Kimlər Qiyamət günü kor məhşur olacaq? - Sual-cavab - Digər məlumatlar - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 11:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Kimlər Qiyamət günü kor məhşur olacaq?
2013-08-02, 4:43 AM

Kimlər Qiyamət günü kor məhşur olacaq?

  

 

  "Əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq”. ("İsra” 8). Allah bu ayəsi ilə pis əməl sahibi olub və sonra tövbə edənləri bir növ hədələyir. Onlara xəbərdarlıq edir ki, əgər etdiyiniz tövbədən sonra yenidən fəsada və günaha qayıtsanız, Biz də rəhmət və məğfirətdən əl çəkəcək, cəza verməyə qayıdacağıq.

Allah həqiqətdə buyurur ki, əgər Mənə tərəf qayıtsanız, lütf və rəhmətimi sizin üzünüzə açacağam. Əgər fəsada qayıtsanız, sizi yenə də şiddətli cəzaya məhkum edəcəyəm.

"Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik”. ("İsra” 15).

 

Allah Təala bu ayədə üç qanuna işarə edir:

Birinci qanun: Hər kim hidayət qəbul edər, öz xeyrinə iş görmüş olar.

İkinci qanun: Heç kim başqasının günah yükünü çiyninə götürməz. Məgər o halda ki, başqası ilə etdiyi cinayətdə şərik olsun. Bu zaman öz payına düşən cəzanı çəkər.

Üçüncü qanun: Allah Təala rəsul göndərməmiş heç bir qəbiləni və ya milləti cəzandırmaz.

Rəsullar iki cür olur: batini və zahiri. Ağıl Allahın bizə verdiyi batini rəsuldlr və bizi düz yola hidayət edər. Peyğəmbərlər (ə), İmamlar (ə), din alimləri isə zahiri rəsullardır.

"(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. ("İsra” 72).

O kəslər ki, bu dünyada gözlərini İlahi ayələrə yumublar, Allahın əzəmətini görməməzliyə vurublar, Allahla rabitələrini inkar ediblər, yeri və göyü təbiət adlandırıblar, xilqət deyil, Allahın yaratdıqlarında Onun rolunun olmamasını bildiriblər - bunlar o kəslərdir ki, Qiyamət günü kor məhşur olacaqlar. Bu insanlar özlərini İlahi ayələrdən məhrum etdikləri üçün Qiyamət günü də İlahi rəhməti görməkdən məhrum olarlar. O kəslər ki, bu dünyada səadət və hidayət yolunu getmirlər, Qiyamət günü də behişt yolunu görməyəcəklər.

Beləliklə deyə bilərik ki, əgər bu dünyada hidayət yolunu seçmişiksə, deməli öz xeyrimizə iş görmüşük. Çünki bu yolu seçərək, səadət yolunda irəliləmiş olarıq. Əgər pis əməllərimizə görə tövbə edib, yenidən həmin fəsada qayıdırıqsa, Allah rəhmət qapılarını yenidən üzümüzə bağlayar. Əgər bu dünyada olan zaman İlahi ayələri inkar edər və Allahı Xaliq kimi qəbul etməriksə, Qiyamət günü kor halda məhşur olar və İlahi rəhməti görməkdən məhrum olarıq. Yəni, insan hər nə edərsə, özünə edər. Əgər hidayət yolunu seçərsə, özünə xeyir etmiş olar, əgər inkar yolunu seçərsə, İlahi rəhmətdən məhrum olar və Allahın qəzəbləndiyi kəslərdən olar. İnkar etmək üçün heç bir dəlilimiz olmaz. Çünki Allah bizlərə həm batini və həm də zahiri rəsullar göndərərək, hidayət yolunu dəqiqliklə nişan vermişdir.

 

(Tebyan/ deyerler)

Category: Sual-cavab | Added by: Ənfal
Views: 301 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0   Spam
1 Bextiyar21   (2015-01-20 0:38 AM)
Allah razi olsun Amin!

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]