Cümə günü, 2024-03-29, 4:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Cəfəri məktəbinin əsasları

İmam Səccad (ə) əsir ola-ola Kərbəlaya necə gəldi? İmam Hüseyni (ə) necə dəfn etdi?
2013-11-12, 7:44 AM

İmam Səccad (ə) əsir ola-ola Kərbəlaya necə gəldi? İmam Hüseyni (ə) necə dəfn etdi?

 

  Məsumların (ə) həyatı sirlərlə və möcüzələrə dolu olan bir həyatdır. "Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır”. ("Ənam” 103).

Əlbəttə, o kəslər ki, pakdırlar və qəlbləri hər cür xata və günahdan məsumdur, dünyanın çox sayda həqiqətlərini görməyə qadirdirlər. İlahi peyğəmbərlər (ə), İmamlar (ə) və övliyalar o kəslərdir ki, mənəvi məqamlarına görə bu səlahiyyətə layiq olmuşdular. Mütləq varlığın feyzindən bəhrələnmişdilər.

Möcüzə elə bir şeydir ki, başqaları onu yerinə yetirməkdə aciz olurlar. Peyğəmbərlərdən (ə) sonra möcüzə etmək səlahiyyəti İmamlara (ə) verilmişdir ki, bu da kəramət adlandırılır. Onlar Həzrət Muhəmməd (s) həqiqətindən qaynaqlandıqları üçün cəddlərinin bütün xüsusiyyətlərinə malik idilər. İki haldan başqa: 1. Nübuvvət məqamına malik deyildirlər. 2. Həyat yoldaşlarının sayı məhdud idi.

Bəşər onların dərk etdiyi həqiqətləri dərk edə bilməz. Çünki buna tutumu yoxdur.

İmam Rza (ə) Əbu Həmzə ilə müzakirə zamanı buyurmuşdur: "Mənə de görüm, Hüseyn ibni Əli (ə) imam idi?”. Əbu Həmzə deyir: "Bəli”. İmam (ə) buyurur: "Bəs onu kim dəfn edir?”. Deyir: "Əli ibni Hüseyn (ə)”. İmam (ə) buyurur: "Əli ibni Hüseyn (ə) harada idi?”. Deyir: "Kufədə İbni Ziyadın zindanında həbsdə idi. Ancaq onların xəbəri olmadan Kərbəlaya gəlir və atasını dəfn edir. Sonra da zindana qayıdır”. İmam Rza (ə) davamında buyurur: "O kəs ki, Əli ibni Hüseynə (ə) Kərbəlaya getmək üçün qüdrət verib, mənə də o qüdrəti verib ki, Bağdada gedib atamı dəfn edim. Halbuki nə zindandayam, nə də əsir”.

Bəli, İmam Səccadın (ə) Kərbəlaya gəlişi möcüzəli bir hadisə idi. Ancaq Allah Təala Məsum İmamlara (ə) elə bir qüdrət vermişdir ki, belə işləri görə bilsinlər. Bəni-Əsəd tayfası öz ölülərini müəyyən edə bilmirdilər. Çünki hamısının başı kəsilmiş və bədənləri üzərindən at çapdırılmışdır. Sonra da nizələrlə bədənləri parçalanmışdır. Ona görə də çox nigaran halda idilər. Qorxu içində ölülərini dəfn etməyə cəhd edirdilər, bir-birindən soruşub tanımağa çalışırdılar. Ancaq tanıya bilmirdilər. Bundan başqa İmamın (ə) ora gəlməsi ona görə lazım idi ki, Məsum İmamı (ə) ancaq Məsum dəfn edə bilərdi.

Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, atası ona belə vəsiyyət etmişdi: "O zaman ki, mən dünyadan getdim, səndən qeyrisi mənə qüsl verməsin. Çünki İmama, İmamdan başqası qüsl verməz”.

Bəni-Əsəd uzaqdan gələn atlını görən zaman bərk qorxdular və onu düşmən zənn etdilər. Ona görə də gizləndilər. Ancaq İmam (ə) yaxınlaşan zaman hamı onun ətrafına toplaşdı. İmama (ə) başsağlığı verdilər və ona xidmət etmək istədiklərini bildirdilər. İmam (ə) əvvəl Bəni-Haşim, sonra ənsar və səhabələrdən olan şəhidləri bir-bir tanıtdı və sonra da qətlgaha tərəf yollandı. Üzünü atasının kəsilmiş damarlarına qoydu. Çox ağladı. Bir addım geridə olan torpağı araladı və qəbir düzəltdi. Atasını orada dəfn etdi.

Bu dünyada olan hər bir şey Allahın iradəsindən asılıdır. Bu Allah idi ki, İbrahimə atəşdən nicat verdi və atəşdən qönçələr yaratdı. Bu Allah idi ki, cansız bir çubuğu əjdahaya çevirdi. Ya da sonuncu Peyğəmbərini (s) meraca apardı. Bəli, belə bir Qadir Allah İmam Səccadı (ə) İbni Ziyadın zindanından çıxardıb Kərbəlaya gətirdi ki, Məsum atasını dəfn etsin. ("Əndişeyi-Qum” saytı)

 

/Deyerler.org/

Category: Cəfəri məktəbinin əsasları | Added by: Ənfal
Views: 948 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]