Cümə axşamı, 2024-04-25, 8:37 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Behiştin xeyirxah işçiləri
2012-12-15, 8:16 PM
Behiştin xeyirxah işçiləri
 Həzrət Peyğəmbər (s) buyurur: "Merac gecəsində mənə göstərdikləri yerlərdən biri də behişt idi. Gördüm ki, bu behiştin bir hissəsi Quranın buyurduğu nemətlərə qərq olmuşdur. Ancaq bir hissəsi səhralıqdır. Orada heç bir şey yoxdur. Burada ancaq torpaq vardır və mələkut aləminin işçiləri burada işləyirlər. Ancaq işləməkləri də daimi deyildir. Yəni bir az işləyirlər və sonra əl saxlyırlar, işləmirlər. Sonra yenə işləyirlər və bir müddət işləmirlər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Mən bu işçilərlə söhbət etdim”. Soruşdum: "Niyə behiştin bir hissəsi yüz faiz kamildir, bir hissəsi isə səhralıqdır. Siz ki, behişti düzəldirsiniz, niyə işinizi davamlı yerinə yetirmisiniz?”.

Mənə dedilər: "Ya Rəsulallah! Bu yüz faiz hazır olan behişt elə möminlərə aiddir ki, lazım olan materialları istehsal ediblər. O zaman ki, bu metarialları göndərdilər, biz də onu behiştə çevirdik. O zaman ki, onlar ölər, biz Qiyaməti gözləyərik ki, bərpa olsun və məhsulunu onlara verək.

Ancaq bu yer ki, səhradır, o insanlara aiddir ki, dünyada behişt inşa etməzlər. Bunlar mömin kişi və qadınların bir hissəsidir ki, yaxşı, ədəbli və vəfalı insanlardır. İbadət, namaz, oruc, infaq əhlidirlər. O zaman ki, onlar bu işlərə girişərlər, material hazır olan kimi biz işə başlayırıq. Ancaq o zaman ki, onlar ibadətə və müsbət işlərə əl atmazlar, bizim əlimiz boşalar, materialımız olmadığı üçün heç nə tikə bilmirik”.



(Erfan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 828 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2012-12-19 6:55 PM) [Daxil et]
Salam aleykum.
ok uhm Kəklik guşun plovu var orda?(zaraFFat)
Bismillahir-Rəhmanir-Rəhim
55/46. Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır.
47. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
48. Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır.
49. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
50. O iki cənnətdə daim axan iki bulaq vardır.
51. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
52. O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır.
53. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]