar verər; (nümunə
göstərər) Süleymanı (ə) varlı və dövlətlilərə, İsanı (ə) kasıb və
yoxsullara, Yusifi (ə) qullara, Əyyubu (ə) isə xəstələrə. Ən uca
salamlar olsun bu pak peyğəmbərlərə! ◘Dörd
şey dörd məqsəddən ötrü yaradılıb: Mal-dövlət yığıb saxlamaqdan ötrü
yox, xərcləməkdən ötrü yaradılıb, elm mübahisə və höcət aparmaqdan ötrü
yox, əməl etmək üçün yaradılıb, bəndə xoş ömür güzəran keçirməkdən ötrü
deyil, dünya da bəndəlikdən ötrü yaranıb, nəinki, abad etməkdən ötrü
deyil, ibrət almaqdan ötrü yaradılıb. ◘Bir
gün Peyğəmbər (s) buyurdu: "Dörd şey möminlər üçün vacib
məsələlərdəndir: Gözəl minik, geniş ev, yaraşıqlı paltar və parlaq
çırağ.” Soruşdular: "Ey Allahın rəsulu, bunlardan bizim yoxumuzdur.
Sənin bu söylədiklərində məqsəd nədir?” Buyurdu: ”Gözəl minik əql, geniş
ev səbir, yaraşıqlı paltar həya və nəhayət, işıqlı çıraq isə elmdir.” ◘Dörd
şey var ki, onlardan hər hansı biri bir evdə olsa ev xarabaya çevrilər
və xeyir-bərəkət üzü görməz: Xəyanət, oğurluq, şərab və zina. ◘Əbuzərə
buyurdu: "Ey Əbuzər, dörd xüsusiyyət var ki, mömindən başqa heç kəsdə
tapılmaz, ibadətin əvvəli hesab olunan sükut (lazımsız və faydası
olmayan sözlərdən), Allahdan ötrü təvazö, hər zaman və hər bir halda
Allahı yad etmək və kasıbçılığa səbr etmək.” ◘Yenə
də Əbuzərə buyurub: "Gəmini saz vəziyyətə sal, çünki dərya dərindir.
Azuqəni bol elə, çünki yol uzaqdır, yükünü az et, çünki dağ keçidi
çətindir və əməllərini də xalis et ki, əməl sərrafı dəqiq və açıq
gözlüdür.” ◘Dörd
kəsə Allah ərşin yuxarısından lənət edər, mələklər də "amin deyər: Uşaq
olmaq qorxusundan arvad və kəniz almayan kişiyə (yəni, öz şəhvətini
haram yolla söndürən kişiyə), Allahın onu kişi yaratmasına baxmayaraq
özünü qadına bənzədən kişiyə (ləvatla məşğul olana), Allahın onu qadın
yaratmasına baxmayaraq, özünü kişiyə bənzədən qadına və camaatı
məsxərəyə qoyana; məsələn, bir müsəlmana " bura gəl sənə bir şey
verəcəyəm” deyib, o, gəldikdə isə "bağışlayın heç nəyim yoxdur” deyənə,
yaxud, məsələn, yolu üstündə heç nə olmayan kora muğayat ol, heyvana
dəyərsən” deyənə, yaxud da, hər hansı bir evin sorağında olana səhv yol
göstərənə. ◘Allah
hər kəsi Öz yaxın dostlarından və sirdaşlarından etmək istəsə ona dörd
xislət əta edər: Heç bir qohum-əqrəbası olmadan izzət və hörmət, təhsil
almaq əziyyəti olmadan elm, var-dövlət olmadan ehtiyacsızlıq və təklikdə
olarkən aramlıq. ◘Dörd
şeydən ötrü sevinən dörd yerdə də qüssələnər: Uzun ömürə sevinən ölən
zaman qüssələnər, evinin genişliyinə sevinən qəbrin darlığından qəmgin
olar (bu iki sevincdə məqsəd Allahı unutmaqdır), günaha sevinən onun
cəzası zamanı kədərlənər və haram yemək yeyən zaman fərəhlənən kəs hesab
çəkilən zaman hüznlənər. ◘Hər
kəsdə dörd xüsusiyyət olsa dünyada hər nə əlindən çıxsa qüssələnməz:
Əmanətdarlıq, düzdanışmaq, xoş xasiyyət və yemək zamanı iffətə riayət
etmək (yəni, qeyri-şəri şeylərdən çəkinmək). ◘Dörd
şey dünyada qəribdir: Zülümkarın qəlbində olan Quran ayəsi, namaz
qılmayanlar arasında olan məscid, evdə oxunmamış qalan Quran, bədrəftar
insanlar arasında olan saleh kişi. ◘Həzrət
Peyğəmbərə (s) ərz etdilər: "Münafiqin əlamətləri nədir?” Buyurdu:
"Yalandan and içmək, əhd-peymanı sındırmaq, yalan və vəd verib yerinə
yetirməmək.” ◘Dörd dəstə insanın adı aradan getməz: Peyğəmbərlərin, şəhidlərin, alimlərin və Quranı əzbər bilib ona əməl edənlərin. ◘Hər
kim çoxlu istiğfar etsə (bağışlanmaq diləsə) - Allah onu hər bir
qəm-qüssədən azad edər, hər sıxıntıdan qurtarar, hər qorxudan amanda
edər və gümanı gəlmədiyi yerdən ruzisini yetirər. ◘Mənim ümmətimi dörd dəstə insan islah edə bilər: Sultanlar, alimlər, ibadət edənlər və tacirlər. Soruşdular:
"Necə ola bilər ki, bunlardan başqa heç kəs onları islah edə bilməsin?”
Buyurdu: "Sultanlar bu ümmətin çobanlarıdır. Əgər çoban canavar olsa
qoyunları kim otarar? Alimlər xalqın həkimləridir. Əgər həkimlər özləri
xəstələnsə, xəstələri kim müalicə edər? İbadət edənlər əməl vasitəsi ilə
ümmətə yol göstərirlər. Əgər yol göstərənlərin özləri yollarını
azsalar, yol gedənlərə kim rəhbərlik edər? Tacirlər Allah bəndələrinin
əmanətdarlarıdır. Əgər əmanətdar xəyanət etsə daha kimə etibar etmək
olar?” | |
Views: 689 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |