Cümə axşamı, 2024-03-28, 12:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Allahın günləri
2013-03-26, 5:51 AM
Allahın günləri
"Allahın günlərini onların yadına sal"! ("İbrahim", 5 )
Qurban bayramı! Adi bir gündə bu bayramın yada düşməsində və insanlara xatırladılmasında nə fayda ola bilər?
İbrahimin, yoxsa İsmailin şərəfinə qeyd edirik bu günü? Heç birinin! Belə günlər Quranda "əyyamullah", Allahın günləri, ilahi günlər adlanır. Yəni ilahi dəyəri olduğu üçün qeyd edirik bu günləri.
Qayıdaq əvvəlki suala: Nə üçün adi bir gündə qurban bayramı yadımıza düşsün və bunu başqalarına xatırladaq?
Adi bir gündə qurban bayramı haqda düşünürük. Yadımıza düşür ki, bu gün İbrahim ona əziz insanı, İsmaili qurban verməyə hazır oldu. İnsan ən sevdiyi övladından da keçməyə hazır olursa, demək artıq onun üçün heç bir bağlılıq, əsarət qalmayıb. Bu isə azadlığı dadmağın yeganə yoludur.
Və bu gün, İbrahimin İsmaili qurbangaha apardığı gün, oldu "əyyamullahdan", Allahın günlərindən biri.
Allah Quranda buyurur:"Allahın günlərini yada salın." Yəni bu günləri qeyd etmək üçün onların gəlib çatmasını gözləmək lazım deyil. Adi günlərdə də yada salmaq lazımdı bu günləri. Yada salmaq lazımdı qurban bayramını. Yada salmaq lazımdı İbrahimin İsmaildən keçməsini və buradakı ibrət dərsini; öz ismailimizin nə olduğunu və ondan keçməyə hazır olub-olmadığımızı düşünməliyik.
Hər birimizin ismailləri var. Hər birimizin bağlılıqları var. İbrahimə İsmaildən keçməsini deyən Allah, bizdən də nələrdənsə keçməyimizi istəyib. Dünyəvi bağlılıqlardan qurtulmağa hazır olmağımızı istəyib ki, azadlığı dadaq! Hərəmiz bir cür bağlanmışıq. Kimi məqam, şöhrət arzusuna, kmi var – dövlətə, kmi hansısa xasiyyətinə, kmi hansısa futbol komandasına! Bəzilərimiz əynindəki dar paltarlardan, bəzilərimiz sadəliyə zidd saç düzümündən, bəzilərimiz şit zarafatlarından, bəzilərimiz Allahdan uzaqlaşdıran dostlarından, bəzilərimiz pərəstiş etdikləri şəxsiyyətlərdən və... ayrıla bilmir. Bütün bunlardan və başqa bir çox buxovlardan qurtulmayanadək irəli addım ata bilməyəcəyik heç zaman!
"Yada salın Allahın günlərini!"
Elə adi bir gündə yada sal qurban bayramını, yada sal ki, o gün İbrahim İsmaili verməyə hazır oldu. Amma sən-mən hətta saç düzümümüz, geyimimiz kimi sadə bağlılıqlardan qurtulmağa, ruhumuzun azadlığı üçün qurban verməyə hazır deyilik..
Bu gün insan ruhunun azdlığı dadmasını xatırladan gündür. Mütləqliyi xatırladan bir gün!
Və əsas olan qurban bayramını qeyd etmək deyil, onu vaxtı-vaxtında yada salmaqdır.

" Allahın günlərini onların yadına sal"! ("İbrahim", 5 )

haqyolu


Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 721 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]