Cümə günü, 2024-03-29, 11:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » ÖN SÖZ

«NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ
2014-01-28, 8:57 PM

İKİNCİ BÖLÜM

71-ƏDƏB VƏ HƏYA QAYDALARINA RİAYƏT

Hücr ibni Ədi və Əmr ibni Həməq İmam Əli (əleyhissalam)-ın şücaətli və vəfalı silahdaşları idilər. Onlar Siffeyn müharibəsində Şam ordusundan zara gəldiklərini izhar edir və onlara nalayiq sözlər deyirdilər.

Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdı. İmam onlara sifariş göndərdi ki, nalayiq sözlər danışmayın və təhqir edici sözlər söyləməyin. O iki nəfər Əli (əleyhissalam)-ın hüzuruna gəlib ərz etdilər: «Məgər biz haqq deyilik?»

İmam buyurdu: «Haqqıq»

Ərz etdilər: «Məgər Şam ordusu (Müaviyənin silahdaşları) batil xəttində deyildirlər?» İmam buyurdu: «Bəli, onlar batildirlər.»

Ərz etdilər «Bəs, niyə bizi onlra nalayiq sözlər deməkdən çəkindirirsən.?»

İmam buyurdu: «Mən sevmirəm ki, siz nalayiq sözlər söyləyəsiniz. Amma əgər onların əməllərini ifşa etmiş və onların yoldan çıxmalarını söyləsəydiniz dedikləriniz daha düz və üzrünüz qəbul olunardı.» Sonra buyurdu: «Gərək pis sözlər demək əvəzinə belə dua edəydiniz.» «İlahi! bizim və onların qanını hifz et! Bizimlə onların arasını düzəlt, və onlara yol azmaqdan nicat ver, bundan ötəri ki, xəbərsizlər haqqı tanısınlar və haqq ilə düşmənçilik edənlər özlərinin bu pis əməllərindən əl götürsünlər.»

Əsəri toplayan deyir: «Qur`ani məciddə «Ən`am» surəsinin 108-ci ayəsində belə oxuyuruq:

«Allahdan başqasını mə`bud seçənləri söyməyin, əks halda onlar da zülm və cəhalət üzündən Allahı söyərlər.»

Bə`zi rəvayətlərə görə mö`minlərdən bir çoxunun bütpərəstlər və onların əməllərindən şiddətli surətdə narahatlıqları olduğuna görə onların bütlərinə təhqir edici sözlər deyirdilər. Belə bir vaxtda Qur`an yuxarıdakı ayə ilə aşkarcasını onların bu məsələdən çəkindirdi.

Beləliklə görürük: «Nəhcül-bəlağə» və Qur`an əmr edirlər ki, müsəlmanlar hətta düşmənlərin müqabilində belə ədəb və həya üsullarına əməl etsinlər.

Çünki, söyüş və pis sözlər ilə yolunu azmışları haqqa tərəf sövq etmək mümkün deyil, əksinə, bu iş düşmənin daha da tərsləşməsinə səbəb olacaqdır. Beləliklə mə`lum olur ki, gərək insanlar məntiq, dəlil və nəzakətli əxlaqla, İslama doğru cəzb olunsunlar.

72-HƏSƏN VƏ HÜSEN (ƏLEYHİMƏSSALAM) SİFFEYN MÜHARİBƏSİNDƏ

Əli (əleyhissalam)-ın ordusu ilə Müaviyənin qoşunu arasında baş verən Siffeyn müharibəsi 18-ay davam etdi. Bu döyüşdə Əli (əleyhissalam) ilə yanaşı Həsən və Hüseyn (əleyhissalam) Məhəmməd ibni Hənəfiyyə və Həzrət Abbas (əleyhissalam) da fəal iştirak edirdilər.

İmam Həsən (əleyhissalam)-ın rəhbər seçiləcəyi, eləcə də nəslinin hifzi Həsən və Hüseyn (əleyhissalam) ilə bağlı olması səbəbləri üzündən Əli (əleyhissalam) Peyğəmbərin gözünün işığı olan bu iki nəfərin öldürülməsindən çəkinirdi. Elə buna görə də Həzrət buyurdu:

«Ey Mö`minlər! Məni araya salmaq əvəzinə bu cavanı (oğlumu) dərk edin. Məbada onun şəhadəti məni pərişan edər, uca ümid hasarımı sındırar, ona görə ki, mən bu iki nəfərin ölümü barədə (Həsən və Hüseyn) heyfsilənirəm, Məbada onların şəhadəti ilə Peyəğəmbər nəslini kəsmiş olasınız.»

Məhəmməd Hənəfiyyə də Əli (əleyhissalam)-ın oğlanlarından idi. Bir şəxs ondan soruşdu: «Niyə atan səni müharibə meydanına göndərirdi və bu barədə israr edirdi, amma Həsən və Hüseyn (əleyhissalam)-a qarşı isə belə deyildi.»

O cavabında dedi: «Ona görə ki, Həsən və Hüseyn (əleyhissalam) atamın iki gözü kimidirlər, atam əlləri ilə gözlərini qoruyurdu və mən atamın sağ əliyəm.»

Burada Hüseyn (əleyhissalam)-ın Peyğəmbərin övladı olması barəsindəki dastana diqqət yetirmək yerinə düşərdi.

Həccac ibni Yusif Səqəfi Əbdül Məlikin Kufədəki qan içən valisi idi. Onun şiələr və Əmirəl-Mö`minin Əli (əleyhissalam)-ın dostları ilə qatı düşmənçiliyi var idi. Və hətta bir nəfərin şiə olması və Əli (əleyhissalam)-dan tərəfdarlıq etməsi zənni kifayət idi ki, onu qətlə yetirsin.

Deyir: Bir gecə Həccac məni istədi, hürəkək oldum və durub yanına otağa daxil olduqda birdən onun kənarında sərilmiş dəri süfrəni ki, adamları onun üstündə öldürürdü və iti bir qılıncı gördüm. Salam verdim.

Salamımın cavabını verib dedi: «Qorxma, sənə bu gecə sübhə qədər aman verdim». Sonra məni öz yanında əyləşdirib cəlladlarından birinə işarə etdi.Cəllad zəncir və iplə bağlanmış bir kişini gətirdi və Həccacın müqabilində saxladı. O vaxt Həccac üzünü mənə tutub dedi:

«Bu şeyx Səid ibni Cubəyr deyir: Həsən və Hüseyn ikisi Peyğəmbərin övladlarıdırlar. Gərək bu barədə Qur`andan dəlil gətirsin, yoxsa bu dəqiqə (bu qılıncla bu dərinin üstündə) başını bədənindən ayıracağam. Dedim: onda onu zəncir və ipdən azad edin əgər Qur`andan dəlil gətirdi ki, heç azad olub getsin. Yoxsa, bu qılıncla zənciri kəsmək olmaz. İstər-istəməz bu zəncirlər onun bədənindən ayrılmalıdır ki, onda onu öldürmək mümkün olar. Həccac mən dediyimi etdi: Kəndir və zənciri onun bədənindən ayırdıqdan sonra diqqətlə baxdıqda onun (Qur`an təfsirçisi və İmam Səccad (əleyhissalam)-ın xüsusi şagirdi) Səyid ibni Cübəyr olduğunu görüb kədərləndim. Öz-özümə dedim:

Həsən və Hüseyn (əleyhissalam)-ın Peyğəmbərin övladları olması barəsində neçə dəlil gətirmək olar.? Birdən Həccacın səsi yüksəldi və Səid dedi: Həsən və Hüsyen (əleyhissalam)-ın Peyğəmbərin övladları olmalarını iddia edirsən, bunun dəlilini söylə, yoxsa boynunu vuracağam.»

Səid dedi: «Mənə möhlət ver.» Həccac bir neçə dəqiqə sükut etdi və bir də dedi: «Dəlilini gətir!» Səid dedi: «Bir az möhlət ver.» Həccac bir neçə dəqiqədən sonra, üçüncü dəfə dedi: «Sənə deyirəm Qur`andan dəlilini gətir. Necə demək olar ki, Həsən və Hüsyen (əleyhissalam) Peyğəmbərin övladlarıdırlar.»

Səid bir az fikirləşdi və dedi:

«Və İshaq və Yəqubu ona (İbrahimə) bağışladıq və hər birini düz yola saldıq və Nuhu (da) qabaqcadan hidayət etdik və onun (İbrahimin) övladlarından Davud, Süleyman, Əyyub, Yusif, Musa və Harunu (hidayət) etdik və yaxşı əməl sahiblərinə belə mükafat veririk və (həmçinin) Zəkəriyya, Yəhya, İsa, İlyası da. Hamısı salehlərdən idilər.»

Səid bu ayələri oxuduqdan sonra dedi: Burada İsanın adı və hansı ünvanla gəlmişdir! Həccac dedi:

İbrahimin övladları ünvanıyla.

Səid dedi: İsa (əleyhissalam)-ın atası olmadığı halda yenə də İbrahim (əleyhissalam)-ın övladı hesab olunur. Çünki İsa Məryəmin və Məryəm də bir neçə vasitə ilə İbrahim (əleyhissalam)-ın qızı hesab edilir. Buna görə də İsa (əleyhissalam) İbrahim övladı kimi tanınmışdır.

Buna görə də demək olar ki, Həsən və Hüseyn İslam Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləmin övladlarıdırlar. Çünki, anaları Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin müstəqil övladıdır.

Həccac bu dəqiq və möhkəm dəlildən qane oldu. Əmr etdi ki, Səid ibni Cubeyrə on min dinar verib onu azad etsinlər.

Şö`bi deyir: Elə ki, səhər açıldı, öz-özümə dedim: Yaxşıdır ki, şeyx Səidin yanına gedim və Qur`anın mə`nalarını ondan öyrənim. Onun sorağına getdim və onu məsciddə tapdım. Səid həmin dinarları yanında bölmüş və fəqirlərə sədəqə verirdi. Məni görcək buyurdu: «Bunlar hamısı Həsən və Hüseyn (əleyhissalam)-ın bərəkətindəndir.»

Əgər bir barədə kədərləniriksə min dəfə şad oluruq. (Və hamısından artıq isə) Allah və Rəsulu razı olurlar.

73-GEYİM, YEMƏK VƏ S.DƏ HƏYAT QAYDASI VƏ YOLU

Əli (əleyhissalam)-ın Əla ibni Ziyad adlı dostlarından biri Bəsrədə yaşayırdı. Bir gün o, bərk xəstələndi. Əmirəl-mö`minin (əleyhissalam) onun əyadətinə getdi.

Elə ki, Həzrət Əli onun geniş və böyük evini gördü buyurdu: «Dünyada bu genişlikdə evi nəyə görə istəyirsən? Hansı ki, ona axirətdə daha çox ehtiyacın var?!»

Sonra buyurdu: «Bəli məgər ki, istəyirsən bunun vasitəsilə axirətə çatasan (onu özün üçün mə`nəviyyat körpüsü qərar verəsən) belə ki:

1-Bu evdə qonaqlar qəbul edəsən;

2-Qohumluq tellərini bərkidəsən;

3-Vacib hüququnu (zəkat kimi) bu evdən çıxarıb əhlinə çatdırasan, bu surətdə belə evin olmaqla yanaşı axirətə də nail olmusan.»

Asim haqqında Əli (əleyhissalam)-a xəbər verildikdə ki, rahat həyatı özünə haram edib Həzrət narahat olur.

Əli (əleyhissalam) buyurdu: «Onu mənim yanıma gətir.» Elə ki, Asim Əli (əleyhissalam)-ın hüzuruna gəldi Həzrət üzüünü ona tutub buyurdu:

«Ey öz canının kiçik düşməni! Şeytan sənə yol tapıb səni tovlamışdır. Ailənə niyə rəhm etmirsən?! Fikir edirsən ki, sənə gözəl və yaxşı həyatı halal edən Allah ondan faydalanmağını istəmir?»

«Sən bu işinə görə Allah hüzurunda qiymətsizsən.»

Asim ərz etdi: «Ey Əmirəl-Mö`minin! Axı sən də bu cür paltar, həmçinin quru və yararsız yeməklə yaşayırsan.» (və mən də səndən dərs alıram).

İmam buyurdu: Mən sənin kimi deyiləm.

«Allah təala ədalət və haqq rəhbərlərinə özləri üçün çətinlik yaratmasını habelə öz yaşayışlarını xalqın zəif və məhrum təbəqəsinin, eləcə də həyatı ilə eyni tərzdə etməsini yoxsulluq və kasıblıq fəqiri qıcıqlandırmasın deyə vacib etmişdir. Yoxsul yoxsulluq üzündən Allaha itaət etməməli və fəqirlərə çətin keçməməlidir.»

Bu minvalla İmam Əli (əleyhissalam) bu hərəkəti ilə bizə bir neçə dərs öyrətdi:

1-Xəstələrə baş çəkmək; 2-Yaşayışda təfrit və ifrata varmamalı; 3-Dünyanı axirət üçün körpü qərar vermək; 4-Haqq rəhbərlərinin sadə yolu seçmək vəzifələri.

Asim İmamın sözün eşitdikdən sonra onu qəbul edib çiynindəki dəyərsiz əbanı kənara qoydu və yeni bir əba geydi.

Yeri gəlmişkən bu rəvayətə də diqqət yetirilməsi münasib olardı. Cəmad ibni Osman deyir: İmam Sadiq (əleyhissalam)-ın hüzurunda idim ki, bir kişi o Həzrətə ərz etdi: «Siz buyurdunuz ki, Əli ibni Əbi talib (əleyhissalam) qalın paltar və dörd dirhəmlik köynək geyirdi. Amma sizin əyninizdə isə təzə paltar görürəm.»

İmam Sadiq (əleyhissalam) ona buyurdu:

«Əli ibni Əbi Talib (əleyhissalam) o paltarları elə bir zamanda geyirdi ki, pis görünüşlü deyildi lakin əgər o paltarı indi geysəydi pislikdə barmaqla göstərilərdi.»

Deməli, hər zamanın ən yaxşı paltarı həmin dövrün paltarıdır. Lakin biz Əhli beytin ardıcılları qiyam etməyə qalxdıqları vaxt Əli (əleyhissalam) kimi rəftar edərlər. (Yə`ni hakim rəhbərlər gərək paltar ev və yeməklərini yoxsul təbəqənin həyatı ilə həmahəng etsinlər).

74-ÜZBƏÜZ TƏ`RİF

İmam Əli (əleyhissalam) Siffeyndə idi. Bir gün İslam döyüşçüləri Həzrətin ətrafına yığışdılar. İmam çıxışında Allaha həmd və sənadan sonra İslam başçılarının hüququ barədə onun yolu ilə gedənlərə qiymətli və mühüm bir bəyanla söhbət etdi.

Bu vaxt Həzrətin əshabından biri ayağa qalxıb Həzrəti tə`rif etməyə başladı. Bu tə`rifində Əli (əleyhissalam)-ın məqamından və İmamın fərmanlarından itaət və onun yolu ilə gedəcəyini e`lan etdi.

1-Nəql edirlər ki, bu şəxsi o günə qədər Əli (əleyhissalam)-ın ordusunda görməmişdilər. Həmin kəs Allaha həmd və səna etdikən sonra İmam Əli (əleyhissalam)-ı belə alqışladı: «Sən bizim rəhbərimiz və biz də sənin rəiyyətinik. Allah təala sənin vasitənlə bizi zillətdən izzət yoluna doğru və sair bəndələri də köləlik boyunduruğu altından nicat verdi. Biz sənin ixtiyarında və fərmanın altındayıq. Düz danışan, natiq və müvəffəq hakim, eləcə də fərasətli malik sənsən. Heç rəva deyil ki, sənə itaət olunmasın. Biz sənin elm və kamalını heç kəsin elmi ilə müqayisə etmirik.

Sənin əzəmət və cəlalın bizim yanımızda çox böyükdür və sənin fəzilətlərin bizim yanımızda təsəvvür etdiyimizdən daha yüksəkdir.»

Amma bu şəxsin kim olması aydın deyildi. Əllamə Məclisi bu barədə belə deyir: «Belə mə`lum olur ki, bu kəs Həzrət Xızr (əleyhissalam) imiş ki, aşkar olub İmam Əli (əleyhissalam) öz haqqında danışıbdır. Bundan ötəri ki, xalqa höccət tamam olsun.»

İmam Əli (əleyhissalam) haqqında deyilən tə`rifləri qəbul etmədi, çünki (Həzrətin məqamı bu sözlərdən daha yüksək və ehtiramlı idi.) Buna görə də buyurdu: Allahın cəlalı hər kəsin yanında əzəmətli və böyük olarsa bütün şeylər onun nəzərində Allahdan kiçik olmalıdır... Daha sonra buyurdu: «Salehlərin qarşısında rəhbərlərin ən pis vəziyyəti onların fəxr və ziynətlərə aldanması, eləcə də yüksəliş axtarmaq cilvəsi gümanıdır.»

«Mən istəmirəm ki, bu mövzu sizin zehninizə yol tapsın. Belə ki, guya mən tə`rif və sitayişi sevir və onu eşitməkdən ləzzət aparıram. And olsun Allaha ki, mən belə deyiləm. Əgər sevmli olsaydım belə yenə böyük və sübhan Allahın bərabərində həqirlik və kiçiklik izhar etmək xatirinə ki, hamıdan çox tə`rif və sənaya layiqdir onun (tə`rifin) tərk edilməsini seçərdim və axırda buyurdu:

«Həqiqətən də mən, və siz yeganə Allahın bəndələriyik Allah o qədər bizə malikdir ki, özümüz-özümüzə o dərəcədə malik deyilik. Allah bizi əvvəlki yolumuzdan xaric edib nicat yoluna qaytardı. Qara qəlblik və kor zehinlikdən sonra bizə bəsirət və tanıma yolunu göstərdi.»

Beləliklə görürük ki, İmam Əli (əleyhissalam) üz-üzə tə`rif etməkdən nəhy edib.

Xomeyni (müddə zillluhul ali) yadıma düşdü ki: Çərşənbə axşamı 1366-cı şəmsi ilinin mehr ayının 7-də ölkənin bütün İmam cümələri Ayətullah Meşkini ilə birlikdə Cəmaran Hüseyniyyəsində İmamın hüzuruna yetişdilər. Ayətullah Meşkini İmam Xomeyninin çıxışından öncə bir neçə dəqiqə qabaq söhbət edərək o böyük şəxsiyyətin yüksək məqamına işarə etdi. İmam Xomeyni söhbətinin əvvəlində buyurdu «Mən əvvəlcə Ağayi Meşkinidən gilayə edirəm, ona görə ki, bizim öz nəfsimizə mübtəla olmağımız kifayətdir. Odur ki, daha başqa məsələləri buyurmayasınız ki, nəfslərimizdə üst-üstə yığılıb bizi geri qaytarsın. Dua edin ki, insan olaq...»

Rəvayətlərdə gəlib: Həvarilər – İsa (əleyhissalam)-ın xüsusi əshabları Həzrəti İsa (əleyhissalam)-dan soruşdular:

«Ən xalis əməl nədir?»

O Həzrət buyurdu:

«Ən xalis əməl o əməldir ki, yalnız və yalnız Allah üçün yerinə yetirilsin və onu görən kəs başqasının bu əməlinə görə onu alqışlamasını arzulamasın.»

75-ƏLİ (ƏLEYHİSSALAM) TƏLHƏNİN CƏNAZƏSİ YANINDA

Təlhə Übeydullahın oğlu Məkkə əhlindən və Qüreyş sülaləsindən idi. O, şücaətli və səxavətli bir şəxs idi ki, onu Təlhətül-Cavad deyə çağırırdılar.

O, İslama ilk qədəm qoyanlardan Ühüd və Xəndək, eləcə də zəmanənin digər müharibələrində iştirak edənlərdən biri idi. Osmanın xilafəti zamanında Təlhə Osmanla bərk müxalif və Osmanın qatillərindən biri idi. Əli (əleyhissalam) bir gün Təlhəyə buyurub israr etdi ki, «Osmanı azad edin.» O, cavabında dedi: «Bəni-Üməyyəni cəzalandırmayınca Osmanın azadlığı mümkün deyildir.»

Təəccüblü burasıdır ki, həmin Təlhə Əli (əleyhissalam)-ın əleyhinə olan Cəməl müharibəsində, həmin ordunun Bəsrədəki bayraqdarı idi. Onun bayrağı altında yaşayan Mərvan adlı bir şəxs nəhayət Təlhəni öldürdükdən sonra dedi: «Osmanın qanının intiqamını Təlhədən aldım.»

Cəməl müharibəsinin ən böyük qızışdırıcılarından biri olan Təlhə nəhayət öldürüldü. Müharibədən sonra İmam Əli (əleyhissalam) cəsədlərin arasında gəzirdi. Elə ki, gözü Kə`b ibni Səid ibni Miqdad və s... kimilərin napak cəsədlərinə sataşdı bir neçə qısa sözlər buyurdu: Amma Həzrətin gözü Təlhənin napak cəsədinə sataşdıqda buyurdu: «Bu şəxs mənim bey`ətimi sındıran, fitnə və qalmaqal yaradan idi, həmçinin ümmət üçün camaatı məni və mənim nəslimi öldürməyə də`vət edirdi.»

Sonra İmam buyurdu: Onu əyləşdirin oradakılar onu oturtdular. Bu zaman İmam üzünü ona tutub buyurdu: «Ey Təlhə! Allahımın mənə verdiyi və`dənin haqq olduğunu tapdım və sən də öz növbəndə Allahın günahkarların cəzası haqqında verdiyi və`dəsinə yetişdin. Daha sonra buyurdu: Cəsədini tullayın.»

«Nəhcül-bəlağə»də gəlmişdir İmam Əli (əleyhissalam) Təlhə və Əbdür-Rəhman ibni İtabın cəsədlərinin yanından keçdikdə buyurdu: Əbu Məhəmməd (Təlhə) bu məkanda yalqız və həmdəmsiz qalıbdır. And olsun Allaha ki, mən səma altında qalmış Qüreyşlilərin cəsədlərinə baxmaq istəmirdim. Mən öz intiqamımı Əbd Mənaf övladından aldım, amma Bəni Cümə qəbiləsinin rəisləri qaçdılar, müharibə qızışdıranlar elə bir işə (yə`ni xilafət və rəhbərliyə) can atırdılar ki, buna əsla ləyaqətləri yox idi. «Hələ Arzularına çatmamış onların dartılmış boyunları sındırıldı.» Beləliklə İmam Əli (əleyhissalam) öz qatillərinin intiqamını aldı və fasidləri məhv etdi.

76-ƏQİLİN QIZMIŞ DƏMİRDƏN NALƏSİ

Həzrət Əli (əleyhissalam)-ın anası Fatimə Əsəd qızının Talib, Əqil, Cə`fər və Əli (əleyhissalam) adlı dörd oğlu var idi ki, hər birinin digəri ilə aralarındakı fərqdə on il fasilə var idi. Əbu Talibin ikinci oğlu Əqil gözəl fikirli, hazır cavab və şücaətli idi. Siffeyn müharibəsində Əli (əleyhissalam)-ın döyüşçülərindən hesab olunurdu. Əqilin övladları və nəvələri xüsusilə də oğlu Həzrət Müslüm hamılıqla dinin himayətçilərindən idilər. Onlardan bir neçəsi də Kərbəlada İmam Hüseyn (əleyhissalam)-ın hüzurunda şəhadətə yetişdilər. İmam Əli (əleyhissalam) xütbələrin biridə buyurur:

«And olsun Allaha ki, qardaşım Əqilin yoxsulluq və kasıblıq caynağı altında çapaladığını gördüm. Məndən sizin hüququnuzdan olan buğdanın bir miqdarını ona bağışlamağını istədi.»

Elə bir halda ki, onun uşaqlarını yoxsulluğun şiddətindən pərişan və rənglərini solmuş gördüm. Elə bil ki, uşaqların üzləri qaraldılmışdı. Əqil bir neçə dəfə Həzrətin yanına gedib qayıtdı. Hər dəfə də ürək yandırıcı halətlə öz istədiyini təkrar edirdi. Mən də onun sözlərinə qulaq asırdım. O belə güman etdi ki, mən dinimi satıb onun istəyinə itaət edir və öz iş tərzimdən əl götürərəm. Bu halda bir dəmiri qızdırıb Əqilin bədəninə yaxınlaşdırdım. Bu vaxt Əqil nalə çəkdi və az qaldı ki, qızmış dəmirin hərarətindən yansın. Ona dedim:

Anan yasında otursun, ey Əqil! İnsanın oyuncaq üçün qızdırdığı oddan nalə edirsən, amma məni elə bir oda tərəf sürükləyirsən ki, Cəbbar olan Allah onu Öz qəzəbindən alışdırıbdır. «Sən qısa müddətli dünya əziyyətindən nalə etdiyin halda mən cəhənnəmin alışdırılmış əbədi odundan nalə çəkməyim?»

Bura qədər sözü Əli (əleyhissalam)-ın dilindən eşitdik. İndi də Əqilin öz dilindən eşidək. Məşhur sünni alimi ibni Əbil Hədid deyir: Bir gün Müaviyə Əqildən soruşdu: «Qızdırılmış dəmir əhvalatı nədir?!»

Əqil dedi: «Ruzigar mənim üçün çox çətin keçirdi. Yoxsulluq və əli boşluqdan təngə gəlmişdim. Qardaşımın yanına getdim nə qədər tə`kidlə kömək etməsini xahiş etdimsə də müsbət cavab eşitmədim. Nəhayət bütün uşaqlarımı götürüb Əli (əleyhissalam)-ın evinə getməkdən başqa bir çarə görmədim. Yoxsulluq və pərişanlıq uşaqlarımın üzündən aşkar olurdu. Həzrət bunu görcək buyurdu: «Gecə gəl sənə bir şey verim.»

Gecənin qaranlığında uşaqlarımdan biri mənim əlimdən tutub Əli (əleyhissalam)-ın evinə apardı. Əli (əleyhissalam) oğluma çölə çıxmasını tapşırdı otaq xəlvət olduqdan sonra qardaşım dedi: «İndi götür» Məndə qızıl gümanı ilə sür`ətlə irəli getdim. Qəflətən əlim qızmış bir dəmirə toxundu və onu əlimdən atıb nalə etdim.»

Həzrət buyurdu: «Anan yasında otursun, bu insanın dünya odu ilə qızdırılmş bir dəmirinin istiliyidir. Bəs, sabah qiyamətdə mənim və sənin halın necə olacaqdır?

Sonra bu ayəni («Mö`min» surəsi, 71) tilavət etdi:

«O zaman ki, zəncirlər onların boyunlarına asılar və onları çəkər.»

Sonra buyurdu:

Beytül-malda Allahın sənə tə`yin etdiyi haqdan başqa məndə sənin haqqın yoxdur, get evinə.»

Müaviyə təəccüb edib dedi: «Əfsus, əfsus, haradadır elə bir ana ki, Əli (əleyhissalam) kimi bir oğul dünyaya gətirsin?»

77-HƏDİYYƏ FORMALI RÜŞVƏT YA İLANIN AĞZININ SUYU İLƏ QARIŞDIRILMIŞ HALVA

Əş`əs ibni Qeys (münafiqlrin başçısı) ən alçaq və hiyləgər, eləcə də Əli (əleyhissalam)-ın ən kinli düşmənlərindən biri idi. O, həmçinin Siffeyn müharibəsində və Həkəmeyn əhvalatında Əli (əleyhissalam)-a ən böyük xəyanətlərdən birini etdi. Nəhrəvan müharibəsinin əsl qızışdırıcısı da elə o oldu. İbni Əbil Hədidin dediyinə görə Əli (əleyhissalam)-ın xilafəti dövründə baş vermiş hər hansı bir fitnə və fəsadlar Əş`əsin tərəfindən olmuş. O elə bir kəs idi ki, Kufədə evinin damında minarə tikdirmişdi və namaz vaxtlarında azan verilən yerə qalxıb uca səslə Əli (əleyhissalam)-a xitab edib deyirdi: «Ey Əli, (əleyhissalam) sən yalançı və sehrbazsan.»

İmam Sadiq (əleyhissalam) buyurdu: Əş`əs Əli (əleyhissalam)-ın qətlində, qızı Co`də İmam Həsən (əleyhissalam)-ın qətlində və oğlu Məhəmməd Əş`əs İmam Hüseyn (əleyhissalam)-ın qətlində iştirak etdi.

İndi də hadisənin əslinə qayıdaq: Əş`əs ibni Qeys özünün xam xəyalı ilə Əli (əleyhissalam)-a hədiyyə adlı rüşvət gətirməklə o Həzrətin hökumətinə yaxınlaşmasını, nəticədə özünün maddi və mə`nəvi hədəflərinə çatmasını istəyirdi. Buna görə də halva hazırlayıb gecə vaxtı Əli (əleyhissalam)-ın evinə gəldi və qapını döydü. Əli (əleyhissalam) qapını açdı və Əş`əs halvanı Həzrətə təqdim etdi. İmam Əli (əleyhissalam) bu barədə buyurur: O halvaya elə bir şey qatmışdı ki, mən onu bəyənmirdim, sanki o halva ilan ağzının suyu ilə qatışmışdı.

Dedim: Bəxşişdir, zəkatdır, yoxsa sədəqə? Zəkat (vacib) və sədəqə ki, (müstəhəbb) bizim ailə və sülaləmizə haramdır.

Əş`əs dedi: Nə zəkatdır, nə də sədəqə və hədiyyədir.

Dedim: Yasçılar sənin yasında otursunlar, Allahın dini yolu ilə daxil olubsan ki, məni aldadasan? Sənin əqlinin nizamı pozulub dəli olmusan yaxud sayıqlayırsan?

And olsun Allaha, əgər göylərin altında olan yeddi iqlimi mənə bağışlayalar, bundan ötəri ki, qarışqanın ağzından apardığı arpa qabığını ondan alacağım qədəri günah edəm, etməyəcəyəm. Həqiqətən də sizin dünyanız mənim yanımda çəyirtgənin ağzında çeynədiyi yarpaq qədər dəyrsizdir. Əlinin fani dünya ne`mətləri həmçinin onun müvəqqəti ləzzəti ilə nə işi? Allaha əql zəifliyindən və azğınlığından pənah aparır və ondan kömək istəyirəm.

Bu tərtiblə Əli (əleyhissalam) Əş`əsin rüşvət formalı hədiyyəsini rədd etdi və Əş`əsin bu işi o Həzrəti icra etməkdən saxlaya bilmədi.

78-VƏFALI VƏ CƏSUR YOLDAŞIN MƏDHİ

Malik Əştər Əli (əleyhissalam)-ın səmimi, pak və şücaətli dostlarından idi. Elə bir dost ki, Əli (əleyhissalam) bə`zi vaxtlar öz yoldaşlarına buyururdu:

«Kaş sizin aranızda iki nəfər Malik Əştər kimi adamım olaydı.» mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm üçün necə idimsə Malik də mənim üçün o cür idi. İmam Əli (əleyhissalam) öz danışıqlarının birində bu qəhrəman və cəsurun haqqında belə buyurur:

Allah ona xeyr versin ki, əyrilikləri düzəltdi və xəstələri müalicə etməyə başladı, sünnəti ayağa qaldırdı, fitnəni arxada qoyub imtahanlardan qəbul olundu və təmiz geyim az eyb ilə bu dünya ilə vidalaşıb əbədi həyata qovuşdu. Həmçinin, həyatın pisliyindən azad oldu. O Allah qarşısında öz məs`uliyyətini layiqincə yerinə yetirdi, Allaha günah etməkdən çəkindi.

O getdi lakin camaatı bir neçə yol ayrıcında qoydu və onlar da onun olmaması üzündən sərgərdanlıq bataqlığında batdılar.

Malik Əştər Əli (əleyhissalam) tərəfindən Misirin valisi tə`yin edilmişdi, Misirə sarı getdiyi zaman Müaviyənin məxfi muzduru tərəfindən zəhərli bal ilə şəhadətə çatdı. Bu böyük insanın şəhadət xəbəri Əli (əleyhissalam)-a çatdıqda o Həzrət buyurdu:

«Malik?! Malik kim idi? And ola Allaha, əgər dağ idisə yeganə və yüksək bir dağ idi. Əgər daş idisə elə möhkəm və hündür idi ki, heç kəs onun ətəyinə çatmazdı və heç bir yüksəyə uçan quş belə onun göylərə ucalmış zirvəsində qanad çala bilməzdi.»

79-BEYTÜL-MALIN BÖLGÜSÜNDƏ BƏRABƏRLİK

Abdullah ibni Əsvəd Əli (əleyhissalam)-ın şiələrindən və silahdaşlarından idi. Baxmayaraq ki, atası və əmisi Bədr müharibəsində şirk ordusunun tərəfdarı idilər və elə o müharibədə öldürüldülər. Babası Əsvəd Peyğəmbəri istehza edənlərdən biri idi, lakin özü Əli (əleyhissalam)-ın xəttində hərəkət edən və onun yolunu qəbul edənlərdən sayılırdı. Bir gün o beytül-maldan öz haqqından artıq istəyib xəyal etdi ki, Əli (əleyhissalam)-a yaxın olması xatirinə o Həzrət onu başqalarından üstün tutar, amma İmam onun istəyinin cavabında buyurdu:

«Bu sərvət nə mənim, nə də sənindir. Əksinə müharibə qənimətlərindəndir ki, müsəlmanlar onu öz qılıncları ilə ələ gətiriblər. Əgər sən onlarla yoldaş olsaydın, onlar qədər payın var idi, yoxsa onların ələ gətirdikləri özgəsinin ağzına yem olmayacaqdır.»

Yuxarıdakı mövzunu nəzərdə tutmaqla aşağıdakı dastana diqqət edin:

Asim ibni Kuləyb atasından nəql edib dedi: Əli (əleyhissalam)-ın hüzurunda idim ki, İranın bir hissəsindən beytül-mal ünvanıyla bir qədər pul və başqa şeylər gətirmişdilər. Həzrət ayağa qalxıb onu bölmək qərarına gəldi. Camaat öz paylarını almaq üçün hücum etdilər. Həzrət qayda-qanuna riayət etmək üçün göstəriş verdi ki, Hail ünvanıyla malların ətrafına bir ip çəksinlər və camaat ipin o biri tərəfində dayansınlar Əli (əleyhissalam) özü də ipin içərisinə daxil oldu və əmr etdi ki, Yeddi qəbilənin rəisləri (o gün Kufədə sakin idilər) hazır olsunlar. Həzrət hər qəbilənin payını onların nümayəndələrinə verdi ki, hər nümayəndə o malları öz qəbilələrinin üzvləri arasında bərabər surətdə bölsünlər. İşin sonunda boşalmış qabların içərisində bir parça çörək qaldı.

Əli (əleyhissalam) buyurdu: «Həmin çörəyi yeddi hissəyə bölün və hər hissəsini bir qəbilənin payına əlavə edin.»

Başqa bir rəvayətə görə İmam Əli (əleyhissalam) müsəlmanların malını böldükdən sonra onun yerini süpürüb su səpirdi, sonra ağ və sarı pullara işarə ilə buyurdu:

«Ey ağ və qırmızı (yə`ni qızıl və gümüş) pullar, məndən başqasını aldadın.»

«Nəhcül-bəlağə»də 232-ci xütbəyə nəzər salaq:

Bir gün Əli (əleyhissalam)-ın yanına iki qadın gəldi. Onlardan biri ərəb, digəri isə azad olmuş kəniz idi. İmam bir neçə dirhəm və bir miqdar yeməyi eyni bərabərdə onlara verdi. Bunu görcək ərəb qadın e`tiraz etdi və dedi: Mən ərəbəm, bu qadın isə əcəmdəndir. Niyə mənə artıq vermədin? İmam (əleyhissalam) buyurdu: «And olsun Allaha! Mən beytül-malın bölügüsündə İsmailin övladlarını İshaqın övladlarından üstün görmürəm.»[22]

Əllamə Məclisi yazır: «İmam Əli (əleyhissalam) İslam məntəqələrindən, xüsusilə Şamdan başqa bütün maddi dünyanı buraxmışdı. O bu məntəqələrdən yığılan beytül-malı bölüşdürdükdən sonra aşağıdakı şe`ri oxuyurdu:

«Bu mənim əl səliqəmdir və ən yaxşısı ortasındadır, çünki hər bir canlının əli ağzına çatır.»

80-DİL–DAXİLİ QÜVVƏNİN NÜMAYƏNDƏSİ

Co`dət ibni Hubəyrə Məxzuni Əli (əleyhissalam)-ın bacısı oğlu, onun da anası Ümmü Hani idi. İmam Əli (əleyhissalam) hadisələrdən birində ondan məsciddə camaat qarşısında çıxış etməsini istədi. O, minbərə qalxdı, amma danışa bilmədi və sakit dayandıqdan sonra aşağı endi. Bu zaman İmam minbərə çıxıb buyurdu:

«Agah olun, dil insan bədəninin ətindən olan bir parçadır. Əgər bir insanın hazırlığı olmazsa, dili söz deməyə qadir deyildir və əgər hazırlığı olub azad olsa nitq ona möhlət verməz (ürəyi istəyəcək ki, söz danışsın). Biz söz hakimləriyik və onun damar və kökləri bizdə möhkəmlənibdir.»

Beləliklə İmam (əleyhissalam) demək istəyir ki, dil insan ürəyinin və batininin nümayəndəsidir. Əgər insan düzgün çıxış etmək istəsə, gərək əvvəlcə canını və ruhunu elm, mə`rifət və əməl ilə qüvvətləndirsin. Digər tərəfdən isə hazırlıqdan sonra gərək dilini qorusun çünki, dilin öz başına buraxılması böyük bir xətadır.

Sonra Həzrət nübüvvət sülaləsinin söz danışmaqda qüvvətli olmalarına və onların vücudlarının dərinliklərində kök atmasına, eləcə də onun bu ailəyə məxsus olmasına işarə etdi.

Category: ÖN SÖZ | Added by: Ənfal
Views: 789 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]