Çərşənbə axşamı, 2024-03-19, 6:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

Peyğəmbərlərin çoxluğunun sirri
2013-08-10, 5:27 AM
Peyğəmbərlərin çoxluğunun sirri
   İnsan şüuru peyğəmbər və səmavi kitabların sayını təyin edə bilməz. Bu cür məsələləri məhz Quran yaxud hədislərin vasitəsilə təyin etmək mümkündür. Qurani-kərimdə təkid olunub ki, Allah taala hər ümmət üçün bir peyğəmbər göndərmişdir.

Peyğəmbərliyin (nübuvvətin) lüzumunu qəbul etdikdən sonra belə sual yaranır ki, niyə bütün insanlar üçün vahid proqram, din gəlməyib yaxud peyğəmbərlərin çoxluğu və yenilənməsinin sirri nədir? 
Bu sualı cavablandırmaq üçün bir neçə məsələyə aydınlıq gətirmək lazımdır: 
1. Məlumdur ki, hər bir insanın ömrü (o cümlədən peyğəmbərlərin ömrü) məhduddur. İlk peyğəmbərin dünyanın sonuna kimi yaşayıb insanları şəxsən hidayət etməsi yaradılışda nizamın hikməti ilə uyğun deyildir.
2. İnsanlar zaman və məkan cəhətindən fərqlənirlər. Bu fərqlilik və vəziyyətlərin dəyişilməsi, xüsusilədə ictimai əlaqələrin sıxlaşmasının ictimai qayda - qanunların keyfiyyət və kəmiyyətində təsirli rolunun olması mümkündür. Belə olduqda yeni qanunların yaranmasına ehtiyac olacaqdır. Əgər bu qanunlar min illər öncə seçilmiş peyğəmbərin vasitəsilə bəyan olsaydı, bu iş mənasız sayılacaqdı. Ona görə ki, bu qanunların qorunması və onların yerində icra olunması çox çətin və əziyyətli bir işdir.
3. Keçmişdə peyğəmbərlərin təbliğat imkanları o qədər geniş deyildi ki, bir peyğəmbər öz səmavi xitablarını bütün dünyaya çatdırsın.

4. Peyğəmbərdən alınan dini təlimlər, xalq arasında müxtəlif amillərin təsiri nəticəsində yalnış təfsir olunur və bir müddətdən sonra isə təhrif olunmuş ayinə çevrilir. Buna misal olaraq İsanın (ə) gətirdiyi tövhid (təkallahlıq) dini, İsanın (ə) qeybindən bir müddət sonra üçlük (üçallahlıq) ayininə çevrilməsini göstərmək olar.
Saydıqlarımızı nəzərdən keçirdikdən sonra peyğəmbərlərin çoxluğu və səmavi şəriət qanunlarının müxtəlifliyinin hikməti aydınlaşır. Dinlər müxtəlif olsa da, onların əqidə prinsipləri, əxlaqı, fərdi və (bəzi) ictimai qanunları həmahəng olmuşdur. Keyfiyyət və kəmiyyətlərin fərqli olmasına baxmayaraq, bütün dinlərdə namaz, oruc, zəkat, infaq və s. mövcud idi.
Peyğəmbərlərin hamısına iman bəsləmək, peyğəmbərliyin təsdiqində onlar arasında fərq qoymamaq, peyğəmbərlərə nazil olanları qəbul etmək hər bir insan üçün zəruridir.
Bir peyğəmbəri təkzib etmək, bütün peyğəmbərləri təkzib etmək deməkdir. Bir ilahi hökmü təkzib etmək isə, bütün ilahi hökmləri yalan saymağa bərabərdir. Əlbəttə yaddan çıxarmayaq ki, hər ümmətin əməli vəzifəsi həmin ümmətin zamanında yaşayan və onlar üçün göndərilən peyğəmbərin gətirdiyi şəriət və qanunlara itaət etməsidir.
İnsan şüuru bu cür yollarla peyğəmbərlərin çoxluğu və din müxtəlifliyinin hikmətini dərk edə bilər. Amma onların sayına gəlincə ağıl buna dəqiq cavab verməkdə acizdir. Həmçinin ağıl və şüur peyğəmbərlərin hansı zamanda və hansı mühitdə seçilməsini və ya şəriət yenilənməsini təyin etməyə qadir deyil.



Peyğəmbərlərin sayı



İnsan ağlının peyğəmbərlərin sayını təyin edə bilməyəcəyini sübut etdikdən sonra Quran və hədislərə müraciət etməkdən başqa yolumuz qalmır. Qurani-kərimdə Allahın hər ümmətə peyğəmbər göndərməsi təkid edilsə də yalnız 20-dən çox peyğəmbərin adı bu İlahi kitabda qeyd olunmuşdur. Bir neçəsinin də adı çəkilmədən həyat hekayələrinə işarə edilmişdir. Amma məsumlardan nəql olan rəvayətlərdə qeyd olunur ki, Allah-taala 124000 peyğəmbər göndərmişdir. Onların birincisi bəşərin atası Adəm (ə) və sonuncusu Məhəmməd ibni Abdullahdır (s).

Müəllif : Ustad Məhəmmədtəqi Misbah Yəzdi

Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 917 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]