Nə üçün İmam Zamanın (ə.f) zühur dövrü hələ gəlib çatmayıb? - İmam Məhdi (ə.f) - Əhli-Bəyt - İslamda nələr var? - gunahkar-bende
Cümə axşamı, 2016-12-08, 6:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Məhdi (ə.f)

Nə üçün İmam Zamanın (ə.f) zühur dövrü hələ gəlib çatmayıb?
2013-08-12, 7:59 AM
Nə üçün İmam Zamanın (ə.f) zühur dövrü hələ gəlib çatmayıb?

Zaman o qədər irəli hərəkət etməlidir ki, bir baxımdan hər nə qədər fəsad ilə dolsa da digər cəhətdən hakimiyyət təşkil edib İmam Zamanın (ə.f) rəhbərliyi altında dünyaya hökmranlıq etmək istəyən insanlar da vücuda gəlməlidir. Hələ ki, bu cür layiqli insanlar dünyaya gəlməyib.
 
Ustad şəhid Mütəhhəri görkəmli mütəfəkkir və İslamşünas alim dövrünün gənc düşüncələri ilə aşina bir şəxsiyyət idi. O, gənc nəsilin ruhiyyəsinə gözəl şəkildə vaqif olduğu üçün öz dəyərli əsərləri vasitəsilə gənclər ilə rabitə yarada bilmimişdi. Ustad şəhid Mütəhhəri həzrət Əlinin (ə) "Əgər gənclərimizin zehinləri haqq mətləblər ilə doldurulmasa nahaq mətləblər ilə dolacaq"- kəlamına işarə edərək gəncləri İslam həqiqətləri ilə tanış etməyə çalışırdı.
Ustad şəhid Mütəhhərinin dünyasının dəyişməsinin otuz dördüncü ildönümü münasibətilə "Mütəhhər çeşmələr, sizin suallarınız və Ustad Mütəhhərinin cavabları"- Hüccətul-İslam Həmid Əhmədi Culfayinin kitabına nəzər salmaq yerinə düşərdi. Bu münasibətlə şəhid Mütəhhərinin zühurla bağlı suala cavabını burada qeyd etmək istəyirik.
Nə üçün İmam Zamanın (ə.f) zühur dövrü hələ gəlib çatmayıb?
Çünki o, 313 nəfər, nə azı və nə də çoxu hələ dünyaya gəlməyib, yəni zaman o qədər irəli hərəkət etməlidir ki, bir baxımdan hər nə qədər fəsad ilə dolsa da hakimiyyət təşkil edib İmam Zamanın (ə.f) rəhbərliyi altında dünyaya hökmranlıq etmək istəyən insanlar da vücuda gəlməlidir. Hələ ki, belə bir layiqli insanlar dünyaya gəlməyib. Bəzi insanlar elə bilirlər ki, İmam Zamanın (ə.f) ömrü məsələsi qeyri-adi və ağıla-məntiqə sıxmayan bir məsələdir; sizin bu barədə cavabınız nə olardı?
Çoxlu sayda insanlar İmam Zamanın (ə.f) zühuru məsələsi ortaya gələndə deyirlər ki, bəşərin 1200 ilə yaxın ömürü ola bilərmi? Bu təbiət qanununa ziddir. Bunlar elə bilirlər ki, dünyada olan sair işlər təbiət qanunlarına-yəni bəşərin müasir dövürdə qəbul etdiyi qanunlar-tamamilə uyğundur. Ümumiyyətlə dünyada canlılar (heyvan və bitkilərin) həyatında baş verən böyük hadisələr qeyri-adi hadisələrdir, yer kürəsində həyatın ilk rüşeymləri bağlanması məsələsi biologiya elmləri prinsiplərinə uyğun bir məsələ idimi? İlk dəfə ki, yer üzündə həyat vücuda gəldi bu hansı təbiət qanununa uyğun gəlirdi?

ihq.az


Category: İmam Məhdi (ə.f) | Added by: Ənfal
Views: 264 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]