"Əbu Həmzə" duasında Səkkiz şükür
Əbu Həmzə Somali İmam Səccad ələyhis-salamdan nəql edir ki, o həzrət ramazan ayının hər gecəsi bu duanı oxuyardı:
"Şükür O Allaha layiqdir ki, çağıranda mənə cavab verir; baxmayaraq ki, O, məni çağıranda mən süstlük göstərirəm. Şükür O Allaha layiqdir ki, Ondan hər nə istəsəm mənə verir; baxmayaraq ki, O məndən istəyəndə paxıllıq edirəm. Şükür
O Allaha layiqdir ki, hər zaman istəsəm Onu çağıra bilərəm; hər vaxt
onunla xəlvətdə qalmaq fikrindən olsam, heç bir vasitə olmadan bunu əldə
edirəm və O, həmişə mənim istəklərimi yerinə yetirəndir. Şükür O Allaha layiqdir ki, Ondan başqasını çağırmıram və əgər çağırsam da cavab eşitmirəm. Şükür O Allaha layiqdir ki, Ondan başqasına ürək bağlamıram və əgər bağlasam da qəlbimi sındırar, məni arxasız qoyar. Şükür
O Allaha layiqdir ki, Ona söykənirəm və O da məni əzizləyir və nəvaziş
əlini başıma çəkir. Ondan başqasına arxalansam məni xar edir, yalqız
qoyur. Şükür O Allaha layiqdir ki, mənə ehtiyacı yoxdur amma mənimlə dostluq edir, mənə məhəbbət göstərir. Şükür
O Allaha layiqdir ki, mənimlə elə davranır ki, sanki mən heç bir günah
etməmişəm. Elə mənə nəzər edir ki, sanki heç vaxt məndən xəta baş
verməyib. Mənimlə elə rəftar edir ki, sanki heç bir vaxt sapmamışam (günaha sürüşməmişəm); Bu Allah, bu Allah mənim Allahımdır! Həqiqəqət sitayiş olunasıdır! Həqiqətən sevilməlidir və həqiqətən səcdə etməli !!! "
Duanın ərəbcə mətni:
اَلْحَمْدُ للهِِ الَّذي اَدْعوُهُ
فَيجيبُني وَ اِنْ كُنْتُ بَطيـئاً حينَ يدْعوُني؛ وَالْحَمْدُ للهِِ
الَّذي اَسْئَلُهُ فَيعْطيني وَاِنْ كُنْتُ بَخيلاً حينَ يسْتَقْرِضُني؛ وَالْحَمْدُ
للهِِ الَّذي اُناديهِ كُلَّما شِئْتُ لِحاجَتي وَاَخْلوُ بِهِ حَيثُ
شِئْتُ؛لِسِرِّي بِغَيرِ شَفيـع فَيقْضي لي حاجَتي اَلْحَمْدُللهِِ الَّذي
لا اَدْعُو غَيرَهُ؛وَلَوْ دَعَوْتُ غَيرَهُ لَمْ يسْتَجِبْ لي دُعآئي
وَالْحَمْدُ للهِِ الَّذي لا اَرْجُو؛غَيرَهُ وَلَوْ رَجَوْتُ غَيرَهُ
لاََخْلَفَ رَجآئي وَالْحَمْدُ للهِِ الَّذي وَكَلَني؛اِلَيهِ فَاَكْرَمَني
وَلَمْ يكِلْني اِلَي النّاسِ فَيهينُوني وَالْحَمْدُ للهِِ
الَّذي؛تَحَبَّبَ اِلَي وَهُوَ غَنِي عَنّي وَالْحَمْدُ للهِِ الَّذي
يحْلُمُ عَنّي حَتّي كَاَ نّي لا ذَنْبَ لي فَرَبّي اَحْمَدُ شَيء عِنْدي
وَاَحَقُّ بِحَمْدي
sibtayn.com
|