Çərşənbə axşamı, 2024-04-23, 8:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Halal və haram dostluqlar
2012-10-30, 9:21 AM

Halal və haram dostluqlar


 İslam təliminin nəzərinə görə müsəlmanları bir-birinə bağlayan rabitələr canlı sayılar. Həmrəylik səfa və rifah gətirər. Allah bu cür rabitələrin möhkəmlənməsini istəyir. Əzəmətli kitabı olan Quranda bunun yollarını göstərir. Allah bəzi dostluqları vacib və bəzilərini isə haram buyurmuşdur.

"Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm». Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir”. ("Şura” 23).

Allah bu ayədə Peyğəmbərin (s) risalətini nəzərdə tutur. Bu ayə möminləri Həzrətin (s) itrəti ilə dostluq etməyə dəvət edir. Allahın Rəsulu (s) buyurur: "İslamın əsası və bünövrəsini mənimlə və mənim Əhli-beytinmlə (ə) dostluq təşkil edir”. İmam Sadiq (ə) buyurur: "Allah Təala bizim vilayətimizi vacib buyurmuşdur və bizi sevməyi əmr etmişdir”.

Allah bu dünyada bəzi dostluqları vacib və müstəhəb bildiyi kimi, bəzi dostluqları haram buyurmuşdur. Möminləri o cür əlaqələrdən uzaq olmağa çağırmışdır. Bu insanlara görə müsəlmanları şiddətlə xəbərdarlıq etmişdir. Bu insanlar ibarətdir:

1. Allahın düşmənləri. "Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür”. ("Ali-İmran” 118). Bu ayənin təfsirində müsəlmanlarla kafirlərin münasibəti bəyan edilmişdir. Bu ayədə möminlərə xəbərdarlıq edir ki, bu cür dostluqlardan uzaq olsunlar. Möminlərdən başqası ilə dostluq etməsinlər. Başqaları ilə sirlərini paylaşmasınlar. Çünki kafirlər müsəlmanlara hər yolla pislik etməkdən çəkinmirlər. Allah bu ayənin yardımı ilə müsəmanları ayıldır və bu cür təhlükəli dostluqlardan uzaq olmağa çağırır. Çox təəsüf ki, müasir zamanda mətbuat, televiziya və internet bu cür insanların əlindədir.

2. Zalımlar. "Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz”. ("Hud” 113). İmam Sadiq (ə) bu ayənin təfsirində buyurub: "Məqsəd o kəsdir ki, sultanın yanına gedər və sultan əlini kisəyə salar və ona verdiyi qədər sağ qalmasını arzu edər”.

3. Müsəlman cəmiyyətindən üz çevirmiş insanlar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim müsəlman cəmiyyətindən üz çevirər, müsəlmanlara qeybəti vacibdir və ona qarşı ədalətli olmaqları aradan götürülər və tərk olunması vacibdir”.

İslami təlimlərə görə müsəlman özünə dost seçərkən bəzi məsələlərə diqqət etməlidir. Hər kimlə gəldi dostluq etmək olmaz. Yaxşı olar ki, dost seçən zaman həm əqidədə olduğun insanla dostluq edəsən. Bu dostluğun həm sənə və həm də müsəlman cəmiyyətə faydası olar.


 Tebyan 


Category: Digər məlumatlar | Added by: Mursəlat
Views: 802 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2012-10-31 2:17 PM) [Daxil et]
Salam Aleykum
RE;-"Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm». Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir”. ("Şura” 23).Allahın düşmənləri. "Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür”. ("Ali-İmran” 118).
Zalımlar. "Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz”. ("Hud” 113). İslami təlimlərə görə müsəlman özünə dost seçərkən bəzi məsələlərə diqqət etməlidir. Hər kimlə gəldi dostluq etmək olmaz. Yaxşı olar ki, dost seçən zaman həm əqidədə olduğun insanla dostluq edəsən. Bu dostluğun həm sənə və həm də müsəlman cəmiyyətə faydası olar.


Bismillahir-Rəhmanir-Rəhim.
Həzrət Peyqəmbər(s.ə.s.) buyurub:
Allah təala buyurmuşdur;-hərkəs Mənim dostumu təqqir eləsə,özünü mənimlə muharibəyə hazirlaşdirmişdir!
Mənim bəndəmin yerinə yetirərək dərgəhima yaxinlaşmaq istədəyin ən sevimli şey budurki ona vacib etdiyim fərizələri yerinə yetirsin,o müstəhəb namazlarin vasitəsiilə Mənim dərgəhima o gədər yaxinlaşa bilərki Mən onu sevim,əyər onu sevsəm Mən onun eşidən gulaği, hər şeyi gördüyü gözüilə-danişdiöi dili olaram. Belə bir bəndə dua edib Məni çağirsa,duasini qəbul edərəm, əyər Məndən bir şey istəsə əta edərəm, Mən heç bir şeydə mö`minin canini almaq gədər tərəhdüd edməmişəm, çünki o ölümü xoşlamir, Mən isə onu qəmgin eləmək istəmirəm.

Allah Razi olsun gözəl mövzudir.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]