Şənbə günü, 2024-04-20, 5:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » BİRİNCİ HEKAYƏT

BİRİNCİ HEKAYƏ
2014-01-27, 3:57 PM

BİRİNCİ HEKAYƏT

İblisin diKbaşlIğI[1]

İblis (Şeytanların atası) əvvəllərdə) səma əhli ilə bir olub göy onların cərgəsində idi. O, altı min il Allaha ibadət etmişdi. Böyük Allah Həzrət Adəm (insanların atası) yaratdıqdan sonra insan xilqətinin əzəmətini qorumaq üçün bütün mələklərə və İblisə Adəmin qarşısında səcdə etmələrini[2] əmr buyurdu. İblisdən başqa bütün göy əhli ona səcdə etdilər, lakin İblisi qürur tutdu. Şeytan öz əsl xilqətini xatırlamaqla özünü daha böyük bilib Adəmə dedi:

"Mən oddan yaranmışam, sən isə palçıq və gildən.” Məhz elə bu təkəbbürlüyü Şeytanı Allah buyruğunu yerinə yetirməkdən saxladı, nəticədə bütün əməlləri puç və bəhrəsiz oldu. Həmçinin, Allah dərgahından qovularaq ordan uzaqladırıldı.

Möminlər ağası Həzrət Əli (əleyhissalam) bu barədə buyurur: İblisin dastanından nəsihət və ibrət alın. Belə ki, onun sonsuz ibadət və səyi (təkəbbürün nəticəsində) aradan getdi. O, altı min il Allaha ibadət etmişdi. Hələ də o illərin dünya ya axirət illərindən olması məlum deyil lakin bir saatlıq təkəbbür və qüruru onun bu illərdə etdiyi bütün ibadət və səylərini məhv edib boşa çıxartdı.

Baxmayaraq ki, Şeytan da göy və ərş əhli idi, lakin Allah fərmanı yer və göy arasında eynidir. Bütün bəndələr Allah qarşısında bərabərdirlər Ey Allahın bəndələri, bu Allah düşmənindən (yəni Şeytandan) özünüzü qoruyun.


[1]1 və 192-ci xütbələr.

[2]Quranda səcdə fərmanı beş yerdə gəlibdir: "Bəqərə”, 34, "Əraf”, 11 "Kəhf”, 50, "Taha”, 116, "Əsra” 61. Bu səcdə, ibadət səcdəsi deyildi, çünki Allahın  Pak zatından  başqa digərinə görə ibadət səcdəsi etmək caiz deyildir. Əksinə bu, Allaha şükr səcdəsi olub böyük xilqət və nemət olan Adəmin xatirinə idi.

Category: BİRİNCİ HEKAYƏT | Added by: Ənfal
Views: 775 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]