Cümə axşamı, 2024-04-25, 12:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Cəfəri məktəbinin əsasları

Ehl-i Beyt Mektebinde İmamet İnancı(3.Bölüm)
2013-08-05, 8:53 AM
Əhli Beyt Məktəbində İmamet inancı(3. Hissə)

 
 Rəsulullah (s. a. a), davamlı Hz. Əlini ordusunun başına keçirər və səhabələrini onun bayrağı altında toplardı. Heç bir kimsəni onun başına keçirməzdi. O, Əmr min As və Usamə b. Zeydin bayrağı altında döyüşə gedən kəslər kimi deyildi. Rəsulullahın səhabələri, Əlinin hər vaxt Rəsulullahın ordusunda rəhbər olduğunu və heç bir zaman kimsənin əmri altına girmədiyini çox yaxşı bilirdilər.
Bundan başqa, əgər Peyğəmbər (s. a. a) qəyyumunu təyin etməmiş olsaydı, bu, səhabələri arasında bölünmə və ixtilaflara səbəb olardı. Rəsulullahın belə əhəmiyyətli bir işi əvvəldən həll etməmiş olması heç düşünülə bilərmi?! Halbuki Rəsulullah (s. a. a) bundan daha əhəmiyyətsiz şeyləri belə vəsiyyət etmiş, ümməti o mövzularda xəbərdar etmişdi.

İmamlar On İki nəfərdirlər
Rəsulullahdan mütevatir olaraq nəql edilən rəvayətlərə görə, Allahın Rəsulullahdan sonra insanlar üzərindəki hüccetleri on iki nəfərdir.
«Cabir ibn Sümrə deyir: «Peyğəmbər buyurmuşdur: Yəni, «İslam on iki imam imamlıq edənədək əziz olacaqdır. (Sonra bir cümlə buyurdu, lakin mən onu başa düşmədim. Atamdan Peyğəmbərin nə dediyini soruşduqda cavab verdi:-Peyğəmbər buyurdu ki,) onların hamısı Qüreyşdəndir.»
Yenə belə buyurmuşdur:
"Məndən sonra imamlar on iki adamdır. Ey Əli! İlkləri sən, sonları isə Qaim (Mehdi)dır. Allah onun əliylə yer üzünün şərq və qərbini fethedecektir."‌(1)
Bu hədislərin bənzərləri Əhli Sünnə kitablarında da iştirak etmişdir.
Ayrıca, imamlardan hər birisi də, özündən sonrakı imamın imamet, günahsızlıq və xilafət mövqesini bəyan etmiş, səhabələrinə onun ad və xüsusiyyətlərini bildirmişdir.
İslam əhli kəslər, fərqli məzhəb və təriqətlərdən olduqları halda, Əhli Beytin təmizlik və doğruluğunu qəbul etmişlər. Əhli Beyt İmamları ilə əlaqədar hər hansı bir ixtilafın söz mövzusu olmaması, onların fəziləti bir ilahi hüccet olduqlarını isbat edən ən açıq dəlillərdən biridir. Ayrıca, onların sözlərini və həyatlarını araşdırmaq da, onların Allah tərəfindən təyin edilən imamlar olduqlarında heç bir şübhəyə yer  buraxmamaqdadır.
Şeyx Saduk Əbu Cəfər Məhəmməd b. Əli b. Babeveyh (r.ə) belə deyir:
"Əhli Beyt İmamlarının imametlerinin ən açıq dəlili budur: Allahı Təala, Peyğəmbərimizin (s. a. a) doğruluğuna, keçmiş peyğəmbərlərin hekayələrini izah etməsini, Tövrat, İncil və Zəburun elmini gətirməsini bir əlamət etmişdir. Halbuki Əfəndimiz (s. a. a) zahirən yazma bilmirdi, Yəhudilər və Xristianlarla da qarşılaşmış deyildi. Bu, onun doğruluğunun ən böyük əlamətlərindən biriydi. İmam Hüseyn (ə.s) də öldürülüncə, yerinə hələ gənc yaşda olan oğulu Əli b. Hüseyni təyin etdi. O zaman Hz. Əli b. Hüseyn hələ iyirmi yaşını doldurmamışdı. Hz. Əli b. Hüseyn, atasının şahidliyindən sonra xalqdan uzaqlaşaraq gizli bir yerə  çəkilərək özünü ibadətə verdi və xüsusi səhabələri xaricində heç kimlə görüşmədi. Zamanın şərtlərinin olduqca ağır olması və Ümeyye Oğullarının zülmünün olduqca çox olması üzündən ondan çox az elm yayıldı. Hz. Əli b. Hüseyndən sonra yerinə, elmi yarıb açdığı üçün "Bakır"‌ olaraq adlandırılan oğulu Məhəmməd b. Əli keçdi. O, din, kitab, sünnə, siyer və döyüş elmlərindən çox şeylər ortaya qoydu. Onun ardından da oğulu İmam Sadiq (ə.s) daha çox və açıq elmlər sərgilədi. Belə ki ələ almadığı və haqqında danışmadığı elm qalmadı. Quran və sünnəsi təfsir etdi. Ənbiyanın hekayələrini və keçmiş ümmətlərin xəbərlərini izah etdi. Halbuki nə özü, nə atası və nə də babası heç bir alim və fakihten dərs almamışlar idi.
Bu, onların elmlərini Peyğəmbər (s.a.a)dan, daha sonra Hz. Əlidən və sonra da bir-birlərindən aldıqlarının ən böyük dəlilidir.
 
 (1)- Yatılı Ahbar'ir-Rıza, c. 1, s. 53.

Category: Cəfəri məktəbinin əsasları | Added by: Ənfal
Views: 916 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]