Çərşənbə günü, 2024-04-24, 12:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Məhdi (ə.f)

İmam Zaman ağa (ə.f) zühur edəndən sonra nələr baş verəcəkdir?
2013-10-22, 8:16 AM
İmam Zaman ağa (ə.f) zühur edəndən sonra nələr baş verəcəkdir?

 Zühurun ilk zamanlarında İmam Zaman ağa (ə.f) ilə düşmən ordusu arasında çox ağır döyüşlər olacaqdır. Bu döyüşlər qələbə ilə nəticələnəcək və sonra da hökumət təşkil ediləcəkdir. Həzrətin (ə.f) hökumətindəki hər bir kəs ancaq ümmətin mənfəəti üçün işlər görəcəklər. Onların bütün səyləri yer üzündə ədaləti bərqərar etmək üçündür. Bu ədalətdən nəinki insanlar, hətta heyvanlar da bəhrələnəcəkdir. İmamın (ə.f) dövründə Məhdi hökuməti o qədər tərəqqi edəcəkdir ki, onlardan bəzilərinə işarə edək:
1. Elm və texnika inkişaf edəcəkdir.
2. İslam mədəniyyəti, Quran təlimləri və İslam maarifi inkişaf edəcəkdir.
3. Məscidlər tikiləcəkdir.
4. Mənəviyyat və əxlaq inkişaf edəcəkdir.
5. Məhkəmə işlərində təhlükəsizlik artacaqdır.
6. İqtisadi çiçəklənmək və ictimai rifah.
7. Abadlaşma olacaq, əkinçilik, heyvandarlıq inkişaf edəcək.
8. Gigiyena və müalicə inkişaf edəcək.
 
Həzrət Məhdinin (ə) hökumət müddəti çox müxtəlifdir: 7 il, 10 il, 19 il, 20 il, 30, 40 il, 309 il. Həzrətin (ə.f) ömrü onun şəhadəti ilə sona çatacaqdır. Ancaq Həzrətin (ə.f) şəhadəti və onun necə olacağı haqqındakı fikirlər müxtəlifdir. Bəzi hədislərə əsasən Həzrət (ə.f) vəfat edəndən sonra İmam Hüseyn (ə) geri qaydacaq və Həzrətə (ə.f) qüsl verib, onun cənazəsi üzərində namaz qılacaqdır.
İmam Sadiq (ə) buyurur: "(Həzrət (ə.f) vəfat edəndən sonra) Həzrət İmam Hüseyn (ə) onun qüslu, kəfənlənməsi və dəfni üçün nəzarətçi olacaqdır”.
Xülasə onu demək olar ki, İmam Zaman (ə.f) zühur edəndən sonra düşmənlərlə vuruşacaqdır. Ədalətli bir hökumət təşkil edəcəkdir. Bu hökumət də hər bir cəhətdən inkişaf edəcəkdir. (İslami saytlara istinadən)
 
/Deyerler.org/
Category: İmam Məhdi (ə.f) | Added by: Ənfal
Views: 1225 | Downloads: 0 | Comments: 2 | Rating: 3.0/2
Total comments: 1
0  
1 Ənfal   (2013-10-30 11:24 PM) [Daxil et]
Günahkar-Bəndə , problem deyil. Paylaşa bilərsiniz

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]