«NƏHCÜL-BƏLAĞƏ» - QISA KƏLMƏLƏR BÖLÜMÜ - «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 11:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » QISA KƏLMƏLƏR BÖLÜMÜ

«NƏHCÜL-BƏLAĞƏ»
2014-01-28, 9:37 PM

121-RƏHBƏRLİK BİRLİYİ

Təlhə və Zübeyr Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm yaxın əshablarından, seçilmiş və ləyaqətli şəxsiyyətlərindən idilər. Hətta Ömərin özü ölərkən altı nəfəri tə`yin etdi ki, özündən sonra xilafətdə bir nəfəri seçsinlər. Elə ki, camaat yığışdılar və İmam Əli (əleyhissalam) ilə bey`ət etdilər, bu iki nəfər də onların arasında idilər. Camaat yığılandan sonra İmam Əli (əleyhissalam) ilə bey`ət edərkən həmin iki nəfər də bey`ət edənlərdən idilər. Amma nəfsani həvəslər bais oldu ki, bu iki nəfər Əli (əleyhissalam)-ın hüzuruna gəlib təklif etsinlər ki, Həzrət xilafət işində onları da şərik etsin (və müsəlmanlara rəhbərlik Əli (əleyhissalam) Təlhə və Zübeyrdən ibarət üç nəfərlik şura ilə yerinə yetirilsin). Əli (əleyhissalam)-a ərz etdilər:

«Biz səninlə bey`ət edirik bu şərtlə ki, sənin xilafət və rəhbərliyindəki işlərdə şərik olaq.» İmam (əleyhissalam) onlara belə cavab verdi:

«Yox, siz yalnız çətinlik və zəiflik zamanı təqviyyət, kömək və yavər olarsınız.»

122-HƏZRƏTİ MƏHDİ ƏLEYHİSSALAMIN DÜNYƏVİ ZÜHURU BARƏDƏ MÜJDƏ

İmam Əli (əleyhissalam) bir gün camaata xitabən buyurdu:

«Hökmən dünya dönüklük və ipə-sapa yatmazlıqdan sonra onu sağana süd verməkdən çəkinən və onu balası üçün saxlayan tünd xasiyyətli dəvə kimi bizə tərəf üz gətirəcək və bizə mehriban olacaqdır.»

Sonra «Qəsəs» surəsinin 5-ci ayəsini tilavət buyurdu ki:

«Bizim iradəmiz bu qərarladır ki, dünya yoxsullarına (kamil ne`mət) minnəti bəxş edək və onları yer üzünün rəhbər və varisləri qərar verək.»

Şiə alimləri ilə birlikdə bu sözü yuxarıdakı ayəyə qoşmaqla İmam Məhdi (əleyhissalam)-ın qiyamına bir işarədir. Buna görə ki, yalnız o Həzrətin dünya hökuməti zamanındadır ki; «Dünya müstəz`əfləri hakimiyyəti ələ alarlar və yalnız o zamandadır ki, camaat iştiyaq və mehribanlıqla Əli və ali Əli (əleyhissalam) məktəbinə doğru üz tutarlar. (Buna əsasən biz gərək belə böyük hökumətin zəminəsini qoymaq üçün himmət edək) və yuxarıdakı ayədə müstəz`əflərin hökumətlərinin Həzrət Musa (əleyhissalam)-ın rəhbərliyi altında Fir`on və fir`onçuların əleyhinə yaranan hökumətin nəvididir ki, ilahi hökumətə müjdə verir və tağutların müqabilində mövqe tutaraq onları tarixin zibilxanasına tullayır. Məgər belə bir hökumət Ali Muhəmmədin Həzrəti Məhdisinin səlləllahu əleyhi və alihi və səlləm dünya hökumətindən başqası ola bilərmi?!

Bu ayə və bundan sonrakı ayə beş mühüm mövzuya işarə edir:

1) Allah müstəz`əfləri kamil ne`mətə çatdırır

2) Onları xalqın rəhbəri edir

3) Onları zalımların hökmünə varis edir

4) Onlar qüdrətli və möhkəm hökumət sahibi olacaqlar

5) Allah onların qüdrətini düşmənlərə göstərir.

Yuxarıdakı beş mövzuya diqqət və xüsusilə də Əli (əleyhissalam)-ın sözündəki «ələyna» kəlməsinə diqqət et (biz əhl-beytə tərəf üz döndərirlər) Buna əsasən yuxarıdakı söz Həzrət Məhdi (ə.c)-ın müslih hökumətinin yaranmasına aid nəviddir!

123-YEDDİ SUALA CAVAB

Məhzər elm və irfan məhzəri idi. Bu vaxt haqq aşiqləri pərvanə kimi Əli (əleyhissalam)-ın ətrafına toplaşmışdılar. Bir şəxs o Həzrətdən soruşdu:

1) Ağıllı insanı kimdir?

İmam cavabında buyurdu: «Aqil o kəsdir ki, hər işi öz yerində görür.»

2) O, soruşdu: «Cahil və nadan insanı da bizim üçün vəsf et.»

İmam buyurdu: «Cahil aqilin əksinədir və o elə bir kəsdir ki, şeyləri öz yerində qərar vermir.»

3) Başqa bir şəxs sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»

İmam (əleyhissalam) buyurdu: «Allah onların hesabına necə yetişər bir halda ki, onlar Allahı görmürlər!»

4) İmam (əleyhissalam) buyurdu: «Necə ki, onlara ruzi verir bir halda ki, onlar onu görmürlər.»

5) Başqa bir şəxs soruşdu: «Ya Əmirəl-mö`minin! Hansı vasitə ilə döyüş meydanlarında öz tərəf müqabillərinə qalib gəldin?!» İmam (əleyhissalam) cavabında buyurdu:

«Mən hər kəslə üzbəüz oldumsa o, mənə öz əleyhinə kömək etdi.»

Şərif Rəzi deyir: «İmamın məqsədi o Həzrətin cəlal və heybətidir ki, düşmənin qəlbində qorxu və vəhşət icad edirdi. Eləcə də düşmənin özü o Həzrətə öz əleyhinə kömək edirdi.»

6) Başqa bir şəxs soruşdu: «Ədalət daha yaxşıdır ya səxavət? İmam (əleyhissalam) cavabında buyurdu: «Ədalət hər şeyi öz yerində qərar verir, amma səxavət onu ədalət sərhədindən daha yuxarı aparır. Ədalət ümumi qanundur lakin səxavət xüsusi xarakter daşıyır. Buna görə də ədalət səxavətdən daha yaxşı və ondan daha şərafətlidir.»

7) Başqa bir şəxs isə belə soruşdu: «Məşriqlə məğrib arasındakı fasilə nə qədərdir?» İmam (əleyhissalam) cavabında buyurdu: «Günəşə olan bir günlük yol qədər.»

124-ƏLİ ƏLEYHİSSALAMIN NƏZƏRİNDƏ PEYĞƏMBƏRİN ŞÜCAƏTİ

Hicrətin ikinci ili idi. Böyük Bədr müharibəsi İslam ordusu ilə Şirk ordusu arasında başlandı. Çox bərk və əzici bir müharibə! Bu müharibədə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm qoşununun baş komandanı idi. Düşmənin qəhrəmanları meydana gəlmişdilər. Kafirlərin qoşununun sayı min nəfərdən artıq idi.

Bir halda ki, islam diviziyasının adamlarının sayı 313 nəfərdən artıq deyildi. Bu bərabər olmayan müharibədə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm düşmənin müqabilində elə durmuşdu ki, İmam Əli (əleyhissalam) bu barədə şücaətlə belə buyurur:

«Hərgah müharibə alovu bərk şö`lələnirdi və zəbanə çəkirdi, biz Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə pənah aparırdıq və bizlərdən heç kəs düşmənə o Həzrətdən yaxın deyildi.» Doğrusu bu nə şücaətdir ki, qəhrəmanlar qəhrəmanı Əli (əleyhissalam) döyüş meydanında ona pənah aparırdı! Sə`di demişkən: «Ümmət divarına nə qəm ki, əgər sənin kimi arxası olsa, dəniz dalğasından nə qorxu, əgər onun gəmiçisi Nuh olsa.»

125-ÜÇ NƏFƏR TAMAŞAÇI

Əli (əleyhissalam) işləri idarə etməkliyi əlinə alandan sonra rəsmən müsəlmanların xəlifəsi oldu. Bir xeyli adam onunla bey`ət etmədilər. O cümlədən üç nəfər də var idi ki, kənara çəkildilər və Əli (əleyhissalam)-a kömək etmədilər. Əli (əleyhissalam) öz xilafəti dövründə çətin hadisələrlə üzləşsə də onlar durub tamaşa etdilər.

Bununla da nə haqqı himayət, nə də batili xar etdilər. Nəhcül-bəlağədə bu üç nəfər tamaşaçıya işarə olunubdur ki, ibarətdirlər:

1-Sə`d ibni Əbi Vəqqasdan (Sə`d ibni Malik ibni Vəhib) ki, o islamın şücaətli şəxsiyyətlərindən idi. Bədr və Ühüd müharibəsində fəal iştirak etmiş və Ömər ibni Xəttabın xilafəti dövründə islam diviziyası onun komandanlığı altında Qadsiyyə və Mədaini fəth etmişdi. O, 50 ya 55 hicri ilində Müaviyənin onun xörəyinə qatdığı zəhərlə dünyadan getdi!

Sə`d ibni Vəqqas o cümlə kəslərdəndir ki, Əli (əleyhissalam)-la bey`ət etmədi və o Həzrətin Qasitlər və Nakislərlə müharibəsində iştirak etmədi.

Hətta Əmirəl-mö`minin Əli (əleyhissalam) Mədinənin hakiminə yazdı ki, Sə`d ibni Əbi Vəqqas və Əbdüllah ibni Öməri beytül-mal payından məhrum et və bu dəstur icra oldu.

Sə`d və Əbdüllah, Əli (əleyhissalam)-ın hüzuruna gəlib öz paylarını ondan tələb etdikdə. İmamın onlara son sözü bu oldu: «Siz xilafkarsınız ki, əmr be mə`ruf və nəhy əz münkər etmədiniz. Bizimlə və düşmənlərimiz arasında islah vermədiniz və zalımlar ilə döyüşmədiniz. Ona görə sizin beytül-maldan payınız yoxdur.»

Sə`d baxmayaraq ki, Əli (əleyhissalam)-ın məqamına bələd idi, cəhl üzündən və qan axıdılmasından qorxduğu üçün kənara çəkildi və bə`zilərinin əqidəsincə xudxahlıq və rəyasət tələblik onu bu işdən saxladı.

2) Əbdüllah ibni Ömər ikinci xəlifə Ömər ibni Xəttabın oğlanlarından idi. O, da İmam Əli (əleyhissalam)-la bey`ət etmədi və Əli (əleyhissalam)-ın rəhbərlik dəstgahından eləcə də tamaşaçıların sırasından kənara çəkildi. Tədqiqatçı Kaşani nəql edir: O vaxt ki, Həccac ibin Yusif Səqəfi (Əbdul Məlik ibni Mərvanın qan içən cəlladı) Məkkəyə varid oldu və Müs`əb ibni Zübeyri dardan asdı Əbdüllah ibni Ömər Həccacın yanına gəldi və dedi:

«Əlini mənə ver səninlə bey`ət edim ki, məminlə Əbdül Məlik arasında vasitəsən, çünki Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitdim ki, buyurdu:

«Hər kəs ölsə və öz İmam zamanını tanımasa, o, cahiliyyət zamanının ölüsü kimidir.» Həccac ayağını uzatdı və dedi: «Ayağımı tut! Hələlik əlim məşğuldur.» Abdullah dedi: «Məni məsxərə edirsən?»

– Ey Bəni Ədi qəbiləsinin axmağı, sən Əli (əleyhissalam)-la bey`ət etmədin, indi də gəlmisən ki, burada deyirsən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm belə buyurdu?!

«And olsun Allaha sən Peyğəmbərin səlləllahu əleyhi və alihi və səlləm buyurduğuna körə buraya gəlməmisən, əksinə bu dar ağacının qorxusundan ki, Müs`əb ibni Zübeyr onun üstündə asılıdır, bura gəlibsən?!»

Nəhayət Əbdüllah ibni Ömər hicri 73-cü ilində Müs`əb ibni Zübeyrin qətlindən üç ay keçəndən sonra Həccacın mə`mur etdiyi bir nəfərin vasitəsi ilə zəhərləndi və dünyadan getdi. Bu tərtiblə buradan, müəyyən qədər Sə`d ibni Əbi Vəqqas və Əbdüllah ibni Ömərin zahiri şəxsiyyətləri ilə tanış olduq və anladıq ki, bu iki nəfər Əli (əleyhissalam)-la bey`ət etmədilər.

3) Haris ibni Hut üçüncü adamdır ki, Əli (əleyhissalam)-ı himayət etmədi və kənara çəkildi. O, Əli (əleyhissalam)-ın hüzuruna gəldi və özünün kənara çəkilməsinin səbəbini belə izah etdi:

«Sən elə güman edirsən ki, mən Cəməl səhabələrini (Təlhə, Zübeyr və s.) kimiləri azğınlıq yolunda bilirəm?!»

Daha aydın ibarətlə: Mən ki, müharibədən və sizi himayə etməkdən kənara çəkilməmişəm. Axı mən, Cəməl əshabı ilə müharibəni rəva bilmirəm. Mən bu çürük başlılar və adamlarla necə müharibə edim?!»

İmam Əli (əleyhissalam) ona buyurdu: «Sən yerə baxırsan və başının üstünə baxmırsan (maddi işlərə və dünyanın məhdud qəfəsinin daxilinə baxırsan nə mə`nəvi kamallara yox). Buna görə də gic və heyran qalıbsan.»

Haris dedi: Mən Sə`d ibni Əbi Vəqqas və Abdullah ibni Ömər (iki məşhur şəxslər) kimi kənara çəkilirəm.

İmam (əleyhissalam) buyurdu:

«Sə`d və Əbdüllah ibni Ömər nə haqqa kömək etdilər, nə də batili xar etdilər.»

(Hər ikisi tamaşaçı idilər). Yə`ni sən istəyirsən bu iki nəfəri özünə rəhbər biləsən?!

Bir halda ki, bu iki nəfər tamaşaçıdırlar və islama təəhhüdləri yoxdur. Bir Şəxsdən örnək götürməyi me`yarı və əsası budur ki, o şəxs haqqın hamısı və tərəfdarı ya batili xar edən olsun.

***

Deyilməmiş qalmasın ki, «Nəhcül-bəlağə»nin 18-ci hikmətində gəlib: İmam Əli (əleyhissalam) o kəslər barəsində ki, onunla birlikdə döyüşməkdən kənara çəkildilər buyurdu:

«Bunlar haqqı tək qoydular və batilə kömək etdilər.»

Bu tərtiblə İmam (əleyhissalam) məs`uliyyət yükünün altından çiyinlərini kənara çəkən və səhnələrdə hazır olmayan tamaşaçıları tənqid etdi. Hərçənd ki, sabiqəli şəxslər və ricaldan olsalar da. Çünki, gərək həmişə haqqa kömək edəsən və batillə barışmaz düşmən olasan.

126-«İMAN»-IN MƏ`NASI

Bir kişi Əli (əleyhissalam)-ın hüzuruna gəlib xahiş etdi ki, imanı ona şərh və bəyan etsin.

İmam (əleyhissalam) buyurdu: «Sabah mənim yanıma gəl, camaatın hüzurunda səni ondan agah edim ki, dediklərimi unutsan onda başqaları sənin üçün onları hifz edib saxlasın.»

«Zira, söz, qaçan dəvə kimidir ki, bə`ziləri onu tapır bə`ziləri isə tapmırlar.»

O günün sabahı oldu. İmam (əleyhissalam) camaatın arasına gəlib belə buyurdu:

Səbr dörd sütun üzərində qərar tutub:

1-İştiyaq

2-Qorxu

3-Zöhd

4-İntizar

İman da dörd sütun üzərində qərar tutub:

1-Səbr

2-Yəqin

3-Ədalət

4-Cihad

Yə`qin də dörd şö`bədən ibarətdir:

1-Ayıqlığı görmək

2-Hikmət dəqiqələrinə çatmaq

3-Hikmətlərdən nəsihət almaq

4-Keçmişdəkilərin necə hərəkət etdiklərinə diqqət etmək.

Ədalət də dörd şö`bədən ibarətdir:

1-Anlamaqda diqqət

2-Elm və biliyin dərinliyinə varmaq

3-Düzgün mühakimə

4-Sabit və möhkəm helm

Cihadın da dörd şö`bəsi vardır:

1-Əmr be mə`ruf

2-Nəhy əz münkər

3-Müharibə cəbhəsində sədaqət və düzgünlük

4-Fasiqlərlə düşmənlik və onlara qarşı kin...

Bu tərtiblə İmam (əleyhissalam) tam inayət və diqqətlə adamların suallarına cavab verdi. Belə ki, Həzrət ictimai məsələlərə, insanların əxlaqi və əqidəti məsələlərinə çox ciddi əhəmiyyət verirdi.

127-KƏ`BƏNİN ZİVƏRLƏRİ

Ömər ibni Xəttabın xilafəti zamanı idi. Qədimdən Kə`bəyə zivərlər (pərdə və ...) gətirmişdilər və orada yığılmışdı. Bu zivərlər barədə Ömərin hüzurunda söhbət oldu və ona dedilər: «Əgər bu zivərləri alsaydın (satsaydın və onun pulu ilə) islam ordusunu mücəhhəz etsəydin, mükafatı daha çox olardı. Kə`bə zivər və zinəti neyləyir?!»

Ömər onların təklifini qəbul etdi və həmin işi icra etməyi qərara aldı. Sonra Ömər bu barədə Əli (əleyhissalam)-la məsləhətləşdi və İmam Əli (əleyhissalam) cavabında buyurdu: O vaxt Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə Qur`an nazil oldu. Allah Qur`anda malları dörd ünvan altında qərar verdi:

1-İrs «fəraiz» qanununa əsasən vərəsə arasında bölünür.

2-Fəyy bir növ hərbi qənimətdir ki, o, ehtiyacı olanlara verilir.

3-Xüms onun məsrəfi də tə`yin olunubdur.

4-Sədəqələr və Zəkat ki, onun da məsrəf səbəbləri müəyyən olub və elə həmin yerlərə də sərf olunur. Qur`an nazil olduqda, Kə`bənin zivərləri də öz yerlərində idilər. Allah onları həmən halında qoydu. Belə ki, nə onu unutmuşdu nə də o zivərlər Allahdan gizli qalmışdı. Buna görə sən də onları həmən halında ki, Allah və Peyğəmbəri qərar veriblər qoy, o cür qalsın.

Ömər bu dəlillərdən qane olub dedi:

«Əgər sən olmasaydın, rüsvay olardıq.» Və Kə`bənin zivərlərini olduğu kimi saxladı.

128-BEYTÜL-MAL OĞRUSUNUN ƏLİNİN KƏSİLMƏSİ

İki nəfər oğrunu Əli (əleyhissalam)-ın hüzuruna gətirdilər ki, onların arasında hökm yürütsün. Hər iki oğru beytül-maldan bir şey oğurlamışdılar. Təsadüfən bunların hər ikisi qul idilər. Bu fərqlə ki, biri beytül-malın qulu, o birisi isə camaatın qulu idi.

İmam (əleyhissalam) Beytül-mal qulu barədə buyurdu: «Bu özü Allahın malıdır və ona hədd yoxdur. Çünki, Allah malının bir hissəsini öz malından yemişdir.»

Camaatın qulu barədə isə belə buyurdu: «Gərək ona şiddətli hədd icra olunsun və əli kəsilsin.»

129-ƏLİ (ƏLEYHİSSALAM)-IN QARDAŞ VƏ DOSTLARININ ÜSTÜNLÜKLƏRİ

Bir gün Əli (əleyhissalam) özünün dost və qardaşları barədə (misal ünvanıyla) danışırdı və istəyirdi arxadaşlara desin ki, mənim dostum və qardaşım o kəsdir ki, mənimlə məktəb bağlılığı olmuş olsun. Belə bir adam ilə gərək müəyyən üstünlüklərə malik olsun. Arxadaşlar qulaq vermişdilər ki, görsünlər o üstün cəhətlər nədir? Görəsən o üstün cəhətlər onlarda vardır ki, Əli (əleyhissalam)-ın dost və qardaşı hesab olunsunlar ya yox?!

Hər halda bu zamanda da Əli (əleyhissalam)-a əlaqəmənd olanlar gərək diqqətlə bu haqda fikirləşsinlər ki, Əli (əleyhissalam)-ın dostu və qardaşıdırlar ya yox? O Həzrət özünün həqiqi dost və qardaşı üçün Onu üstün cəhət saydı:

Mənim keçmişdə bir qardaşım var idi. Dini qardaş ki, bu üstün cəhətlərə malik idi:

1-Dünya onun nəzərində həqir və kiçik idi

2-Yeyib-içməyə ürək bağlamamışdı və öz qarnının əsiri deyildi.

3-Sakit idi və çərənçilik etməzdi

4-Əgər söz danışardısa, onun sözü haqq və faydalı idi. Belə ki, pərəstiş edənlərin yanğısını söndürürdü.

5-Zahirdə zəif bir insan və müstəz`əf (təvazökar) idi.

6-Cihad və döyüş zamanı meydanda tək idi və şir kimi coşurdu və səhra ilanı kimi hərəkət edirdi

7-Məhkəməyə daxil olmazdan əvvəl dəlil göstərməzdi.

8-Heç kəsi iş barədə (imkan daxilində üzr qəbul etmək) üzrünü eşitməzdən qabaq məzəmmət etmirdi.

9-Heç bir dərddən sağalana qədər gilayə etmirdi.

10-Dediyinə əməl edirdi və o şeyə ki, əməl etmirdi demirdi.

11-Hər vaxt başqa bir şəxslə danışdıqda elə ki, ondan haqq söz eşidirdi sükut edirdi (və haqqa təslim olurdu).

12-Eşitməyə daha çox həris idi, nəinki danışmağa və başqalarının nəzərini vaizlərin danışığına diqqət yetirməyə cəlb edirdi.

13-Hərgah onun qarşısına iki iş çıxasaydı, fikirləşirdi ki, onlardan hansı biri nəfsani həvəslərə daha yaxındır. Həmişə də həva və həvəsdən uzaq, əql və hidayətə daha yaxın olanı seçərdi.

Sonra buyurdu:

«Gərək siz bu cür gözəl əxlaqda olasınız! Bu üstünlüklərin olmasında bir-birinizdən irəli gedin və əgər onların hamısını icra etməyə qüdrətiniz yoxsa bilin ki, onların az miqdarını yerinə yetirmək çoxunu tərk etməkdən daha yaxşıdır.»

Mövləvi demişkən: «Əgər dənizin suyunu çəkmək olmazsa, gərək susuzluğa qədər dadmaq.»

Bə`ziləri deyirlər: «İmamın bu qardaşdan məqsədi ya Peyğəmbər, səlləllahu əleyhi və alihi və səlləm ya Əbuzər, ya da Miqdad olubdur. Amma əllamə Xoyi «Nəhcül-bəlağə»yə öz şərhində bu deyimi misal ünvanıyla bəyənibdir.

130-ƏLİ (ƏLEYHİSSALAM)-IN MÜHARİBƏ MEYDANINDA (TƏMKİNİ)

Əbu Həyyan Teymi atasından nəql edir ki, dedi:

«Siffeyn müharibəsndə cəbhədə Əli (əleyhissalam)-la yoldaş idim. O Həzrət polkları hazırlayır və cəbhənin ön xəttinə göndərirdi. Döyüş meydanında Müaviyəni bir atın belində gördüm ki, az qalır yerə yıxılsın. Əli (əleyhissalam)-ı da gördüm ki, onun bir neçə addımlığında ata minib Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin şəmşirini əlinə alıb rəcəz oxuyur. Bu halda Əli (əleyhissalam)-ın ordusunun əsgərlərindən biri irəli gəldi və Əli (əleyhissalam)-ma dedi: «Ya Əmirəl-mö`minin! Özünü gözlə və zənnimcə bu məl`un (Müaviyəyə işarə) hiylə edib səni qafilgir etmək istəyir.»

İmam buyurdu: «Yox canım! Əcəl və qəti tale insanı qorumaq üçün kifayətdir.»

Hər bir insan xüsusi mələklər vasitəsilə qorunub saxlanılır. O vaxt ki, insanın əcəli çatdı o mələklər onu buraxırlar. Bu mətləb Nəhcül-Bəlağədə 62-ci xütbədə gəlib: O vaxt ki, Həzrəti ölümlə hədələdilər, buyurdu:

«Allah mənim üçün möhkəm sipər qərar verib. Bu da həmən əcəldir ki, məni hadisələrdən hifz edir və o vaxt ki, ömrümün sonu çatdı o sipər məndən uzaqlaşır və məni hadisələrə təslim edir. O, gün də nə nizə yana gedər nə də yara sağalar.» 201 nömrəli Qisar kəlmələrində belə gəlib:

Hər bir insanla iki mələk yoldaşdır ki, onu qoruyur, lakin müqəddəratı yetişdikdə onu buraxırlar. Əcəl möhkəm sipərdir.

131-HAQQI TAPDALAMAĞIN CƏZASI

Ənəs ibni Malik məşhur müsəlmanlardan biri və ənsarın Xəzrəc tayfasından idi. O zaman ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Mədinəyə hicrət etdi. Ənəsin anası onun əlini ki, 10 yaşında idi tutdu və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin hüzuruna gəlib və ərz etdi: «Hər kəs sizə bir töhfə gətirdi, lakin mənim dünya malından bir şeyim yoxdur.» Bu övladımı nökərliyə qəbul et. Həzrət qəbul etdi və Ənəs on il Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin xidmətində durdu. 93 hicri ilində isə vəfat etdi və Bəsrədə evinin yanında dəfn edildi. Ənəs o adamlardandır ki, hicrətin ilk illərinin cəryanlarından Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin rehlətinə qədər baş verən hadisələrə yaxından nazir və şahid idi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən çoxlu hadisələr və rəvayətlər eşitmişdi. O vaxt ki, Təlhə və Zübeyr öz orduları ilə Bəsrəyə gəldilər və arada camaatı Əli (əleyhissalam)-a qarşı qiyam etməyə də`vət etdilər. Və bununla da Cəməl müharibəsini vücuda gətirdilər. İmam Əli (əleyhissalam) Ənəs ibni Malikə buyurdu:

«Təlhə və Zübeyrin yanına get və Peyğəmbərdən onlar haqqında n eşitmisənsə onlar üçün danış. (bəlkə düz yola qayıdalar və müharibəni qızışdırmaqdan əl götürələr).

İbni Meysəmin fikrincə onlar Peyğəmbərdən eşitmişdilər və Əli (əleyhissalam) Ənəsə buyurdu ki, onların yanına get və yadlarına sal. Bu idi ki, bir gün Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Təlhə və Zübeyrə buyurdu:

«Tezliklə siz, Əli (əleyhissalam)-la müharibə edərsiniz, bir halda ki, siz ona zülm və sitəm edirsiniz (siz zalim və batil cəhətində qərar tutmusunuz).

Ənəs ibni Malik Əli (əleyhissalam)-ın fərmanından boyun qaçırdı (dünyası təhlükəyə düşməmək üçün haqqı tapdaladı) və Əli (əleyhissalam)-a ərz etdi: Mən onu yaddan çıxarmışam.

İmam Əli (əleyhissalam) ona buyurdu:

«Əgər yalan desən, Allah başını Ağ alışığa (bərəs xəstəliyi) mübtəla etsin ki, heç əmmamən onu örtə bilməsin.» Şərif Rəzi deyir: Bərəs xəstəliyindən məqsəd (pis iylənmiş)-dir ki, bir müddətdən sonra bərəs xəstəliyinin ağ ləkələri Ənəs ibni Malikin üzündə aşkar oldu və məndən sonra heç kəs onu niqabsız görmürdü.

Məşhur sünnü alimi ibni Əbil Hədid deyir: «Əli (əleyhissalam) Rəhbədə (geniş və məşhur yer) Kufədə camaatı and verib buyurdu: «Sizi Allaha and verirəm, məgər sizdən bir kişi Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitməyibdir ki, o Həzrət «Həccətül-vida»dan qayıdandan sonra mənim barəmdə nə buyurdu:

«Hər kəs ki, mən onun mövla və rəhbəriyəm, Əli (əleyhissalam)-da onun rəhbəridir. İlahi Əli (əleyhissalam)-ı sevənləri sən də sev və düşmən san o kəsi ki, onu düşmən sanır.»

Bir qrup qalxıb buna şəhadət verdilər. Əli (əleyhissalam) Ənəs ibni Malikə buyurdu: «Sən də orada (Qədirdə) hazır idin bəs niyə indi şəhadət vermirsən?!»

Ənəs dedi: «Ya Əmirəl-mö`minin! Mən qocalmışam, yaddan çıxardıqlarım yadımda qalanlardan artıqdır.»

İmam (əleyhissalam) ona buyurdu: «Əgər yalan desən Allah başını ağ alışığa mübtəla eləsin ki, əmmamən belə o ağlığı örtə bilməsin.»

O ölməmişdən qabaq bərəs (xora) xəstəliyinə mübtəla oldu.

132-FÜRSƏT AXTARAN YƏHUDİYƏ DİŞ SINDIRAN CAVAB

Həzrət Musa (əleyhissalam) Fir`on və Fir`onçulara qalib gələndən sonra tağutların fitnə və əziyyətlərindən rahat olsa da böyük daxili çətinliklərlə qarşılaşdı. O cümlədən budur ki: Bəni İsrail Musa (əleyhissalam)-la dənizdən keçəndən sonra onlar öz yolları boyunca bir qrupu gördülər ki, xuzu və təvazo ilə öz bütlərinin ətrafını tutmuş və onlara pərəstiş edirdilər. Cahil və korqəlbli adamlar bu mənzərənin tə`siri altında qərar tutub aşkarcasına Musaya dedilər: «Ey Musa! Bizə bir mə`bud qərar ver necə ki, onların özləri üçün mə`budları vardır.»

Həzrət Musa (əleyhissalam) bu cahilanə təklifdən çox narahat oldu və onlara buyurdu: «Siz cahil və xəbərsizsiniz.»

Bir gün bir nəfər yəhudi Əli (əleyhissalam)-ın hüzurunda müsəlmanlara irad tutdu ki; «Siz hələ peyğəmərinizi torpağa tapşırmamışdınız ki, ixtilaf etdiniz?!»

İmam Əli (əleyhissalam) onun cavabında bu diş sındırıcı cavabı verdi:

«Biz Peyğəmbərdən yetişən dəstur və sözlər barəsində ixtilaf etdik, nəinki Peyğəmbərin özü və nübuvvət barədə (ta yaradanın Allahlığına dair), amma sizin ayağınız hələ dənizin suyundan qurumamışdı ki, Peyğəmbərinizə təklif etdiniz «bizim üçün mə`bud qərar ver, necə ki, bütpərəstlərin mə`budları vardır»

Musa (əleyhissalam) isə onlara belə cavab verdi: «Siz nadan cəmiyyətsiniz.»

Category: QISA KƏLMƏLƏR BÖLÜMÜ | Added by: Ənfal
Views: 299 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]