Cümə axşamı, 2024-04-18, 11:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

Allahın elçiləri (1)
2013-08-04, 3:41 PM
Allahın elçiləri (1)

 İbn Abbasdan (r.ə) nəql olunan rəvayətdə peyğəmbərlərin sayı yüz iyirmi dörd min göstərilir. Lakin Qurani-Kərində onların yalnız iyirmi dördünün adına rast gəlmək olur.

PEYĞƏMBƏRLƏR

Quranda adı çəkilən peyğəmbərlərdən altısının adı (10, 11, 12, 14, 48 və 71-ci) surələrə verildi (Yunus, Yusuf, Hud, İbrahim, Muhəmməd və Nuh). 21-ci, " Peyğəmbərlər) surəsinə ("Ənbiya") adı verildi. Daha iki surə (20-ci "Taha" və 36-cı "Yasin" surələri) isə Həzrət Muhəmmədin (s.ə.s) ləqəblərini daşıyır. Hicrətdən əvvəl, yəni Məkkədə nazil olan hər iki surə Peyğəmbərin (s.ə.s) ləqəbi olmaqla yanaşı, Quranın müqəddə (qırıq hərflər) hərfləri ilə başlanan 29 surəsinin ikisini təşkil edir. Və hər iki surədə Peyğəmbər (s.ə.s) lqəqbi ilə xitab olunduqdan sonra Qurana and içilir və onun haqq olaraq nazil olduğuna təkid olunur.


PEYĞƏMBƏR OLMAYANLAR

Quranda peyğəmbər olmayan əməlisaleh insanların adlarına da rast gəlmək olur. Hz. Məryəm (ə), Loğman, Üzeyr, İmran və Zülqəreyn. Hətta 3, 19 və 31-ci surələrə onların adları verilmişdir (Ali-İmran, Məryəm, Loğman).


ADIÇƏKİLƏNLƏR

Quranda adları çəkilən peyğəmbərlər: 
Adəm
Nuh
Saleh
İbrahim
İshaq
İsmail
Hud
Yunus
Yusuf
Muhəmməd
Lut
Yəqub
Davud
İlyas
Zilikifl
Zəkəriyya
Yəhya
İsa
Musa
Harun
İdris
Süleyman
Eyyub
Muhəmməd (s.ə.s)

Onlardan ikisinin, yəni Hz. Muhəmməd (s.ə.s) və Hz. Yəhyanın (ə) adları dünyaya gəlməzdən əvvəl verilir. Hz. Yəhya və Hz. İsa (ə) isə peyğəmbərliyə uşaq yaşlarından çatırlar. Yəhya (ə) bu adı daşıyan ilk insan  və ilk peyğəmbər olub. Onlardan ikisi, Hz. Adəmə (ə) və Hz. İsa (ə) atasız dünyaya gəlirlər. Peyğəmbərlərin ən üzünömürlü olanı Hz. Nuh (ə) olur. Onun peyğəmbərlik dövrü 950 il davam edir. 2200 il isə ömür edir. Quranda daha çox Musa (ə) adına rast gəlmək olur.


AD VƏ LƏQƏB

 Hz. Muhəmmədin (s.ə.s) adı çəkilməklə yanaş, ümumilikdə beş rəqəminə də işarə olunur (Abdulla, Əhməd, Taha və Yasin: 61-ci surə, ayə 6; 20-ci surə, ayə 1; 36-cı surə, ayə 1)
 Quran ayələrində incildən xəbər verildiyi zaman orada Hz. İsanın (ə) dilindən Əhməd adı çəkildiyi göstərilir.


4 LƏQƏB

Abdulla, Əhməd, Taha, Yasin ləqəblərinin hər birinə bir dəfə rast gəlmək olur.

UŞAQLIQ DÖVRÜ

Peyğəmbərin (s.ə.s) adı Məkkə surələrində çəkilir. "Zuha" surəsində uşaqlıqda ikən Məkkə küçələrində itdiyinə, "Təhrim" surəsində isə onun evliliyinə işarə olunur.

HZ. MUSA (Ə)

Ümumiyyətlə, Quranın üçdəbirində Hz. Musa (ə)və İsrail övladlarından söhbət açılır. Kəlimullah Musa (ə) peyğəmbərin ən məşhur ləqəbidir.

QABAQCIL SURƏ


Peyğəmbərlərin adı daha çox "Əraf" surəsində çəkilir. Hz. Muhəmməd (s.ə.s) və Hz. İbrahim (ə) nümunə olaraq təqdim olunur. 10, 11, 12,-ci surələrdə ardıcıl olaraq  peyğəmbərlərin adları verilir. (Yunus, Hud, Yusuf). Peyğəmbərlərdən ikisi (Musa (ə) və Yusuf (ə)) oğulluğa götürürlər.


"PEYGƏMBƏRLƏR" SURƏSİ

(Ənbiya) 16 peyğəmbərin adı çəkilir. "Tövbə" surəsinin 128-ci ayəsi Hz. Muhəmmədin (s.ə.s) tərifi, "Əla" surəsi isə Musa (ə) və İbrahimin (ə) adları ilə sona çatır.
"Nəml" surəsinin 30 və 31-ci ayələrində isə peyğəmbərlərdən birinin adı üç dəfə çəkilir.


ULUL_ƏZM PEYĞƏMBƏRLƏR

İnsanların hidayəti üçün göndərilən yüz iyirmi dörd min peyğəmbərdən 300-ü mürsəl, beşi isə Ulul-əzm (şəriət) sahibi hesab olunurlar. Hz. Nur (ə) Hz. İbrahim (ə), Hz. Musa (ə), Hz, İsa (ə) və Hz. Muhəmməd (s.ə.s). Quranda onlardan Musa (ə) peyğəmbərin adına daha çox rast gəlmək olur. Ən az isə Hz. Muhəmmədin (s.ə.s) adı çəkilir. "Bəqərə" surəsində isə onların hamısının adına  rast gəlmək olar. Ümumiyyətlə, belə bir ibarə "Bəqərə" surəsindən götürülmüşdür. Burada Ulul-əzm peyğəmbərlərin adına 52 dəfə rast gəlmək olur.

SINANANLAR

Peyğəmbərlər bir sıra İlahi sınaqlardan keçmiş və Allah dərgahında yüksək məqamlara nail olmuşdur. Ən çox sınağa məruz qalan peyğəmbərdən biri də Hz. İbrahim (ə) olur. Bütün sınaqlardan üzüağ çıxan Hz, İbrahim (ə) "Xəlilullah" (Allahın dostu) ləqəbini alır. Quranın bir çox ayələrində onun aylarla şölələnən alovundan, gözünün ağı-qarası olan oğlunu qurban kəsməsindən xəbər verir. Lakin, Hz. İbrahimlə (ə) yanaşı, Quranda adı çəkilən bir neçə peyğəmbərə "Siddiq" (doğru danışan, vəfalı, düzgün) ləqəbi də verilir. Siddiq ləqəbi verilən peyğəmbərlər bunlardır: Hz. Yusif (ə), Hz. İbrahim (ə) və Hz. İdris (ə).

PADŞAH PEYĞƏMBƏR

Allah öz peyğəmbərini çətinliklə sınağa çəkdiyi kimi, onlara tükənməz dünya malı verməklə də çətin sınağa çəkilmişdir. Həmin peyğəmbərdən biri də Hz. Süleyman (ə) olur. Allah-təala ona tükənməz səltənət verməklə yanaşı, quş və heyvanların da dilini öyrətmişdi. Bütün bununla yanaşı, Allah-Təala küləyi və cinləri də onun ixtiyarına qoyur.

HİMAYƏDARLIQ

Zəkəriyya (ə) Məryəmə (ə) himayədarlıq edir. "Qəsəs", ayə 7 və "Maidə", ayə 75-də Musa və İsanın (ə) anaları barədə məlumat verir.

SONLUQ

"Əhqaf" surəsi - Ulul-Əzm peyğəmbərin adı ilə sona çatan yeganə surədir.

LƏQƏBLİ PEYĞƏMBƏRLƏR

Allah peyğəmbərlərdən bəzilərini bizə onların ləqəbləri ilə təqdim edir. Bu ləqəqblər ya onlartın göstərdikləri möcüzələr, ya malik olduğu xüsusiyyətlət, ya da başlarına gələn əhvalatlarla əlaqəlidir.

YOLUNU AZANLAR

Peyğəmbər qövmü haqqa hidayət etsə də, onlardan bir çoxu onların dediklərinə məhəl qoymaz, ya onları öz şəhərlərindən sürgün edər, ya qətlə yetirər, ən yaxşı halda isə onlara tənə vurardılar.

İFRATÇILAR

Bəzi qövmlər isə ifrata vararaq onlar barədə olmazların fikirlər irəli sürər, onların hətta Allahın oğlu adlandırardılar. Məsələn, Yəhudilər əməlisaleh Üzeyri, nəsranilər (məsihilər) isə Hz, İsanı (ə) Allahın oğlu adlandırmağa başlayırlar.

İMAMƏT

İbrahim (ə) və İsa (ə) peyğəmbərlik məqamı ilə yanaşı, imamlıq məqamına da nail olmuşdur.

PEYĞƏMBƏRLİK VƏ AİLƏÇİLİK

Quran Hz. Zəkəriyyanın ömrünün sonunda övlad sahibi olduğundan xəbər verir.
Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 933 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]