Cümə axşamı, 2024-03-28, 6:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Müaviyyənin (lən) hiyləsi necə ifşa edildi
2013-07-29, 7:09 PM

Müaviyyənin (lən) hiyləsi necə ifşa edildi

 

Müaviyyə (lən) ona etiraz edən insanların qarşısına çıxır və deyir: "İnsanlar! Məgər siz Allah kitabının haqlı olduğunu qəbul etmirsinizmi? Dedilər: "Bəli, qəbul edirik”. "Onda bu ayəni oxuyun: "(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik”. ("Hicr” 21).

 

Müaviyyə deyir: "Məgər sizin bu ayəyə imanınız yoxdurmu? Məgər onun haqq olduğunu qəbul etmirsinizmi?” Dedilər: "Bəli, qəbul edirik”. Deyir: "Bəs niyə mənim mal-dövlətimə etiraz edir və məni danlayırsınız?!”.

Müaviyyə bu yolla onu demək istəyir ki, Allah sizə bu qədər verib, mənə isə bu qədər. Siz müsəlmansınız və Quranı qəbul edirsiniz. Bəs niyə mənim dövlətimə etiraz edirsiniz? Öz yoxsulluğunuzdan şikayət edirsiniz?

Müaviyyənin bu hiyləsindən sonra hamı susdu. O, öz qələbəsindən məst olmuşdu ki, birdən Əhnəf adlı bir mömin ayağa qalxır və deyir: "Müaviyyə! Biz ayəni qəbul edirik. Ona heç bir sözümüz yoxdur. Bizim səninlə davamız İlahi xəzinəyə görə deyil ki? Bizim səninlə davamız o ərzağa görədir ki, Allah qeyb xəzinəsindən bizim üçün nazil etmişdir. Sən isə zalımcasına onu qəsb etmiş və anbarlarında saxlamısan”.

Müaviyyə Əhnəfin bu məntiqli sözləri qarşısında heç bir şey deyə bilmir və susur.

 

(Tebyan/deyerler)

Category: Sual-cavab | Added by: Ənfal
Views: 863 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]