Cümə axşamı, 2024-04-25, 4:19 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » ÖN SÖZ

«NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ
2014-01-28, 9:02 PM

101-XAİN İCRA HAKİMİNİN TƏNBEH OLUNMASI

Münzir ibni Carude Əbdi böyük ərəb şəxsiyyətlərindən və Əbdül-Qeys qəbiləsindən sayılırdı. Atası (Carud) əvvəllər məsihi idi, 9-cu hicri ilində bir dəstə adamla Mədinəyə gəlib İslamı qəbul etmiş, sonra isə Bəsrədə yaşayaraq kafirlərlə müharibədə İran torpağında şəhadətə yetişmişdi. Münzir Həzrət Əli (əleyhissalam) tərəfindən İslam ölkəsi nahiyələrindən birində icra hakimi tə`yin edilmişdi. Buna baxmayaraq o beytül-mala xəyanət edib saysız-hesabsız hədiyyə və bəxşişlərlə öz qohum qardaşına əl tuturdu.

Bu xəbər Əli (əleyhissalam)-a yetişdikdə İmam (əleyhissalam) bu sifarişi onun üçün göndərərək onun həbs olunmasını əmr etdi.

Atanın ləyaqətli olması, məni sənə qarşı xoşbin və qafil etdi. Belə güman edirdim ki, sən də atanın yolu ilə gedəcəksən (pərhizkarsan), lakin birdən mənə xəbər verdilər ki, sən nəfsani həvəslərin dalınca düşüb öz axirətin üçün bir şey qoymamısan. Sən öz dünyanı abad etməklə axirətini viran qoyursan. Belə ki, öz qohumlarına qovuşmaq naminə öz dinini əldən veribsən. Əgər sənin barəndə mənə çatan xəbərlər düz olsa, qohumlarının dəvəsi və ayaqqabının bağı səndən yaxşıdır. Sənin kimi bir adam nə sərhəd qorumağa layiqdir, nə icra edilməsi işləri öz öhdəsinə götürməyə qüdrəti ola bilər nə də öz hörmətini yuxarı aparmağa ləyaqəti olmaz.

«Allahın istəyi ilə bu məktubum sənə çatdıqda durmadan yanıma gəl.»

102-ƏLİ (ƏLEYHİSSALAM)-IN RƏBBANİ ALİMƏ NƏSİHƏTİ

Abdullah ibni Abbas Abdül Mütəllibin oğlu həm Peyğəmbərin həm də Əli (əleyhissalam)-ın əmisi oğlu sayılırdı. Bəni-Haşim Şe`be Əbu Talibdə mühasirədə olduqları vaxt (yə`ni be`sətin 7 və 8-ci ili) həmin Şe`bdə (Məkkədə) dünyaya gəlmiş təqribən hicri 71-ci ilində 75 yaşında Məkkədə də dünyadan köçmüşdü.

O, Qur`an müfəssiri olub Əli (əleyhissalam)-ın ləyaqətli şagirdlərindən eləcə də İslamın böyük alimlərindən hesab olunurdu. Onun Peyğəmbər xanidanına böyük məhəbbəti var idi. O, dünyadan köçən zaman Məhəmməd ibni Hənəfiyyə (Əli (əleyhissalam)-ın oğlu) deyirdi:

«Bu gün bu ümmətin İlahi alimi dünyadan köçdü.»

Ölüm yatağında olarkən bu sözləri tez-tez təkrar edirdi. İlahi! Diriyəm o, əqidəyə ki, Əli (əleyhissalam) onunla diri idi və ölürəm o əqidə ilə ki, o dünyadan getdi. Bu sözləri söylədikdən sonra canını tapşırdı.

Qeyd etmək lazımdır ki, Cəməl müharibəsindən sonra İmam Əli (əleyhissalam) Abdullah ibni Abbası Bəsrənin fərmandarı tə`yin etmişdi. Əllamə Xoyi özünün «Nəhcül-bəlağə»dəki şərhində yazır.

İslam genişləndikdən sonra vergi və bə`zi İslami qənimətlər sel kimi Hicaza axmağa başladı. Əshablardan bə`ziləri mal toplayıb yığmağa hərisləşdilər. İmam Əli (əleyhissalam) onlara nəsihət edərək bu işdən çəkinmələrini söylədi. Həzrət Əli (əleyhissalam) bununla əlaqədar olaraq ibni Abbasa aşağıdakı məzmunda belə bir məktub yazdı:

Sən Allah tərəfindən tə`yin olunmuş əcələ toxuna bilməzsən (yə`ni qarşısını ala bilməzsən). Sənin ruzin olmayan bir şey sənə qismət olmayacaq.

Bil ki, dünya iki gündür. Bir günü sənin xeyrinə. İkinci günü isə sənin ziyanınadır. Bil ki, dünya dəyişilən və yenilik əmələ gətirən bir evə bənzəyir. Dünyadan sənin üçün tə`yin olunan şey sənin sorağına gələr, nə qədər aciz olsan belə o şey ki, sənin ziyanınadır gec-tez o da sənin yaxanı tutacaqdır nə qədər qüvvətli olsan belə. Daha başqa bir yerdə belə buyurur:

Açıq üzlə camaatla davran və ədalətli mühakimə yürütməklə onlara bax. Qəzəb və kindən uzaq ol, bil ki, kin şeytanın bir nümunəsidir.[24]

İmam bu nəsihətlə hətta böyük məzhəbi şəxslərə belə xəbərdarlıq etdi ki, məbada camaatı təhqir edib ümumi-mala əl uzadalar. Məbada dünyadan qafillik onların qürurunu artıra və məbada öz ətəklərini dünyaya bulaşdıralar. Dünyanı özlərinə hədəf sanalar. Əksinə, dünyanı axirətə və ali mə`nəvi hədəflərə körpü edib istifadə etsinlər.

103-XƏVARİCLƏ MÜZAKİRƏ (MÜNAZİRƏ)

Ötən dastanlarda Xəvaric macərasına (28-ci dastan) xülasə şəkildə də olmuş olsa işarə etdik. Xəvaric Əli (əleyhissalam)-ın dünənki silahdaşları idilər ki, kor qəlblilik, tərslik və nadanlıq üzündən Həkəmiyyət məsələsi və Siffeyn müharibəsində Əli (əleyhissalam)-a qarşı əks mövqe tutdular.

Nəhayət onların hamısı (bir neçə nəfərdən başqa) şiddətli müharibədə (Nəhrəvan müharibəsi) Əli (əleyhissalam)-ın ordusu tərəfindən qətlə yetirildilər.

Bu müharibədən əvvəl İmam (əleyhissalam) müxtəlif yollarla onlarla əlaqəyə girməyə cəhd edirdi. Belə ki, bəlkə aralarındakı ixtilaf müzakirə və münazirə yolu ilə həll olsun ta iş müharibəyə çəkməsin. Lakin onlar Əli (əleyhissalam)-ın nəsihətlərinə qulaq asmayıb müharibə alovunu daha da qızışdırdılar. Yuxarıdaki qeyd olunan yollardan biri də bu idi ki, İmam əmisi oğlu ibni Abbası bir neçə dəfə özü ilə onlar arasında vasitə qərar vermişdi. Lakin əyri inam və yalançı hasarların məhbusuna çevrildiklərindən ibni Abbasla danışmazdan əvvəl cüz`i məsələlərin zikrinə başladılar. İbni Abbasa onların yanına müzakirəyə gəldikdə deyirdilər: «Bu gözəl paltarı niyə geymisən?!...»

İmam İbni Abbasa buyurdu:

«Xəvariclə Qur`an ayələri vasitəsilə bəhs etmə, zira Qur`an bir kitabdır ki, onun ayə və şərhlərini ehtimallarla mə`nalaşdırmaq olar. Məsələn mümkündür, sən bir şey deyəsən ki, cavabında onlar da başqa bir söz söyləsinlər və, bu da nəticəsiz qalacaq, lakin onlarla Peyğməbər səlləllahu əleyhi və alihi və səlləmin sünnəti ilə bəhs et ki, bunun müqabilində cavab tapmayacaqlar.»

İbni Abbas Əli (əleyhissalam)-ın fərasətli və sayıq şagirdi olduğuna görə Əli (əleyhissalam)-dan Həkəmiyyətin əsl düzlüyünü (onun keyfiyyətini nəzərə almaqla) onlara sübut etməkdən ötrü Qur`an ayəsi istəyirdi, nəticədə isə qısa fikirlilik və cahillik üzündən Qur`anın mə`na və anlayışlarını əsassız dəlil və ehtimallarla rədd edərək xəyal edirdilər ki, hər bir mövzu üçün xüsusi ayə olmalıdı. Deyirdilər ki, Qur`an «iki siyasi qurupun Həkəmiyyətin barədə bir söz demədiyindən müsəlmanların hər iki qurupunun-Həkəmiyyəti batildir.»

Mö`təziləli alim ibni Əbil Hədid deyir:

Yuxarıdakı söz misilsizdir. Belə ki, bu sözün çox ali bir məfhumu vardır...

Sonra deyir: Əgər ibin Abbasın hansı sünnətlə-Xəvariclə danışması sual olunarsa cavabında belə deyərik: İmamın məqsədi Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin açıq və dəlilə ehtiyacı olmayan sözləridir. Məsələn Peyğəmbərin aşağıdakı buyurduğu cümlə kimi:

«Əli haqqla, haqq isə Əli (əleyhissalam)-dır. Harada haqq olsa Əli (əleyhissalam)-da onunla harada Əli olsa şübhəsiz haqq da onunladır.»

Ya da Qədir hədisi kimi; Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm bu hədisdə buyurmuşdu:

«İlahi! Əlini dost tutanları, sən də dost tut və onu özünə düşmən sananları sən də düşmən bil. Əli (əleyhissalam)-a gömək edənlərə sən də kömək et.

Buna oxşar rəvayətləri əshab Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitdiyinə görə sössüz qəbul edirdi. Amma Xəvariclər isə hətta bu danışığın aşkarlıq və qətiyyətindən belə boyun qaçırırdılar.

Xəvaricin başqa hədəflər güdməsi get-getə Əliyə sübut olurdu. Həzrət bu barədə nə qədər sə`y göstərərək hüccəti tamam etdisə də onlar öz tərsliklərindən əl çəkmədilər.

Nəticədə Əli (əleyhissalam) onlarla müharibə etməyə məcbur oldu.

QISA KƏLMƏLƏR BÖLÜMÜ

104-İĞTİŞAŞLARDA İNSANIN VƏZİFƏSİ

Dünyada baş verən fitnələr və hadisələr müxtəlifdir.

Bir ixtilaf gah iki münhərif qrup arasında, gah, iki şəkkli, bə`zən də iki haqq və batil qrup arasında baş verir.

İslam nəzərincə haqqı himayə edib batil ilə mübarizəyə qalxmaq lazımdır. İki qrp arasında, yə`ni batil və şəkkli qruplar arasında fitnə fəsadlar baş verərsə belə hallarda İslam dayanmaq əmri verir, əlbəttə dayanmaqdan məqsəd kənara çəkilib laqeyd qalmaqlıq deyildir. Əksinə, məqsəd budur ki, bir müsəlman insan yolunu azmış ya şəkkli adam üçün körpü və arxa olmalıdır. Belə ki, ondan batil üçün istifadə etməsinlər.

İmam Əmirəlmö`minin (əleyhissalam) buyurur:

«Fitnələrdə az yaşlı dəvəyə bənzə. Nə belini əy ki, sənə minsinlər və nə də döşün olsun ki, səni sağsınlar. Yə`ni heç vəchlə batil yolla gedənləri müdafiə etmə.

Bu yandırıcı oddan ayıq və uzaq ol ki, iddiaçılar canını satın almasınlar.»

105-ÜÇ SUALA CAVAB

İmam Əli (əleyhissalam) camaatı o qədər azad buraxmışdı ki, onların istədikləri vaxtda Həzrətdən sual soruşmağa icazələri var idi. Həzrət bə`zən onlara belə buyururdu: «Hələ aranızdan getməmiş suallarınızı məndən xəbər alın.»

Bir gün bir şəxs o Həzrətin hüzuruna gəlib soruşdu: Məgər Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm belə buyurmurdu?

«Saçlarınızın rəngini dəyişdirin və özünüzü yəhudiyə oxşatmayın?» (Saçlarınıza rəng və həna qoyun, nəinki yəhudi kimi rəngsiz və dağınıq olsun).

İmam buyurdu: Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm bu sözü İslam ardıcıllarının çox az miqdarda olduqları zaman buyurmuşdu. Bu gün isə İslam genişlənib və əmin amanlıq hökm sürür. Hər kəs istəsə öz saçını rəngləyə də bilər, rəngləməyə də bilər.

Başqa bir gün bir şəxs o Həzrətdən soruşdu: «Xeyir (yaxşılıq) nədir?!» İmam cavabında buyurdu: Xeyir, səadət sərvət və uşaqlarının artmasında deyil, xeyir və səadət elm, helmin (səbirin) artımındadır. Eləcə də xeyir və səadət Allha pərəstiş xəttində addım atdığına görə etdiyin iftixardadır əgər yaxşı iş görsən Allha şükr et yox əgər pis iş gördün onun dərgahından bağışlanmağını dilə. Bu dünyada yalnız iki adam səadətə yetişər.

1-Tövbəsi ilə keçmiş günahlarının bağışlanmasını istəyənlər.

2-Yaxşı iş görənlər.

Başqa bir şəxs o Həzrətə dedi: «Ya Əmirəl-mö`minin! Əgər saqqalına rəng və həna qoysaydın nə yaxşı olardı!»

İmam ona buyurdu:

Rəng və həna qoymaq gözəllik əlamətidir, lakin biz əzadarıq (O Həzrətin əzadarlıqdan məqsədi Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin rehləti olub). Bəli İmam Əli (əleyhissalam) Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm matəmində həqiqətən əzadar idi. Belə ki, onun ayrılığından şam kimi yanıb əriyirdi. (Bax 69-cu dastana.)

106-ZİLLƏTƏ SƏBƏB OLAN HƏRKƏTLƏRDƏN ÇƏKİNDİRMƏK

Həzrət Əli (əleyhissalam) Kufədən Siffeyn cəbhəsinə doğru (Şam nahiyəsi) hərəkət etdi. Yol boyunca Ənbar şəhərindən keçdikdə şəhər kəndxudaları İmama ehtiram əlaməti olaraq öz atlarından yerə enərək (Ənbar camaatı bu şəkildə şahlara və böyüklərə ehtiram qoyurdular) Əli (əleyhissalam)-a sarı yüyürüb onun qabağına qaçırdılar. İmam Əli (əleyhissalam) üzünü onlara tutub buyurdu: «Bu hərəkətlərinizin mə`nası nədir?»

Cavab verdilər: «Bu bir adətdir ki, biz onunla öz başçılarımıza hörmət bəsləyirik.»

İmam buyurdu: «And olsun Allaha, başçılarınız belə işlərdən heç bir xeyir görmürlər. Siz isə bu işinizlə özünüzü dünyada məşəqqət və çətinliyə salır, axirətdə isə bədbəxtliyə sarı sürükləyirsiniz. Ardınca Allah cəzası olan məşəqqətin ziyanı böyükdür.

İnsanı İlahi əzablardan qoruyan sakitliyin sayəsi isə çox faydalıdır.

Həzrət Siffeyn cəbhəsindən qayıdıb Kufəyə varid olduqda, Şəbamiyyin qəbiləsi yaşayan küçədən keçirdi ki, arvadların Siffeyn müharibəsində ölənlər üçün ağlamasının şahidi oldu. Bu zaman qəbilənin başçılarından Hərb ibni Şərəcil adlı bir nəfər Həzrətin hüzuruna gəldi. İmam ona buyurdu: «Görəsən bu qadınları sakitləşdirə bilməzsiniz?!»

Bu vaxt İmam yanınca hərəkət edən Hərbə buyurdu:

«Sən qayıt, çünki, sənin kimi bir şəxsin mənim kimi adamın yanınca piayada gəlməsi hakim üçün qürur, mö`min üçün isə zillətdir.»

Bu tərtiblə İmam Əli (əleyhissalam) yaltaqlıq və xarlıq nişanəsi olan zilləti onlardan uzaqlaşdıraraq bəşəriyyətə yüksək təbiətli olmağı, özünə qiymət verməyi öyrətdi.

107-XƏSTƏNİN BAŞI ÜSTÜNDƏ

Həzrətin yaxın silahdaşlarından biri xəstələnmişdi. İmam Əli (əleyhissalam) onun yanına gedib əhvalını soruşdu və ona buyurdu: Allah bu xəstəliyi sənin günahlarının yuyulması üçün səbəb qərar veribdir. Çünki, xəstəliyin heç bir mükafatı yoxdur. Lakin, (səbr edib şikayət etmədikdə) keçmiş günahları aradan apararaq onları ağac yarpağı kimi tökür.

Bunu da bil ki, əcr və mükafat yaxşı danışmaq, eləcə də bədən üzvlərinin əməli ilədir. Allah öz bəndələrini pak niyyət və qəlblərinə görə behiştə daxil edəcəkdir.

Bu sözdən belə nəticə alırıq ki, xəstəlik keçmiş günahların məhvinə bais olur.

İmam Baqir (əleyhissalam) buyurur:

Bir gün Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: «Allah buyurur: Əgər hər kəs üç gün xəstələnərsə və bu üç gündə əyadətinə gələnlərdən heç kəsə şikayət etməzsə Allah onun bədənindəki ətdən daha yaxşı ət qanından daha yaxşı qan bədəninə verər, əgər ona şəfa versəm yaxşı olub, əgər onun ruhunu bədənindən çıxarsam bu halda onu öz rəhmətimə doğru aparmışam.»

108-CƏSUR QƏHRƏMANIN XATİRƏSİ

Xəbbab ibni Ərrət İslamın qabaqcıl həqiqi mücahidlərindən idi. O, islamı qəbul edən altıncı adam idi. Bununla belə müşriklərin şiddətli işkəncələrinə mə`ruz qalmış və onlara qarşı əyilməz kimi mübarizə aparmışdı. Heç vaxt İslamdan xaric olmamışdı. Bir neçə dəfə onun başını qızmış dəmirlə dağlamışdılar lakin bütün bunlara baxmayararaq o, öz yolunu davam etdirirdi. O, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin müharibələrində fəal iştirak etmişdi. Həmişə İslamı nəyin bahasına olursa-olsun müdafiə edirdi.

Xəbbab Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən sonra daim Əli (əleyhissalam)-la idi. Nəhayət 37-ci hicri ilində 72 yaşında ikən dünyasını dəyişdi. Öz vəsiyyətinə əsasən Kufə xaricində torpağa tapşırıldı.

İmam Əli (əleyhissalam) bir danışdığında buyurdu: İslam qabaqcılları beş nəfərdir.

1-Mən özüm ərəb qabaqcıllarındanam.

2-Salman Farsi,

3-Suhəyb Rumi

4-Xəbbab Nətb (Fələstin)

5-Bilal isə Həbəşə qabaqcıllarındandır.

İmam Əli (əleyhissalam) öz vəfalı silahdaşını belə xatırladı.

«Allah Xəbbaba bu beş üstün cəhəti olduğuna görə rəhmət eləsin.»

1-Öz istək və meyli üzündən İslamı qəbul etdi.

2-Allaha itaətinə görə hicrət etdi.

3-Sadə yaşayışla kifayətləndi.

4-Allahdan razı idi.

5-Bütün həyatı boyu mücahid və yorulmaz bir mübariz idi.

Qəribə burasıdır ki, Xəbbabın oğlu Abdullah o qədər Əli (əleyhissalam)-ın xəttində möhkəm durmuşdu ki, kor ürəkli Xəvaric onun özünü, eləcə də hamilə həyat yoldaşını şəhadətə yetirmişdilər.

109-ƏLİ (ƏLEYHİSSALAM) AŞİQİ VƏ DÜŞMƏNİ

Əfləh Əli (əleyhissalam)-ın müxlis silahdaşlarından biri idi. Özü də zənci idi. Onun yaxşı müsəlman olmasına baxmayaraq öz həyatında bir dəfə etdiyi oğurluq onu giriftar etdi. Oğurluq etdikdən sonra vicdan danlağı və Allah qorxusu onu bərk narahat etmişdi. Buna görə də tövbə edib öz-özünə dedi. Əli (əleyhissalam)-ın hüzuruna gedərəm, təki oğurluq cəzasını mənə çəkdirməklə məni günahımdan təmizləsin.

O Əli (əleyhissalam)-ın hüzuruna gələrək üç dəfə oğurluğuna e`tiraf edib onu dilə gətirdi. İmam Əli (əleyhissalam) da cəza olaraq onun əlinin dörd barmağını kəsdi.

O bərk zərbə almasına baxmayaraq imanla dolu bir qəlblə Əli (əleyhissalam)-ın məhzərindən çıxıb evinə tərəf yollandı.

Bu arada fürsət axtaranlardan və Əli (əleyhissalam)-ın kinli düşmənlərindən olan İbni Kəvva adlı biri (Nəhrəvan Xəvaricindən idi) öz-özünə dedi: «Yaxşı oldu, indi bu şəxsi Əli (əleyhissalam)-ın əleyhinə qaldıraram.»

Öz hiyləsi ilə onun yanına gəlib dedi: Ah, ah, əzizim! Kim sənin nazənin əlini kəsdi? Doğrusu nə qədər rəhmsizlik? Nə qədər qan içənlik?!

Əfləh nurani qəlbə və möhkəm imana malik idi. İbni Kəvvanın xam xəyalının xilafına olaraq Əli (əleyhissalam)-a qarşı elə gözəl sözlər söylədi, bazar və camaatın get-gəli çox olan bir yerdə fəsih dil ilə Əli (əleyhissalam)-ı tə`rif etməyə başladı. O belə deyirdi:

Sağ əlimi o, yeganə Allaha sitayiş edən kəsdi. O, Bədr və Ühüd döyüşündə yalnız atlı idi. Elə bir şəxs ki, Məkkə, Mədinə və Əbtəh diyarı onu öz əzəməti ilə xatırlayır. Əlimi pərhizkarlar rəhbəri Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin ürəyinin meyvəsi, insan rəhmətinin qayəsi, düşməni əzib ona düz yol göstərən, işıqlı çıraq olan Həzrət Əli (əleyhissalam) kəsdi. Ey camaat! Cəmiyyət hər tərəfdən onu əhatə etmişdi sanki xoş bəyanlı zirək bir natiq camaata xütbə oxuyurdu.

Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdı. İmam onu öz yanına çağırtdırdı ona məhəbbət göstərib və ona dua et. O, dedi: «Ey Əmirəl-mö`minin! Əgər bədənimi tikə-tikə etsələr belə sənin eşqin qəlbimdən çıxmaz.»

Digər tərəfdənsə İmam başa düşdü ki, kor qəlbli, imansız olan İbni Kəvva onu bu cür şərrə qaldırmışdır. İbni Kəvvaya buyurdu: «Ey Kəvvanın oğlu, bizim dostlarımız vardır ki, əgər onları tikə-tikə etsək dostluqları nəinki azalmaz, artar və əksinə bizim düşmənlərimiz var ki, əgər bal şəhdini onların boğazına töksək nəinki onlar dost olmaz, əksinə düşmənçiliklərini daha da artırmış olarlar. O adam ki, həqiqətdə bizi sevir qiyamət günündə mütləq bizim şəfaə­timiz ona şamil olacaq.»

Ruzigarın hadisələrindən biri budur ki, həmin şəxs Nəhrəvan müharibəsində Əli (əleyhissalam) ordusunda şəhadətə yetişdi və canını mövlası Əli (əleyhissalam)-a təslim etdi İbni Kəvva da həmin müharibədə nəhrəvanların ordusunda həlakətə yetişdi və cəhənnəmə vasil oldu.

Əli (əleyhissalam) buyurur: «Hərgah bu qılıncı elə bir imanlı adamın burnuna vursam ki, səni gözündə düşmən etsin, düşmən olmayacaq və əgər tamam dünyanı münafiqin boğazına töksəm belə sənin səsinə yenə də səs verməyəcəklər çünki, Peyğəmbər buyurmuşdu:

«Ey Əli! Mö`min səninlə düşmənçilik etməz, münafiq isə səni sevməz. Bu bir əsas və me`yardır ki, mö`min ilə münafiqi onun əsasında tanımaq olar.»

110-ƏLİ (ƏLEYHİSSALAM) İBADƏT MEHRABINDA VƏ GECƏ YARI NALƏSİ

Kufəyə sahib olandan sonra Müaviyənin ən iyrənc hiylələrindən biri bu idi Əli (əleyhissalam)-ın əshabını Şama doğru cəlb edirdi. Sonra ümumi yığıncaqlarda onları məcbur edirdi ki, Əli (əleyhissalam)-dan söz danışsınlar bəlkə onların dilindən Əli (əleyhissalam)-a aid bir eyb deyilmiş olsun ki, bu da Müaviyənin siyasətini təsdiq etsin.

Belə yığıncaqların birində danışdırılan adamlardan biri Zirar ibni Zümrə idi. O, Əli (əleyhissalam)-ın xüsusi və mə`rifətli yoldaşlarından hesab olunurdu. Əli (əleyhissalam)-ın şəhadətindən sonra Müaviyə onu (ya təhdid yolu ilə ya da tamahlandırmaq yolu). Şama cəlb etdi. Ümumi məclislərdən birində üzünü ona tutub dedi: Ey Zirar! Əli (əleyhissalam)-ın ali xüsusiyyətlərindən danış!

Zirar: Məni bu işə qoşma.

Müaviyə: Mütləq gərək Əli (əleyhissalam)-ın vəsflərindən deyəsən!

Zirar: İndi ki məcbur edirsən, naçaram Əli (əleyhissalam)-ın bir sıra sifətlərinə işarə edim:

1-Əli dindarlara ehtiram edirdi və onun adamlara hörmət me`yarı din və imana əsaslanırdı.

2-Kasıblara və yoxsullara özünü daha yaxın hesab edir, varlıların sərvətinin onun yanında hörməti yox idi və ona e`tina etməzdi.

3-Güclü, zor sahibi və qüdrətli şəxs o Həzrətə nüfuz etməyə qadir deyildi.

4-O, gücsüzlərin ümidini ədalət və özlərinin haqlı hüququndan kəsmirdi. Eləcə də onların haqqını hüquq qarətçilərindən alırdı. Hətta onlar güclü və quldur olsalar da!

Zirarın sözü buraya yetişdikdə dedi: Şəhadət verirəm ki, bir gecə yarıdan keçmiş idi. Qaranlıq və zülmət pərdələri dünyaya yayılmışdı. O mehrabda durub saqqalını tutmuşdu və ilan vurmuş adam kimi qıvrılır ağlayır və deyirdi:

«Ey dünya, ey dünya! Məndən uzaqlaş! Özünü mənə göstərirsən? Yoxsa məni şövqə gətirmək istəyirsən?!» Hələ sənin mənə nüfuz edə biləcəyin zaman gəlib çatmamışdır. Heyhat, (məndən uzaqlaş,) başqasını aldat. Mənim sənə ehtiyacım yoxdur. Mən sənə üç dəfə talaq vermişəm. Daha geriyə dönüş yoxdur. Sənin həyatın qısa mövqeiyyətin az, arzun alçaq və heçdir.

«Ah ömrün azlığından, yolun və səfərin (axirət) uzunluğundan və məqsədin isə böyüklüyündən!»

Burada idi ki, hiyləgər Müaviyə ağladı və dedi: Allah Əbul Həsənə (Əli (əleyhissalam)-a) rəhmət eləsin. Bəli, o, elə idi, ey Zirar! İndi de görüm, ondan ayrı sənin qəmin necədir?

Zirar dedi:

«Mənim qəmim, balasının başı qucağında bədənindən ayrılan ananın qəmi kimidir.»

Category: ÖN SÖZ | Added by: Ənfal
Views: 722 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]