Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür - Digər məlumatlar - Digər məlumatlar - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür
2013-10-13, 6:13 AM
Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür

 Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür.  İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı (hicrətin 96-cı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s. ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində, Zilhiccə ayının 7 də Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on səkkiz il olmuşdur.

Aşağıda adları çəkilmiş xəlifələr İmam Baqirin (ə) İmaməti dövründə onun həməsri olmuşlar:

Vəlid ibn Əbdülməlik (86-96 h.q);
Süleyman ibn Əbdülməlik (96-99 h.q);
Ömər ibn Əbdüləziz (99-101 h.q);
Yezid ibn Əbdülməlik (101-105 h.q);
Hişam ibn Əbdülməlik (105-125 h.q);

Xatırladaq ki, əziz məsum İmamımızın (ə) və digər məsumların (ə) Bəqi qəbristanlığında olan məzarları vəhhabilər tərəfindən ehtiramsızlıq göstərilərək dağıdılmışdır.
 
Şəhadət münasibəti ilə başda İmam Zaman ağa (ə.f) olmaqla bütün müsəlmanlara başsağlığı veririk
 
/Deyerler.org/
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 308 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]