Cümə günü, 2024-03-29, 4:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

İmam Hüseynin (ə) Kərbəlada etdiyi təsiredici dualar
2012-11-25, 7:23 AM
İmam Hüseynin (ə) Kərbəlada etdiyi təsiredici dualar

(Tebyan saytına istinadən)


İnsanların çoxu bilir ki, İmam Hüseyn (ə) Allah yolunda cihad edən şücaət, fədakarlıq nümunəsidir. Bu yolda nəinki öz can və malından keçmiş, bəlkə öz ailəsini də qurbangaha gətirmişdi. Ancaq bu mövzuda az diqqət edilən məsələ - uca mənəviyyat və ibadət ruhu idi. İmam Hüseyn (ə) nəinki şəhidlər sərvəridir, o Həzrət (ə) - ürfan nümunəsi, kamil insanın təcəllisidir. İmamın (ə) Kərbəlanın dəhşətli səhnələrində etdiyi dualar, İmam (ə) və səhabələrinin mənəvi kamilliyindən xəbər verir.

İmam Hüseynin (ə) kəlamlarından Həzrət Haqq xofu aydın görünür. Seyyid ibni Tavus İmamın (ə) etdiyi duaları bizə çatdırır: "İlahi! Səndən hidayət olanların tofiqini, təqva əhlinin əməlini, tövbə edənlərin xalisliyini, səbir edənlərin ciddi ahəngini, qorxanların çəkinməsini, alimlərin axtarışını, dindarların zinətini, nalə edənlərin qorxusunu istəyirəm ki, ey Allahım, Səndən qorxam. Elə bir qorxu ki, Sənin itaətsizliyindən məni saxlasın ki, Sənə itaət edəm. O qədər kəramətinə layiq olum ki, Sənə qayıdım (tövbə edim). Tövbənin xalisliyinə görə Sənin üçün zülal olam. Bütün işlərimdə Sənə təvəkkül edəm. Nə qədər paksan, ey Xaliqi Nur! Bəli, böyük Allah pakdır və Ona pərəstiş edirəm”.

Bu sözlər elə bir şəxsin dilindən tökülmüşdür ki, behişt cavanlarının sərvəri idi. Bu, o insan idi ki, Həzrət Peyğəmbər (s) onu görəndə sevinirdi. İmam Hüseyn (ə) Haqqın hüzurunu anbaan həyatında hiss edirdi. Allah Təaladan bu gözəl halın davam etməsini istəyirdi.

Aşura günü - imtahan günüdür. Bu, elə bir gündür ki, hər bir pak qəlbli insan onu yada salaraq, haqq yolunu tanıyar. Ancaq qafil insanlar daha çox qəflət yuxusuna gedərlər. İmam Hüseyn (ə) heç br vahimə hiss etmədən Kərbəla səhrasına qədəm basır. Heç bir qorxu olmadan düşmən qarşısında dayanmağa çalışır. Bu hadisənin hər anı - bir dərsdir. Bu, qurban verib, qurban olmaq dərsidir.

Bu hadisənin pik nöqtəsi Aşura günü oldu. Bu gün ibadət ruhu İmamın (ə) qoşununda dalğalanırdı. Hər kəs öz xeyməsində dua edirdi. Allahdan İmamlarının (ə) canını hifz etməsini və cihadda mətanət göstərməyi istəyirdilər. Allah zümzüməsi səhraını bürümüşdü. Heç bir canlı Allahla görüşə tələsən bu səbirsiz ruhları bu dualardan ayırmağa cürət etmirdi. İmam Hüseyn (ə) dan yeri ağaranda tərəfdaşları ilə namaz qıldı, sonra üzünü onlara tərəf çevirdi və buyurdu: "Allah sizə (şəhid) olmağa icazə verdi. Səbirli və mətanətli olun!”.

O zaman ki, düşmən ordusu İmamla (ə) vuruşmaq üçün üz-üzə gəldi, İmam (ə) Allaha dua edərək, buyurdu: "Allahım! Hər bir qəmdə mənim söykənəcəyim Varlıqsan. Hər bir çətinlikdə mənim ümidimsən. Mənə üz verən hər bir xoşagəlməz hadisədə pənah yerim və xəzinəmsən. Sən hər bir nemət verən, hər bir yaxşılıq sahibi və hər bir istəyənin ali məqsədisən”.

Aşura hadisəsi eşidənləri çox qəmgin və iztirablı edir. Əslində İmam (ə) olacaqladan xəbərdar idi. Tərəfdaşlarının şəhid olacağını, Ali-Muhəmməd (ə) nəslinə hörmətsizlik ediləcəyini, uşaqların susuz olacağını, ailəsinin əsir düşəcəyini qabaqcadan bilirdi və bu İmamın (ə) qəlbini çox incidirdi. Qeyb pərdəsi İmamın (ə) üzünə açıq idi və öz iradəsi ilə bu səhraya qədəm basırdı. O, bu çətin anlarda ancaq bir şey istəyirdi, o da Allahı yada salmaq və Onunla bir yerdə olmaq idi. İmam (ə) etdiyi dualarla nəinki tərəfdaşlarına, hətta bütün bəşərə öyrətdi ki, Allahdan baqşasına təvəkkül etmək lazım deyildir, Onun yolundan başqasını getmək lazım deyildir.

İmam Hüseynin (ə) və tərəfdaşlarının ruhu o qədər uca idi ki, döyüşən zaman da Allahı unutmurdular. Namaz qılmaq üçün düşməndən imkan istəyirdilər. Düşmən ilk əvvəl onlara imkan vermədi, o zaman ki, İmam Hüseynin (ə) azan səsi Kərbəlanı bürüyür, Ömər Sədə üz çevirib, buyurdu: "Vay olsun sənə, ey Ömər ibni Səd! Məgər İslam dinini yaddan çıxartmısan? Niyə döyüşdən əl çəkmirsən ki, namaz qılaq?! Sonra yenidən döyüşə qayıdarıq”.

Hədislərdə deyilir ki, İmam (ə), Zəhir ibni Qeynə və Səyid ibni Abdullaha əmr edir ki, qarbağa gəlsinlər ki, zöhr namazını qıla bilsinlər. İmam (ə) və səhabələri namazı xof namazı kimi qıldılar.

Bəli,İmam Hüseyn (ə) Allah Rəsulunun (s) dinini dirçəltmək üçün qiyam etdi. Namaz - İslam dininin sütunudur. O, hər bir fürsətdən İslamı və onun əhkamını xatırlatmaq üçün istifadə edirdi. Ancaq çox təəsüf ki, düşmən qəlbi bu haqq sözləri eşitmir, heç bir düzgün əməl etmirdi.

İmam Hüseyn (ə) igidlər üçün örnək, ibadət əhli üçün nümunə idi. Onun etdiyi dualar Haqqı tanımağın ən gözəl yolu və Allaha necə dua etməyimizin ən yaxşı dərsi idi. Ərəfə duası, Əşərat və Həzrətin (ə) vuruşan zaman etdiyi dualar bizim üçün ən gözəl yadigardır. Onların vasitəsilə düzgün yaşamağın yollarını və necə bəndəlik etmək və Haqqa tərəf necə addımlamağımızı öyrənirik. Allah həyatımızı Hüseyni etsin!



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org /
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 1022 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 Menise   (2012-12-10 7:43 PM) [Daxil et]
Selam Alekum Ahli Beytden ve onun taraftarlarindan Allahu Teala razi olsun.Ben Hanefiyim ama mezhebimi deyimeyi cok istiyorum iinsallah hakk yolu bulurum meeting

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]