Cümə günü, 2024-03-29, 1:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Fars filosoflarının hikmətli sözləri
2013-07-18, 8:52 AM
Fars filosoflarının hikmətli sözləri
◘Dörd şey dörd şey almamış yoluna düşməz; səltənət ədalət olmazsa davamlı olmaz, dost olmadan düşməni məhv etmək olmaz, camaatın sevgisini qazanmaq təvazödən başqa bir şeylə müyəssər olmaz, hədəflərə çatmaq da səbirdən başqa bir şeylə mümkün olmaz.
◘Dörd iş görmək heç kəsə layiq deyil; xahişi qəbul etməyəndən xahiş, yaxşılıq bilməyənə yaxşılıq, mühüm işlərdə tələsmək və bir də günah.
◘Dörd kəsə qarşı nəzakətli olmaq lazımdır; zülümkar padşaha, xəstəyə, nadanlıq girdabına qərq olmuş məstə və xoşrəftar və xeyirxah dosta qarşı.
◘Dörd şey xoşbəxtliyə dəlalət edir; pak nəsil, pak qəlb, pak əl və düzgün rəy.
◘Dörd şeyə heç bir kəs arxayın olmasın; padşaha yaxınlaşmağa, uşaqlarının dindarlığına, paxılların nəsihətinə və qadınların dostluğuna.
◘Dörd işə hər kəs bulaşsa uçuruma yuvarlanar: 1. Təkəbbür və özünübəyənmə. 2. Camaatın eyiblərini danışıb, onlara töhmət vurana. 3. Malını simicliklə camaatdan əsirgəyənə. 4. Alçaqlardan təvəqqö etmək.
◘Dörd şey xoşbəxtlik əlamətidir; əhd-peymana vəfa etmək, təvazökarlıq, halal ruzidən ötrü çalışmaq, ləyaqətli, ağsaqqala ehtiram göstərmək.
◘Dörd şey bədbəxtlik əlamətlərindəndir; nadanlarla oturub durmaq, fasiq və günahkarlarla yoldaşlıq etmək, çoxdanışan adamların nəsihətlərinə qulaq asmaq və qadınların dediyinə əməl etmək.
◘Dörd şeydən uzaq gəzmək lazımdır; səbirsizlik və iş görməkdə tələsmək, qəzəb, simiclik, təkəbbür və xudpəsəndlikdən.
◘Dörd şey varlanmağa səbəb olar; dostlarla məşvərət, düşmənlərlə nəzakət, nəfs istəklərini tərk etmək və Allahın təqdiri müqabilində səbirli olmaq.
◘Dörd işin axırı dörd şeylə nəticələnər; qəzəbin axırı peşmançılıq, tərsliyin axırı rüsvayçılıq, pis sözün axırı düşmənçilik və tənbəllik və süstlüyün də axırı xarlıq.
◘Dörd şey dörd şey vasitəsi ilə kamil olar; elm əql vasitəsilə, itaət zahidlik və təqva ilə, əməl ixlas vasitəsi ilə və nemət şükr vasitəsi ilə.
◘Dörd şey dörd şeyə səbəb olar; sükut rahatlığa, boş-boş sözlər danlağa, səxavət kamal və tərəqqiyə, şükr isə ruzinin bolluğuna. Allah-təala buyurub: "Əgər şükr etsəniz sizə olan nemətlərimi artıraram.”
◘Dörd şey adamı zəiflədər; düşmənin çoxluğu, borcun çoxluğu, günahın çoxluğu və ailə üzvlərinin çoxluğu.
◘Dörd şey dörd şeyə gülər; təqdir tədbirə, ölüm arzuya, qəza və qədər ehtiyata, ruzi də həris adama.
◘Dörd şey ömrün qısalmasına və onun xarab olmasına səbəb olar; çox cinsi yaxınlıq etmək, isti suyun içində çox oturmaq, qurumuş ət yemək və qoca qadınla yaxınlıq etmək.
◘Dörd kəsin dörd şeyi yoxdur; yalançının mərdliyi, paxılın rahatlığı, simicin səadəti və bədəxasiyyətin uca məqamı.
◘Dörd şey hər iki dünyanın xoşbəxtliyinə səbəb olar; Allaha, Peyğəmbərə (s) və imamlara (ə) itaət etmək, ata-anaya itaət etmək, alimlərə xidmət etmək və camaata qarşı mehriban olmaq.
◘Dörd şey dörd şeyə möhtacdır; şərəf ədəbə, xoşluq əmniyyətə, qohumluq dostluğa, əql də təcrübəyə.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 750 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]