Cümə axşamı, 2024-04-25, 0:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Hüseyn (ə)

İmam Hüseynlə (ə) Həzrət Yəhyanın (ə) oxşarlıqları
2012-12-03, 8:21 AM
İmam Hüseynlə (ə) Həzrət Yəhyanın (ə) oxşarlıqları

İmam Səccad (ə) nəql edir: "İmam Hüseyn (ə) (Kərbəla yolunda) heç bir yerdə atdan düşmədi, məgər o yerdə ki, böyük peyğəmbər olan Yəhya ibni Zəkəriyyanı (ə) öldürmüşdülər. Bir gün onu yada salaraq buyurdu: "Allah yanında dünyanın alçaqlığı elə onunla kifayətdir ki, Yəhya ibni Zəkəriyyanın (ə) başını Bəni-İsrayilin zinakarına bağışladılar””.


İmam (ə) başqa bir hədisdə bu hadisəni belə nəql edir: "Bəni-İsrailin (ə) padşahının arvadı çox qocalmışdı. Qızını şaha ərə vermək istəyirdi. Padşah bu mövzunu Yəhya ilə məsləhətləşir. Yəhya onu bu işdən çəkindirir. Padşahın arvadı bunu eşidir və qızını bəzəyib, şahın yanına göndərir. Şah da onunla evlənmək istəyir. Ancaq qız bir şərt qoyur və deyir ki, bunun üçün mənə Yəhyanın başını gətirməlisən. Şah təəcüb edir və başqa bir şey istəməyini xahiş edir. Ancaq qız deyir ki, istədiyim şey ancaq budur. Ona görə də şah onu öldürməyi qərara alır. Həzrəti öldürtdürür və başını qızıl təştə qoyur. Qızın yanına göndərir və az keçmir ki, torpaq qızı udur.

O yerdə ki, Yəhyanın başını basdırıblar, oradan qan axmağa başlayır. O zamana qədər ki, Bəni-İsrayildən çox zalımlar öldürürlər. Bu zaman qan dayanır”.

İmam (ə) sonda oğlu İmam Səccada (ə) buyurur: "Oğlum, Əli! Allaha and olsun ki, mənim də qanım aram olmayacaqdır o zamana qədər ki, Allah (övladım) Məhdini (ə) məbus edəcəkdir. O, kafir və fasiqlərdən 70 min nəfəri qətl edəcəkdir”.

İmamın (ə) Kərbəla yolunda söylədikləri çox dərin mənalı kəlamlar idi. İmamın (ə) Həzrət Yəhya (ə) haqqında danışmağı zalım və havapərəst şahların təqva və pak həyatla yaşayıb, onunla mübarizə aparanları şəhid etməsinə bir işarə idi. Pak başını napaklara hədiyyə etməsinə işarə edir.

Bu hədis onu göstərir ki, İmam (ə) şəhadətini ən xırda incəliklərinə qədər bilirdi. Onlar üçün danışaraq bu cəngavər və fədakar igidləri şəhadətə hazırlayırdı.

İmam Hüseyn (ə) bu hədisin sonunda bir cümlə işlədir: "Allaha and olsun ki, mənim də qanım aram olmayacaqdır o zamana qədər ki, Allah (övladım) Məhdini (ə) məbus edəcəkdir”. Bu cümlə hər il keçirilən Aşura müsibətinə işarədir. Bu həmin şeydir ki, hər il gözümüzlə görürük.



Tebyan


Category: İmam Hüseyn (ə) | Added by: Ənfal
Views: 860 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/3
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]