“Səcdə” surəsini oxumaq, Qədr gecəsini əhya saxlamaq kimidir - Cəfəri məktəbinin əsasları - İslam - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Cəfəri məktəbinin əsasları

“Səcdə” surəsini oxumaq, Qədr gecəsini əhya saxlamaq kimidir
2014-05-28, 4:38 AM

“Səcdə” surəsini oxumaq, Qədr gecəsini əhya saxlamaq kimidir

 “Səcdə” surəsi Quranın 32-ci surəsidir. Məkkədə nazil olub və 30 ayəsi vardır. Bu surənin fəziləti barəsində Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kim “Səcdə” surəsini qiraət edər, ona bənzəyir ki, Qədr gecəsini əhya saxlamışdır”. (Tebyan)
İmam Sadiq (ə) buyurur: “Hər kim cümə gecəsində “Səcdə” surəsini oxuyarsa, Allah Təala Qiyamət günü əməl dəftərini sağ əlinə verər. Onu hesaba çəkməz. Onu Peyğəmbərin (s) və Əhli-beytinin (ə) yoldaşlarından qərar verər”.
Həzrət Peyğəmbər (s) hər gecə yatmazdan əvvəl “Səcdə” surəsini oxuyardı. Bu surədən “Mülk” surəsinə qədər oxumadan, yuxuya getməzdi.
Hədislər buyurur ki, bu surəni hər gecə oxumaq şeytandan amanda olmağa və Qiyamət günü dərəcəsinin artmasına səbəb olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Səcdə” surəsini yazar və özü ilə gəzdirər, hərarət, baş və əzələ ağrılarından amanda olar”.
 
/Deyerler.org/

Category: Cəfəri məktəbinin əsasları | Added by: Ənfal
Views: 833 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]