Ulul-əzm nə deməkdir? Onlar kimlərdir? - Sual-cavab - Digər məlumatlar - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Ulul-əzm nə deməkdir? Onlar kimlərdir?
2013-11-12, 7:34 AM
Ulul-əzm nə deməkdir? Onlar kimlərdir?

 Əndişeyi-Qum saytına istinadən, İmam Rza (ə) buyurur: "Ulul-əzm ona görə belə adlanır ki, onların dini olmuşdur”. Bəli, Nuh peyğəmbərdən (ə) sonra məbus olan peyğəmbərlər onun şəriətinə və kitabına tabe olmuşdular. O zaman ki, Həzrət İbrahim (ə) məbus olur, ondan sonra gələn peyğəmbərlər onun dininə və kitabına tabe oldular. O zamana qədər ki, Həzrət Musa (ə) məbus oldu. Həzrət Musadan (ə) sonra isə Həzrət İsa (ə) məbus oldu. Həzrət İsadan (ə) sonra isə İslam Peyğəmbəri (s).
Bu beş peyğəmbər - ulul-əzm peyğəmbərlərdir. Zamanələrinin ən yaxşı risalətinə və şəriətinə malik olmuşdular. Sonuncu peyğəmbər isə Həzrət Muhəmməddir (s). Ondan sonra peyğəmbər gəlməyəcəkdir. Beləliklə, deyə bilərik ki, ulul-əzm peyğəmbərlər beş nəfər idilər və onların kitabı və şəriəti olmuşdur.
Əllamə Təbatəbainin etiqadına görə bu beş nəfər ulul-əzm peyğəmbərin hər birinin risaləti olmuşdur. Onların dəvəti xüsusi məhdud qrupa şamil edilmirdi. Başqa peyğəmbərlər isə ancaq müəyyən qrup üçün məbus olmuşdular.
Belə bir sual yarana bilər ki, əgər ulul-əzm peyğəmbərlərin kitabı vardırsa, bəs niyə Həzrət Davud (ə) bu beş peyğəmbərlərdən biri deyildir? Cavabında demək olar ki, "Şura” surəsinin 13-cü ayəsində bəyan edildiyi kimi, ulul-əzm peyğəmbərlərin şəriəti vardır. Bəs şəriət nədir? Şəriət -  peyğəmbərlərin zamanında meyarlar əsasında nazil olurdu. Ola bilsin ki, bir dində olan əhkam və qanunlar bir kitab və ya dində o biri dindən daha geniş olsun. Bəzi cəmiyyətlərdə həyat çox sadə olmuşdur. İnsanlar arasında qarışıq rabitələr mövcud olmamışdır.
Təbiidir ki, bu cür cəmiyyətin bəzi xüsusi qanunlara ehtiyacı yoxdur. Bu cür əhkamlarin bəyan edilməsi ləğv olunmuşdur. Ancaq o cəmiyyətlərdəki ictimai rabitələr daha qarışıq və sıxdır, bu cəmiyyət üçün xüsusi əhkamlara ehtiyac vardır. Ona görə tarix boyu görürük ki, bəzi əhkamlar Həzrət Musanın (ə) ümmətinə haram olduğu halda, Həzrət İsanın (ə) ümmətinə halal olmuşdur. Ona görə də şəriət dedikdə, o əhkamların toplusu nəzərdə tutulur ki, ümmətinin imkanlarına görə şərh edilir.
Ola bilsin ki, hər bir ümmətdə müxtəlif əhkamlar olsun.
Bəs şəriətin din ilə fərqi vardırmı?
Cavabında deyə bilərik ki, nübuvvətin mahiyyəti ki, din adlandırlır, yəni, Allaha pərəstiş etmək və Ona itaət etməkdir. Bütün səma dinlərinin əsasını bu təşkil edir. Yəni, Allah qarşısında təslim olmaqdır. Başqa sözlə desək, bütün dinlər əslində bir dindir və o, İslamdır.
 
(İslami saytlara istinadən/Deyerler.org)
Category: Sual-cavab | Added by: Ənfal
Views: 357 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]