Cümə axşamı, 2024-03-28, 5:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » İKİNCİ BÖLÜM

«NƏHCÜL-BƏLAĞƏ»
2014-01-28, 9:23 PM

77-HƏDİYYƏ FORMALI RÜŞVƏT YA İLANIN AĞZININ SUYU İLƏ QARIŞDIRILMIŞ HALVA

Əş`əs ibni Qeys (münafiqlrin başçısı) ən alçaq və hiyləgər, eləcə də Əli (əleyhissalam)-ın ən kinli düşmənlərindən biri idi. O, həmçinin Siffeyn müharibəsində və Həkəmeyn əhvalatında Əli (əleyhissalam)-a ən böyük xəyanətlərdən birini etdi. Nəhrəvan müharibəsinin əsl qızışdırıcısı da elə o oldu. İbni Əbil Hədidin dediyinə görə Əli (əleyhissalam)-ın xilafəti dövründə baş vermiş hər hansı bir fitnə və fəsadlar Əş`əsin tərəfindən olmuş. O elə bir kəs idi ki, Kufədə evinin damında minarə tikdirmişdi və namaz vaxtlarında azan verilən yerə qalxıb uca səslə Əli (əleyhissalam)-a xitab edib deyirdi: «Ey Əli, (əleyhissalam) sən yalançı və sehrbazsan.»

İmam Sadiq (əleyhissalam) buyurdu: Əş`əs Əli (əleyhissalam)-ın qətlində, qızı Co`də İmam Həsən (əleyhissalam)-ın qətlində və oğlu Məhəmməd Əş`əs İmam Hüseyn (əleyhissalam)-ın qətlində iştirak etdi.

İndi də hadisənin əslinə qayıdaq: Əş`əs ibni Qeys özünün xam xəyalı ilə Əli (əleyhissalam)-a hədiyyə adlı rüşvət gətirməklə o Həzrətin hökumətinə yaxınlaşmasını, nəticədə özünün maddi və mə`nəvi hədəflərinə çatmasını istəyirdi. Buna görə də halva hazırlayıb gecə vaxtı Əli (əleyhissalam)-ın evinə gəldi və qapını döydü. Əli (əleyhissalam) qapını açdı və Əş`əs halvanı Həzrətə təqdim etdi. İmam Əli (əleyhissalam) bu barədə buyurur: O halvaya elə bir şey qatmışdı ki, mən onu bəyənmirdim, sanki o halva ilan ağzının suyu ilə qatışmışdı.

Dedim: Bəxşişdir, zəkatdır, yoxsa sədəqə? Zəkat (vacib) və sədəqə ki, (müstəhəbb) bizim ailə və sülaləmizə haramdır.

Əş`əs dedi: Nə zəkatdır, nə də sədəqə və hədiyyədir.

Dedim: Yasçılar sənin yasında otursunlar, Allahın dini yolu ilə daxil olubsan ki, məni aldadasan? Sənin əqlinin nizamı pozulub dəli olmusan yaxud sayıqlayırsan?

And olsun Allaha, əgər göylərin altında olan yeddi iqlimi mənə bağışlayalar, bundan ötəri ki, qarışqanın ağzından apardığı arpa qabığını ondan alacağım qədəri günah edəm, etməyəcəyəm. Həqiqətən də sizin dünyanız mənim yanımda çəyirtgənin ağzında çeynədiyi yarpaq qədər dəyrsizdir. Əlinin fani dünya ne`mətləri həmçinin onun müvəqqəti ləzzəti ilə nə işi? Allaha əql zəifliyindən və azğınlığından pənah aparır və ondan kömək istəyirəm.

Bu tərtiblə Əli (əleyhissalam) Əş`əsin rüşvət formalı hədiyyəsini rədd etdi və Əş`əsin bu işi o Həzrəti icra etməkdən saxlaya bilmədi.

78-VƏFALI VƏ CƏSUR YOLDAŞIN MƏDHİ

Malik Əştər Əli (əleyhissalam)-ın səmimi, pak və şücaətli dostlarından idi. Elə bir dost ki, Əli (əleyhissalam) bə`zi vaxtlar öz yoldaşlarına buyururdu:

«Kaş sizin aranızda iki nəfər Malik Əştər kimi adamım olaydı.» mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm üçün necə idimsə Malik də mənim üçün o cür idi. İmam Əli (əleyhissalam) öz danışıqlarının birində bu qəhrəman və cəsurun haqqında belə buyurur:

Allah ona xeyr versin ki, əyrilikləri düzəltdi və xəstələri müalicə etməyə başladı, sünnəti ayağa qaldırdı, fitnəni arxada qoyub imtahanlardan qəbul olundu və təmiz geyim az eyb ilə bu dünya ilə vidalaşıb əbədi həyata qovuşdu. Həmçinin, həyatın pisliyindən azad oldu. O Allah qarşısında öz məs`uliyyətini layiqincə yerinə yetirdi, Allaha günah etməkdən çəkindi.

O getdi lakin camaatı bir neçə yol ayrıcında qoydu və onlar da onun olmaması üzündən sərgərdanlıq bataqlığında batdılar.

Malik Əştər Əli (əleyhissalam) tərəfindən Misirin valisi tə`yin edilmişdi, Misirə sarı getdiyi zaman Müaviyənin məxfi muzduru tərəfindən zəhərli bal ilə şəhadətə çatdı. Bu böyük insanın şəhadət xəbəri Əli (əleyhissalam)-a çatdıqda o Həzrət buyurdu:

«Malik?! Malik kim idi? And ola Allaha, əgər dağ idisə yeganə və yüksək bir dağ idi. Əgər daş idisə elə möhkəm və hündür idi ki, heç kəs onun ətəyinə çatmazdı və heç bir yüksəyə uçan quş belə onun göylərə ucalmış zirvəsində qanad çala bilməzdi.»

79-BEYTÜL-MALIN BÖLGÜSÜNDƏ BƏRABƏRLİK

Abdullah ibni Əsvəd Əli (əleyhissalam)-ın şiələrindən və silahdaşlarından idi. Baxmayaraq ki, atası və əmisi Bədr müharibəsində şirk ordusunun tərəfdarı idilər və elə o müharibədə öldürüldülər. Babası Əsvəd Peyğəmbəri istehza edənlərdən biri idi, lakin özü Əli (əleyhissalam)-ın xəttində hərəkət edən və onun yolunu qəbul edənlərdən sayılırdı. Bir gün o beytül-maldan öz haqqından artıq istəyib xəyal etdi ki, Əli (əleyhissalam)-a yaxın olması xatirinə o Həzrət onu başqalarından üstün tutar, amma İmam onun istəyinin cavabında buyurdu:

«Bu sərvət nə mənim, nə də sənindir. Əksinə müharibə qənimətlərindəndir ki, müsəlmanlar onu öz qılıncları ilə ələ gətiriblər. Əgər sən onlarla yoldaş olsaydın, onlar qədər payın var idi, yoxsa onların ələ gətirdikləri özgəsinin ağzına yem olmayacaqdır.»

Yuxarıdakı mövzunu nəzərdə tutmaqla aşağıdakı dastana diqqət edin:

Asim ibni Kuləyb atasından nəql edib dedi: Əli (əleyhissalam)-ın hüzurunda idim ki, İranın bir hissəsindən beytül-mal ünvanıyla bir qədər pul və başqa şeylər gətirmişdilər. Həzrət ayağa qalxıb onu bölmək qərarına gəldi. Camaat öz paylarını almaq üçün hücum etdilər. Həzrət qayda-qanuna riayət etmək üçün göstəriş verdi ki, Hail ünvanıyla malların ətrafına bir ip çəksinlər və camaat ipin o biri tərəfində dayansınlar Əli (əleyhissalam) özü də ipin içərisinə daxil oldu və əmr etdi ki, Yeddi qəbilənin rəisləri (o gün Kufədə sakin idilər) hazır olsunlar. Həzrət hər qəbilənin payını onların nümayəndələrinə verdi ki, hər nümayəndə o malları öz qəbilələrinin üzvləri arasında bərabər surətdə bölsünlər. İşin sonunda boşalmış qabların içərisində bir parça çörək qaldı.

Əli (əleyhissalam) buyurdu: «Həmin çörəyi yeddi hissəyə bölün və hər hissəsini bir qəbilənin payına əlavə edin.»

Başqa bir rəvayətə görə İmam Əli (əleyhissalam) müsəlmanların malını böldükdən sonra onun yerini süpürüb su səpirdi, sonra ağ və sarı pullara işarə ilə buyurdu:

«Ey ağ və qırmızı (yə`ni qızıl və gümüş) pullar, məndən başqasını aldadın.»

«Nəhcül-bəlağə»də 232-ci xütbəyə nəzər salaq:

Bir gün Əli (əleyhissalam)-ın yanına iki qadın gəldi. Onlardan biri ərəb, digəri isə azad olmuş kəniz idi. İmam bir neçə dirhəm və bir miqdar yeməyi eyni bərabərdə onlara verdi. Bunu görcək ərəb qadın e`tiraz etdi və dedi: Mən ərəbəm, bu qadın isə əcəmdəndir. Niyə mənə artıq vermədin? İmam (əleyhissalam) buyurdu: «And olsun Allaha! Mən beytül-malın bölügüsündə İsmailin övladlarını İshaqın övladlarından üstün görmürəm.»[22]

Əllamə Məclisi yazır: «İmam Əli (əleyhissalam) İslam məntəqələrindən, xüsusilə Şamdan başqa bütün maddi dünyanı buraxmışdı. O bu məntəqələrdən yığılan beytül-malı bölüşdürdükdən sonra aşağıdakı şe`ri oxuyurdu:

«Bu mənim əl səliqəmdir və ən yaxşısı ortasındadır, çünki hər bir canlının əli ağzına çatır.»

80-DİL–DAXİLİ QÜVVƏNİN NÜMAYƏNDƏSİ

Co`dət ibni Hubəyrə Məxzuni Əli (əleyhissalam)-ın bacısı oğlu, onun da anası Ümmü Hani idi. İmam Əli (əleyhissalam) hadisələrdən birində ondan məsciddə camaat qarşısında çıxış etməsini istədi. O, minbərə qalxdı, amma danışa bilmədi və sakit dayandıqdan sonra aşağı endi. Bu zaman İmam minbərə çıxıb buyurdu:

«Agah olun, dil insan bədəninin ətindən olan bir parçadır. Əgər bir insanın hazırlığı olmazsa, dili söz deməyə qadir deyildir və əgər hazırlığı olub azad olsa nitq ona möhlət verməz (ürəyi istəyəcək ki, söz danışsın). Biz söz hakimləriyik və onun damar və kökləri bizdə möhkəmlənibdir.»

Beləliklə İmam (əleyhissalam) demək istəyir ki, dil insan ürəyinin və batininin nümayəndəsidir. Əgər insan düzgün çıxış etmək istəsə, gərək əvvəlcə canını və ruhunu elm, mə`rifət və əməl ilə qüvvətləndirsin. Digər tərəfdən isə hazırlıqdan sonra gərək dilini qorusun çünki, dilin öz başına buraxılması böyük bir xətadır.

Sonra Həzrət nübüvvət sülaləsinin söz danışmaqda qüvvətli olmalarına və onların vücudlarının dərinliklərində kök atmasına, eləcə də onun bu ailəyə məxsus olmasına işarə etdi.

81-ƏLİ (ƏLEYHİSSALAM) PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏMDƏN AYRILDIĞI ÜÇÜN QƏMGİNDİR

İmam Əli (əleyhissalam)-ın xüsusiyyətlərindən biri də budur ki, Peyğəmbərin vəfatı vaxtı onun yatağının kənarında idi və o Həzrətin başı Əli (əleyhissalam)-ın sinəsi üstündə olduğu halda müqəddəs ruhu behiştə doğru yüksəldi. Əli (əleyhissalam) Peyğəmbəri kəfənə tutdu və ona namaz qılıb torpağa tapşırdı. İmam Əli (əleyhissalam) Peyğəmbərin müqəddəs cənazəsinə qüsl verdiyi zaman bir söz buyurdu ki, onun dözülməz qəmindən və mütəəssir olmasından xəbər verirdi. Həzrət orada can yandırıcı bir mətləbə işarə edib buyurdu:

«Ey Allahın elçisi! Atam və anam sənə qurban olsun, doğrudan da ilahi hökmlər və göylərin xəbərləri sənin getməyinlə kəsildi.

Sən yeganə əziz idin və sənin vəfatın, qəmin o qədər böyükdür ki, başqa müsibətlərə baş sağlığı verir. Sən elə bir şəxssən ki, bütün camaat sənin matəmində qəmgin və kədərlidirlər.»

«Ey Allahın Rəsulu! Əgər sən bizə səbri əmr etməsəydin, eləcə də bizi nalə və dözümsüzlükdən uzaqlaşdırmasaydın sənin matəmində göz yaşlarımızın bulağı quruyana kimi ağlardıq, doğrusu, əhəmiyyətsiz şeylərdir, amma həmişəlik can yandırıcı qəm və kədərlə nə etmək olar? Ölüm inkar edilməz və çarəsiz bir həqiqətdir?.»

«Atam və anam sənə fəda olsun, bizi pərvərigarının yanında yada sal və öz xatirində saxla.»

Başqa bir yerdə isə belə buyurur: «Səbr və hövsələ yaxşıdır, amma nə sənin nə də ki, sənin ayrılığına səbrim var. Sənin ayrılığının müsibəti çox ağırdır (və) səndən qabaq və səndən sonra hər müsibət kiçikdir» Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın bu ibarə və danışıqlarından mə`lum olur ki, o Həzrət heç kəsin ayrılığında Allah elçisi səlləllahu əleyhi və alihi və səlləmin ayrılığı qədər kədərli olmamışdır. Hətta Əli (əleyhissalam) Həzrəti Zəhra (s.ə)-ın müqəddəs bədənini dəfn edərkən Peyğəmbərə xitab edib deyir:

«Sənin vəfat faciənlə qarşılaşdıqdan sonra mənə hər haqqa bir müsibət yetişsə (yenə də) kiçikdir.»

Bu sözlərlə Əli (əleyhissalam)ın Peyğəmbərə nə qədər bağlı olduğunu dərk edirik.

82-OSMANIN ƏLİ (ƏLEYHİSSALAM)-A SİFARİŞİ VƏ HƏZRƏTİN CAVABI

Osmanın öz xilafəti zamanı İslam qayda-qanunları ilə uyğun gəlməyən işlər gördü.

Buna görə də onlar yığılıb onu öz evində mühasirə etdilər və hətta bir neçə gün ona su da vermədilər. Axırda onu elə öz evindəcə öldürdülər. Mühasirədə olduğu vaxt Osman Abdullah ibni Abbas vasitəsilə Əli (əleyhissalam)-a sifariş göndərdi və o Həzrətdən Mədinədən xaric olmağını istədi ki, özünün Əli (əleyhissalam)-ın düzəltdiyi əkin yerlərindən birinə getsin, daha camaat Əli (əleyhissalam)-ın adına xilafət şüarı verməsinlər. İbni Abbas Osmanın sifarişini Əli (əleyhissalam)-a çatdırdı, İmam Əli (əleyhissalam) ibni Abbasa belə buyurdu:

«Ey Abbasın oğlu! Osman istəyir ki, məni su daşıyan dəvəyə çevirsin və həmişə dəvə kimi o tərəf bu tərəfə gedəm. Bundan qabaq mənim üçün sifariş göndərdi ki, Mədinədən çıxım və sonra xəbər göndərdi ki, qayıdım. İndi də səni səfir edibdir ki, Mədinədən çıxım.

And olsun Allaha, o qədər onu müdafiə etdim ki, qorxdum məbada günahkar olam.»

Bu minvalla görürük ki, İmam Əli (əleyhissalam) İslamı və İslami birliyi qoruyub saxlamaq üçün ciddiliklə çalışır və istəmirdi ki, İslam üçün xoşa gəlməyən bir hadisə baş versin. Buna baxmayaraq sonralar o Həzrətin müxalifətləri Osmanın köynəyini onun əleyhinə bayraq edib onu Osmanın qatili adlandırdılar və Osmanın intiqamını almaq adı altında o Həzrətlə müharibəyə başladılar.

Category: İKİNCİ BÖLÜM | Added by: Ənfal
Views: 904 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]