Şənbə günü, 2024-04-20, 12:15 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

Quran peyğəmbərləri
2013-08-04, 3:34 PM
Quran peyğəmbərləri

Az. Adəm (ə)
Ləqəbi - Əbülbəşər. Quranı-Kərimdə adına 25 yerdə rast gəlmək olur. İlk şüurlu insan, ilk peyğəmbər, əkinçilikllə məşğul olan ilk şəxs olmuşdur. Allah-Təala onun bədənini torpaqdan yaratmışdır. Allah tərəfindən ona on səmavi kitab nazil olmuşdur. Məkkədə Əbu-Qubeyş dağında Kəbə evi istiqamətində dəfn olunmuşdur. Başqa bir rəvayətlərə görə, Hz. Adəm (ə) Nəcəf şəhərində dəfn olunmuşdur. Onun ömrü barədə müxtəlif rəqəmlər göstərilir. (920, 936, 1200 il)

Hz. Nuh (ə)
Ləqəbi - Nəbiyullah. Qurani-Kərimdə adına 2 yerdə rast gəlmək olur. Quranın 71-ci surəsinə onun adı verilmişdir. İllər boyu təbliğat aparmasına baxmayaraq qövmündən çox az insan ona iman gətirir. Hətta həyat yoldaşı və uşaqları da ona iman gətirmirlər. Onun zamanında baş verən tufandan sonra Yer üzündə yeni bir nəsil meydana gəlir. Hz. Nuh (ə) 2500 il ömür etdikdən sonra dünyasını dəyişmişdir. Onun qəbri nəcəfdə (İraq), İmam Əlinin (ə) qəbrinin yaxınlığında yerləşir.

Hz. İdris (ə)
Qurani-Kərimdə adına iki yerdə rast gəlmək olur. Astronomiya və riyyaziyyat elmləri ilə məşğul olan, paltar tikən və ölçü alətlərindən istifadə edən ilk şəxs olmuşdur. Hətta ilk yazı yazan şəxs olduğu da rəvayət olunur. Allah tərəfindən ona 10 səhifəlik kitab nazil olunmuşdur. Hz. İdris (ə) bir neçə dil bilmiş və nüçə-neçə şəhərlər saldırmışdır. 365-il ömür etmiş, İsa peyğəmbər (ə) kimi qeybə çəkilmişdir.

Hz. Hud (ə)
Qurani- Kərimdə adına on yerdə rast gəlmək olur. Quranın 11-ci surəsinə onun adı verilmişdir. İrəm səhifəsində məskunlaşmış və yüksək saraylar tikən İrəm qövmünə peyğəmbər göndərilmişdir. Hz. Hud (ə) 807 (və ya 460) yaşında Yəmənin şərq sahilində Həzərul-mövt adlı məntəqədə, başqa bir rəvayətə görə, Nəcəf şəhərində dünyasını dəyişmişdir.

Hz. Saleh (ə)
Qurani-Kərimdə adına 10 yerdə rast gəlmək olur. Dağlarda özlərinə saray və hündür dağlar tikən Səmud qövmünə peyğəmbər göndərilir. Səmud qövmü ona möcüzə olaraq göndərilən balalı dəvəni amansızlıqla qətlə yetirir və bunun nəticəsində Allahın qəzəbinə gəlir. Saleh peyğəmbər (ə) ticarətlə məşğul olmuş və bu yolla məişətini təlim etmişdir. 280 yaşında Nəcəf şəhərində dünyasını dəyişmiş, İmam Əlinin (ə) qəbrinin yaxınlığında dəfn olunmuşdur.

Hz. İsmail (ə)
Ləqəbi - Zəbihullah. Quranı Kərimdə adına 12 yerdə rast gəlmək olur. Hz. İbrahimin (ə) böyük oğludur. Çobanlıq etmiş və bu yolla məişətini təmin etmişdir. Atası Hz. İbrahimlə (ə) birlikdə Kəbə evini inşa etmişdir. Ata və anası ilə birlikdə həccin bir çox əməllərinin təməlini qoyur. Hz. Muhəmməd (s.ə.s) məhz onun soyundandır. 137 yaçında dünyasını dəyişmiş və anasının qəbrinin kənarında (Kəbənin Hicri İsçail adlanan cənub hissəsində) dəfn olunmuşdur.

Hz. Yunus (ə)
Ləqəbi - Zunnun. Qurani Kərində adına 4 yerdə rast gəlmək olur. Quranın 10-cu surəsinə onun adı verilmişdir. Qədim Aşur dövlətinin paytaxtı olan Ninova camaatına peyğəmbərlik etmişdir. 40 il ömür sürüb. Qəbri indiki Kufə şəhərində yerləşir.

Hz. Lut (ə)
Qurani Kərimdə adına 27 yerdə rast gəlmək olur. Hz. İbrahimə (ə) iman gətirmiş ilk şəxs olmuşdur. Təkallahlıq dinini təbliğ etmək məqsədi ilə indiki Fələstin ərazisinə hicrət etmişdir. 80 yaşında dünyasını dəyişmişdir. Qəbri indiki Fələstin ərazisində yerləşir.

Hz. Yəqub (ə)
Qurani-Kərimdə adına 16 yerdə rast gəlmək olur. Hz. İbrahimin (ə) nəvəsidir. Həm övlad acızı çəkmiş, həm də övladları tərəfində xəyanətə  məruz qalmışdır. Oğlu Hz. Yusifin (ə) ayrılıq həsrətini çəkərək ağlamaqdan gözləri tutulmuş, lakin sonradan ona qovuşa bilmişdir. Misirə oğlunun yanına gedənə qədər indiki Fələstin ərazisində peyğəmbərlik  etmişdir. 147 il ömür sürdükdən sonra dünyasını dəyişmişdir. Hz. Yəqubun (ə) dəfn olunduğu yer barədə iki müxəlif məkan qeyd olunmuşdur. Bəzi tarixçilər onu Yəmən ərazisində, paytaxt Ədəndən 60 km. aralıqda, bəziləri isə İranın Beyzavi fars məntəqəsində, Xeyr-abad kəndində dəfn olunduğunu iddia edirlər. Hz. Yəqubun (ə) yaşı barədə də müxtəlif rəqəmlər göstərilmişdir. (92 və 200 yaş)

Hz. Yusif (ə)
Qurani Kərimdə adına 27 yerdə rast gəlmək olur. Quranın 12-ci surəsinə onun adı verilmişdir. Hz. Yəqubun (ə) on iki oğlu arasında ən sevimlisi olub.  Alllah-Təala ona yuxu yozumu elmini öyrədir. Qurani Kərimdə həmin dastana "Əhsənül-qisəs" (Ən gözəl dastan) adı vermilmişdir. Hz. Yusif (ə) Misirdə, 110 və ya 120 yaşında dünyasını dəyişmiş, mərmər tabuta qoyularaq Nil çayının dibində dəfn olunmuş və Hz. Musaya (ə) qədər orada qalmışdır. Hz. Musa (ə) Misiri tərk etdiyi zaman onu da özü ilə Fələstinə aparmış və orada dəf edilmişdir.

Hz. İbrahim (ə)
Ləqəbi - Xəlilullah. Babilistanın Ur şəhərində dünyaya gəlir. Qurani Kərimdə adına 69 yerdə rast gəlmək olur. Quranın 14-cü surəsinə onun adı verilmişdir. Oğlu Hz. İsmail (ə) ilə birlikdə Kəbəni inşa etmişdir. Hz. İbrahim (ə) olduqca qonaqpərvər olmuş və qurban kəsmək adəti bizə məhz ondan miras qalmışdır. Allah tərəfindən ona 10 səhifə nazil olmuşdur. Babil hökümdari Nəmrud tərəfindən oda atılmış, lakin İlahi möcüzə olaraq sağ qalaraq təkallahlıq dininin təbliğinə davam etmişdir. Yaşı barədə müxtəlif rəqəmlər göstərilir (120, 175 və 200 yaş). İndiki Fələstin ərazisində dəfn olunmuşdur.

Hz. Davud (ə)
Qurani Kərimdə adına 16 yerdə rast gəlmək olur. Cavan yaşlarında Talutun ordusunda əsgər olsa da, sonradan Allahın ona verdiyi peyğəmbərlik və özünəməxsus bacarığı sayəsində İsrail övladlarına padşah olur. Dəmirçilik və zireh düzəltmək sənətinə yiyələnir.  Allahdan ona səmavi kitab "Zəbur" nazil olur. Rəvayətlərə görə, 100 illik ömrünün 40 ilini padşahlıq etmişdir. İndiki Fələstin ərazisində dəfn olunmuşdur.

Hz. Şüeyb (ə)
Qurani Kərimdə adına 11 yerdə rast gəlmək olur. Ölçü və çəkidə saxtakarlıq edən Mədyən camaatına peyğəmbər göndərilmişdir. Qızlarından birini Musa (ə) peyğəmbərə ərə verib. 242 il ömür sürmüşdür. Qəbri Fələstin ərazisində yerləşir.

Hz. Musa (ə)
Ləqəbi - Kəlimullah. Misirdə dünyaya gəlmişdir. Qurani Kərimdə adına 136 yerdə rast gəlmək olur. Musa (ə ) peyğəmbərin adı digər peyğəmbərlərin adından daha çox çəkilir. Uzun müddər Şüeyb peyğəmbərə çobanlıq etmiş və sonra bunun müqabilində onun qızlarından biri ilə evlənir. Firon və çoxallahlıqla mübarizə aparmış, bu səbəbdən onu təqib və təzyiqlərinə məruz qalmışdır. İsrail övladları onun peyğəmbərliyi altında Misirdən çıxarılır. Allah tərəfindən ona səmavi kitab "Tövrat" nazil olur. Hz. Musa (ə) 120 və ya 126 yaşında dünyasını dəyişmiş və Nəba dağında dəfn olunmuşdur.

Hz. İsa (ə)
Ləqəbi - Məsih. Qurani Kərimdə adına 25 yerdə rast gəlmək olur. Atasız dünyaya gəlmiş, beşikdə ikən danışmağa başlamışdır. Allahın izni ilə ölüləri dirildər və ağır xəstələrə şəfa verərdi. Dünyaya gəldiyi tarix miladi təqviminin  başlanğıcı kimi qəbul olunur. Allah tərəfindən ona səmavi kitab "İncil" nazil olur. 33 yaşında ikən qeybə çəkilmişdir.

Hz. Zül-Kifl (ə)
Qurani Kərimdə adına 2 yerdə rast gəlmək olur. Rəvayətlərdə Hz. əyyubun oğlu olduğu göstərilir. Allahın səbirli və əməlisaleh peyğəmbərlərindən olmuşdur. 75 il ömür etmişdir. Qəbri indiki Kufə şəhərində yerləşir.

Hz. Əyyub (ə)
Qurani Kərimdə adına 4 yerdə rast gəlmək olur.Sayı-hesabı bilinməyən  var-dövlət sahibi olsa da, İlahi sınaq olaraq onların hamısından məhrum olub. Övladlarını itirən Hz. Əyyub (ə) ağır xəstəliyə düçar olur, amma dözümlülüyü ilə səbrlilik nümunəsinə çüvrilir. 140 il ömür etmişdir. Qəbri Huran məntəqəsində yerləşır.

Hz. Zəkəriyya (ə)
Qurani Kərimdə adına 7 yerdə rast gəlmək olur. Hz. Süleymanın (ə) soyundandır. Beytül-Müqəddəsdə  Hz. Məryəmin himayədadı olmuşdur. Qoca yaşında oğul sahibi olmuş  və 115 yaşında İsrail övladları tərəfindən şəhid edilmişdir. Qəbri Beytül Müqəddəsdə yerləşir.

Hz. İshaq (ə)
Qurani Kərimdə adına 15 yerdə rast gəlmək olur. Hz. İbrahimin (ə) kiçik oğludur. İsrail övladlarına göndərilən və Hz. Muhəmməddən (s.ə.s) savayı Quranda adı çəkilən bütün peyğəmbərlərin atasıdır. Hz. ishaq (ə) Həbrun 160 və ya 180 il ömür etmiş və indiki Xəlbəl (Fələstin) şəhərində anası Saranın kənarında dəfn olunmuşdur.

Hz. Əlyasa (ə)
Qurani Kərimdə adına 2 yerdə rast gəlmək olur. Hz. İlyasa (ə) yardımçı olaraq göndərilmişdir. 75 il ömür etmişdir. İndiki Dəməşq şəhərində dəf olunmuşdur.

Hz. İlyas (ə)
Qurani Kərimdə adına 3 yerdə rast gəlmək olur. İsrail övladlarından olan, Bal adlı bütə sitayiş edən camaatı təkallahlığa dəvət etmək üçün göndərilmişdir. 22 il ğmür edir. Qeybə çəkilən peyğəmbərlərdəndir.

Hz. Yəhya (ə)
Hz. Yəhya (ə) Quranı Kərimdə adına 5 yerdə rast gəlmək olar. Hz. Zəkəriyyanın (ə) oğludur. Bu ad ilk dəfə ona verilmişdir.Hz. isanın (ə) özündən sonra gələcəyinə müjdə vermişdir. 30 il ömür etmişdir. Dəmşəqdə Əməvi məscidində dəfn olunmuşdur.

Hz. Muhəmməd (s.ə.s)
Ləqəbi - Rəsulullah. Qurani Kərimdə adına 4 yerdə rast gəlmək olur. Quranın 12-ci surəsinə onun adı verilmişdir. Fil ilində Məkkə şəhərində dünyaya gəlmişdir. Allah-Təala tərəfində bəşəriyyətə gpndərilən sonuncu peyğəmbərdir. Sonuncu səmavi kitab "Quran" ona nazil olub. 23 il peyğəmbərlikdən sonra hicrətin 11-ci ilində səfər ayının 28-də, 63 yaşında Mədinə şəhərində dünyasını dəyişmişdir. Qəbri Mədinə şəhərindədir.
Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 928 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]