Cümə günü, 2024-04-19, 8:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Həyata qayıdış duası
2012-11-04, 5:01 PM
Həyata qayıdış duası

Ölüm insanın ən yaxın yoldaşıdır. İnsan hər gün ölümü təcrübədən keçirir. Gözləri qapayıb yatmaq əslində ölümün bir formasıdır. Yatan insan eynən ölü kimi dünyadan ayrılır, ruhani səfərə çıxır. Onun geri dönüb-dönməyəcəyi məlum deyil. Çoxları yatır və bir daha oyanmır. Əgər yatmazdan qabaq bir daha oyanmayacağını bilsəydi hansısa yarımçıq işlərinin dalınca qaçar, vəsiyyət edərdi.
Bu nöqtələri nəzəri aldıqda iki dua əhəmiyyətli görünür: yuxudan qabaq və oyanan zaman dua.
Yatmazdan qabaq Quran və dua oxumaq müstəhəbdir, bəyənilir.
-Bismillah demək, Xanım Zəhranın (s.ə) təsbihatını demək;
-3 dəfə İxlas surəsini oxumaq;
-salavat;
-istiğfar;
-təsbih;
-Kəhf surəsinin son ayəsi...
İmam Hadidən (ə) nəql olunur ki, Əhli-Beyt yatmazdan öncə müəyyən əməlləri yerinə yetirir:
-təharət, dəstəmaz;
-sağ üz sağ əldə, sağ tərəf üstə yatmaq;
-34 əllahu əkbər, 33 əlhəmdulillah, 33 sübhan əllah;
-üzüqibləyə yatmaq;
-Fatihə oxumaq;
-Ayətəl-kürsi oxumaq...
Yuxudan oyandıqdan sonra bu duanı oxumaq tövsiyə edilir:
-Həmd olsun o Allaha ki, bizi öləndən sonra diriltdi, dirilik Ona doğrudur;
Həmd olsun o Allaha ki, mənə salamtlıq verdi, həyatımı mənə qaytardı, mənə zikri üçün icazə verdi.




الْحَمْدُ لِلَّهِ الَّذِی أَحْیَانَا بَعْدَ مَا أَمَاتَنَا وَإِلَیْهِ النُّشُورُ
الْحَمْدُ لِلَّهِ الَّذِی عَافَانِی فِی جَسَدِی وَرَدَّ عَلَیَّ رُوحِی وَأَذِنَ لِی بِذِکْرِهِ


Samir
HaqqYolu
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 781 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]