Cümə axşamı, 2024-04-25, 11:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

İnsanın yaradılışından əvvəl cinlərin peyğəmbəri olubmu?
2013-08-06, 5:02 PM
İnsanın yaradılışından əvvəl cinlərin peyğəmbəri olubmu?

Cinlər üçün iki bəşər zamanı mövcuddur. Biri insanın yaradılışından əvvəl və o biri isə xilqətdən sonrakı zamandır.
İnsan xilqətindən sonrakı zamana nəzərə salsaq görərik ki, Quran ayələri həm insanı və həm də cinləri mükəlləf hesab etmiş və hər ikisinin də İlahi vacibatlara əməl etməli olduğunu buyurmuşdur. Onlar da insanlar kimi ya ibadət əhli olurlar, ya da kafir. Cinlər də insanların peyğəmbərinə iman gətirib, onların əmrlərinə itaət etmişdilər.
Ancaq insanın xilqətindən əvvəlki zamana nəzər salsaq görərik ki, cinlər mövcud idilər. Bəs o zaman onların peyğəmbərləri vardırmı?
Bu sualın cavabında demək olar ki, Quran insan və cini təkamülə çatmaq üçün xəlq etmişdir. Buyurur: "Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. ("Zariyat” 56).
Təkamülə çatmaq üçün isə həqiqi bəndə olmaq lazımdır. Ona görə də cinlər də mükəlləf bir varlıqlardır və onlar da Allaha ibadət etməli və təkamül yolunu keçməlidirlər. "Belələri onlardan qabaq (olub) keçmiş insan və cin tayfaları arasında barələrində Allahın sözü (kafirlərin cəhənnəmlik olmaları haqqındakı vədi) qətiləşmiş kəslərdir. Onlar doğrudan da ziyana uğramışdılar”. ("Əhqaf” 18).
Əgər Allah cinləri mükəlif edibsə, təkamül yolunu da onlara göstərmiş olmalıdır. Bu yolu da onkala peyğəmbərlər göstərər. Əgər bu risalət olmazsa, mükəlləf olmaq caiz deyildir.
 
Allah adil və həkimdir. Ona görə də heç bir zaman mənfi iş görməz. "Mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!”. ("Səcdə” 13).
"...Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam» kəlməsi (əzəldən) qəti və tamam olmuşdur”. ("Hud” 119).
Adil Allah peyğəmbər göndərməmiş necə əzab verə bilər ki? "Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik”. ("İsra” 15).
 
Bu ayələrdən görmək olur ki, cinlərin xilqətdən əvvəl də peyğəmbərləri olmuşdur. Şamlı bir kişi İmam Əlidən (ə) soruşur: "Allah cinlərə peyğəmbərlər göndəribmi?”, İmam (ə) buyurur: "Bəli, Allah Yusif adında bir peyğəmbəri onları hidayət etmək üçün göndərmişdi. Ancaq onlar bu peyğəmbəri şəhid etdilər”.
 
Bu hədisdən aydın görmək olur ki, cinlərin özünəməxsus peyğəmbələri olmuşdur. Həzrət Musa (ə) və İslam Peyğəmbərinin (s) zamanına qədər. Bu iki peyğəmbər istisna təşkil etmişdir. Həm insanlar və həm də cinlər onları peyğəmbər kimi qəbul etmişdilər.
Beləliklə deyə bilərik ki, cinlərin həm xilqətdən əvvəl və həm də sonra peyğəmbərləri olmuşdur. Ancaq bu məsələnin incəlikləri bizə məlum deyildir.
 
(Tebyan/ Deyerler.org)



Category: Sual-cavab | Added by: Ənfal
Views: 876 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]