İmam Hüseynin (ə) qiyamında və Həzrət Məhdinin (ə.f) zühurunda oxşar cəhətlər - İmam Hüseyn (ə) - Əhli-Bəyt - İslamda nələr var? - gunahkar-bende
Bazar günü, 2016-12-11, 9:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Hüseyn (ə)

İmam Hüseynin (ə) qiyamında və Həzrət Məhdinin (ə.f) zühurunda oxşar cəhətlər
2013-11-13, 6:35 AM
İmam Hüseynin (ə) qiyamında və Həzrət Məhdinin (ə.f) zühurunda oxşar cəhətlər

İmam Zaman ağanı (ə.f) İmam Hüseynə (ə) çox bənzədirlər. Əhli-beyt (ə) davamçıları elə bir Aşuranın və Kərbəlanın intizarındadır ki, İmam Zaman ağa (ə.f) ilə bir yerdə gələcəkdir. (Tebyan)
İmam Hüseynin (ə) zamanı - qəflət zamanı idi. Həzrət Peyğəmbərin (s) sünnətini tərk etmiş və yezid lənətlik kimi bir məlun müsəlmanlara hökumət edərdi. İslam dini ancaq o halda qala bilərdi ki, İmam (ə) və tərəfdaşları şəhid olaraq, həyatları ilə bu İlahi təlimi xilas edərdilər.
Həzrət Məhdi (ə.f) qiyam edən zaman da insanlar cahiliyyət dövründə olacaqlar. Quran maarifini və dini unutmuş olacaqlar. Ona görə də İmam Hüseyn (ə) ilə İmam Zamanın (ə.f) dövrü fikri, ictimai fəsad, dinsizlik baxımından bir-birinə bənzəyir.
İmam Hüseyn (ə) Kərbəla yolunda belə bir qısa xütbə demişdir: "Həqiqətən bu dünya dəyişmiş və tanış olmayan hala düşmüşdür. Xeyir ondan üz döndərmiş, çox az bir ölçüdə, qabın dibində olan qədər qalmışdır. Alçaq dünya çıraqgah kimidir. Məgər görmürsünüzmü ki, heç kim haqqa uyğun rəftar etmir?! Batildən əl çəkmir ki, haqlı olan mömin Allahla görüşməyin müştağı olsun? Mən ölümü səadətdən başqa bir şey bilmirəm. Zülmkarla olan həyatı möhnətdən başqa bir şey bilmirəm. İnsanlar dünyanın qullarıdır. Din elə bir minadır ki, həyat qaydasında olduğu zamana qədər dilin ətrafına sararlar və imtahan zamanı gəlib çatan zaman dindarlıq az olsun”.
İmam Əli (ə) zühur zamanı haqqında belə buyurur: "O zaman ki, Həzrət Məhdi (ə) qiyam edər, nəfsani istəklər səma hidayətinə tərəf qayıdarlar. Bu, o zamandır ki, insanlar dindarlığı öz havayi-nəfslərinə tabe edərlər. Bu, o zamandır ki, Quranı öz rəylərinə tabe edərlər. Ona görə də adilcəsinə yolu sizə nümayiş etdirər, kitab və sünnətdən ölənləri dirçəldər”.
Fəzil ibni Yəsar İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: "Bizim Qaim (ə) o zaman qiyam edəcəkdir ki, nadan insanlarla qarşılaşacaqdır. Axmaqlıqda Peyğəmbərin (s) cahiliyyət dövründəki cahillərdən də pisdirlər. O zaman ki, Peyğəmbər (s) məbus oldu, insanlar daşlardan, çubuqlardan düzəldilmiş bütlərə siyatiş edərdilər. O zaman ki, Qaim (ə) qiyam edər, bütün insanlar Allahın Kitabını öz meyllərinə uyğun təfsir edər və ona uyğun mübahisə edərlər”.
İmam Hüseynin (ə) özünə yardımçı istəməsi tarixdə məşhurdur. Həzrət Məhdi (ə.f) də qiyam edən zaman özünə yardımçı istəyəcəkdir. İmam Sadiqdən (ə) nəql edilir ki, buyurub: "O zaman ki, İmam Hüseyn (ə) Ömər Sədlə üzləşir və döyüş atəşi şölələnir, Allah qeybi yardımı İmam Hüseynin (ə) başının üzərinə nazil edir. Belə ki, qanadlarını İmam Hüseynin (ə) başının üzərinə salmışdılar. Sonra həmin yardımçılar İmam Hüseyni (ə) iki şeyin arasında: düşmənə qalib gəlmək və Allaha qovuşmaq arasında ixtiyar sahibi edirlər. İmam Hüseyn (ə) Allaha qovuşmağı seçir. O, bu zaman fəryad çəkir və buyurur: "Elə bir fəryadıma çatan yoxdurmu ki, Allahı razı salmaq üçün bizim fəryadımıza çatsın? Elə bir müdafiəçi yoxdurmu ki, Peyğəmbərin (s) hərəmini müdafiə etsin?””.
Həzrət Məhdi (ə.f) də zühur edən gün Allah evinə söykənəcək və Ona pənah apararaq deyəcəkdir: "Ey insanlar! Biz Allahdan və bizim dəvətimizi qəbul edən hər kəsdən yardım istəyirik. Mən, Peyğəmbəriniz Muhəmmədin (s) ailəsindənəm. Biz hər kəsdən daha çox Allaha və Muhəmmədə (s) yaxınıq. Mən hər kəsdən daha çox Peyğəmbər (s) sünnəti ilə tanışam. Sizi Allaha and verirəm ki, hər kim mənim sözümü eşitdi, hazır olan qayib olanlara çatdırsın ki, mən sizi Allaha, Peyğəmbərə (s) və özümə ki, Peyğəmbərin (s) nəslindənəm and verirəm ki, bizə yardım edəsiniz. Zalımları bizdən uzaqlaşdırasınız. Çünki biz (Ali-Muhəmmədi (s)) qorxutmuş və bizə zülm etmişdilər. Biz və övladlarımızı evlərimizdən avara etmişdilər. Batil əhli bizi dəhşətə salmışdı. Ona görə də Allahı yada salın və bizə əziyyət verməyin. Hətta yardım edin ki, Allah da sizə yardım etsin”.
İmam Zaman ağa (ə.f) qeyb zamanı belə buyurmuşdur: "Biz sizə rəhbərlik etməkdə səhlənkarlıq etməmişik. Sizi heç bir zaman yaddan çıxartmırıq. Əgər bundan qeyrisi olsaydı, müsibətlər və çətinliklər sizə nazil olar və düşmənlər sizin kökünüzü kəsərdilər. Təqvalı olun və bizə sizə nicat vermək üçün yardım edin”.
İmam Hüseyn (ə) karvanına elə insanlar qoşulmuşdular ki, onlara ümid etməli deyildi. Zuheyr və Hürr kimiləri isə ki, biri Siffeyndə İmam Əliyə (ə) qarşı qılınc çəkmişdi, o birisi isə Ömər ordusunun komandiri idi, İmamı (ə) sonradan dərk etmiş və ona yardım etmişdilər. Bəziləri isə İmama (ə) yardım etməkdən qorxub, bu işdən əl çəkmişdilər. Ya da yarı yolda İmamlarını (ə) tək buraxmış və getmişdilər. Ya da döyüş meydanından qaçmışdılar.
İmam Zaman ağanın (ə.f) qiyamı haqqında İmam Sadiq (ə) buyurur: "O zaman ki, Qaim (ə.f) qiyam edər, onun əmrindən elə kəslər çıxacaqlar ki, həmişə onun tərəfdaşlarından olduğu nəzərə çarpardı”.
İmam Baqir (ə) Əhli-beyt (ə) davamçılarının imtahanı haqqında belə buyurur: "Ey Əhli-beyt (ə) davamçıları! Siz gözə çəkilən sürmə kimi xalis olursunuz. O kəs ki, gözünə sürmə çəkər, bilir ki, sürmə nə zaman gözə daxil olar. Ancaq nə zaman çıxacağını bilmir. Siz də (bir gün gələcəkdir ki) sizlərdən bir nəfərini səhər çağı haqq dini yolunda görəcəkdir, axşam çağı isə dindən çıxmış olacaq. Gecə vaxtı haqq dini yolunda olar, səhər çağı isə dindən çıxmış olacaq”.
Allah Təala İmamın (ə.f) zühurunu tezləşdirsin və bizləri də Həzrətin (ə.f) qılıncı altında vuruşub, onun dininə layiq olanlardan qərar versin.
 
/Deyerler.org/
Category: İmam Hüseyn (ə) | Added by: Ənfal
Views: 541 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]