Cümə günü, 2024-03-29, 3:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

Allahın elçiləri (2)
2013-08-04, 3:39 PM
Allahın elçiləri (2)

Ləqəbli peyğəmbərlər
"Sahibul hut" və "Zunnun" - bu ləqəb Hz. Yunusa (ə) balığın qarnına düşdükdən sonra verilir.
 "Ruhullah" - bu ləqəb Hz. İsaya (ə) Allahın Öz ruhundan yaratdığı, daha dəqiq desək, üfürdüyü üçün verilmişdir.
"Kəlimullan" - bu ləqəb Hz. Musaya (ə) Allahla danışdığı üçün verilmişdir.

Babadan-nəvəyə
İbrahim Peyğəmbərin (s.ə.s) oğlu İshaq peyğəmbər (ə) Yusuf peyğəmbərin  babası olmuşdur. İsmail peyğəmbər (ə) isə Yaqub peyğəmbərin əmisi olmuşdur. Quran İbrahim məqamının digər peyğəmbərlərin məqamından daha məşhur olduğundan söz açır.

 Yuxuyozma
 Quranın 12-ci surəsi böyük surələr içində eyni mövzudan söhbət açan yeganə surədir. Burada əvvəldən axıradək Hz. Yusufun (ə) başına gələnlərdən və onun qardaşları haqqında söz açılır. Bu əhvalat Quranda "Əhsənul qisəs" (ən gözəl dastan) adlanır.

Sənətkar peyğəmbərlər
 Qurani-Kərimdə bir neçə peyğəmbərin yiyələndiyi sənətdən söz açılır. Məsələn; Hz. Nuhun (ə) gəmi, Hz. Davudun (ə) zireh  düzəltməsindən xəbər verilir. Hz. Zəkəriyyə (ə) də dülgərlik sənətinə  yiyələnməşdir. İsmail (ə) isə at əhəlləşdirən ilk peyğəmbər olmuşdur. Hz. İsadan (ə) söz açıldıqda isə onun tibb elminə yiyələnməsinədə və Allahın izni ilə ölüləri diriltməsindən xəbər verilir. İdris (ə) peyğəmbər dərzilik, Süleyman (ə) peyğəmbər zəmbil toxuma, Adəm (ə) peyğəmbər əkinçilik, sonuncu peyğəmbər Hz. Muhəmməd (s.ə.s) isə ticarət sənətinə yiyələnmişdir.

Övlad həsrəti
Övlad həsrətində olan Hz. İbrahim (ə) yalnız 120 yaşında öz istədiyinə nail olur. Lakin uzun illərdən sonra dünyaya gələn İsmaili qurban kəsilməli olduğu əmr olunur
("Səffat" 103)

4 ləqəb
Abdulla, Əhməd, Taha,və Yasin ləqəblərinin hər birinə bir dəfə rast gəlmək olur.

Himayədarlıq
Zəkəriyyə (ə) Məryəmə (ə) himayədfarlıq edir. "Qəsəs", 7 və "Maidə" 75-də Musa və İsanın (ə) anaları barədə məlumat verilir.

Subay peyğəmbər
Quranda adı çəkilən və ailə qurmayan peyğəmbər isə Ulul-əzm peyğəmbərlərdən olan Hz. İsa (ə) olur. Allah-Təala onun yaradılışını Hz. Adəmin (ə) yaradışına bənzədir.

Səltənət
Hz. Süleymanla (ə) yanaşı, dünya səltənəti Davud (ə) peyğəmbərədə nəsib olur. O da Allahın tükənməz maddi-mənəvi nemətlərindən bəhrələnərək Onun ən xalis bəndələrindən birinə çevrilir.

Cihad peyğəmbər
Hz. Muhəmmədin (s.ə.s) zamanında baş verən Bədr döyüşündən söz açılır. "Ali-İmran" surəsinin 125-ci ayəsində həmin döyüşdə 5000 mələyin iştirak etməsindəndə xəbər verilir. Bu, İslam tarixində baş verən ilk cihad olur.
Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 855 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]