Cümə axşamı, 2024-04-25, 2:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dualar » Dua ibadətin məğzi və ruhudur

“Cövşən-Kəbir” duasının tarixçəsi
2013-07-26, 0:43 AM

"Cövşən-Kəbir” duasının tarixçəsi


 

İmam Səccad (ə) Peyğəmbərdən (s) nəql edir ki, Cövşən-Kəbir duasını Cəbrayil (ə) müharibələrdən birində nazil etmişdir. Həzrətin (s) əynində ağır zireh var idi və onun ağırlığı mübarək bədəninə əziyyət verirdi.

 

Cəbrayil (ə) nazil olur və buyurur: "Ya Muhəmməd! Pərvərdigarın sənə salam söyləyir və buyurur: "Bu cuşəni /cövşəni/ (zirehi) əynindən çıxart və bu duanı oxu ki, sənin və ümmətinin təhlükəsizliyinə səbəb olar”.

 

Cəbaryil (ə) bu duanın fəziləti haqqında çox söz deyir. Hər kim onu kəfəninin üzərinə yazdırarsa, Allah Təala, ona ehtiram olsun deyə, həmin şəxsi atəşə atmaz. Hər kim Ramazan ayının əvvəlində onu xalis niyyət və pak qəlblə oxuyarsa, Allah bəhrələnməyi onun ruzisi qərar verər. Onun üçün 70 min mələk xəql edər ki, Allahı təsbih etsinlər və savabını isə onun üçün qərar versinlər.

 

Hər kim bu duanı Ramazan ayında üç dəfə oxuyarsa, Allah onun bədənini cəhənnəm atəşinə haram edər. Behişti ona vacib buyurar. İki mələk ona hakim edər ki, onu günahlardan qorusun. Həyatı boyu Allahın amanında olsun.

 

İmam Hüseyn (ə) buyurur: "Atam Əli ibni Əbitalib (ə) bu duanı hifz etməyi vəsiyyət etmişdir”. Həmçinin bunu ki, onu kəfəninin üzərinə yazsınlar. Əhlinə təlim versinlər. Onları bu duanı oxumağa həvəsləndirsinlər. Bu duada Allahın minə yaxın adı çəkilir. Orada Allahın böyük adları vardır.

 

Ramazan ayında bu duanı oxumağa çalışaq və onun bərəkətindən bəhrələnək.

 

 

(Tebyan/deyerler)

Category: Dua ibadətin məğzi və ruhudur | Added by: Ənfal
Views: 1181 | Downloads: 0 | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]