Cümə günü, 2024-03-29, 3:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Gündəlik namazlarımızda valideynlərimizi unutmayaq!
2013-11-06, 7:08 PM
Gündəlik namazlarımızda valideynlərimizi unutmayaq!

  Allah çox sayda Quran ayəsində valideynə yaxşılıq etməyi biz müsəlmanlara əmr edir və bu əməli İlahi nemətlərə şükür etməklə bərabər tutur. Allah buyurur: "Və Biz insana ata-anası barəsində tövsiyə etdik. Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. (Dedik) ki: «Mənə və ata-anana şükür et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir»”. ("Loğman” 14).
Bu ayə valideynı edilən yaxşılığın səbəblərini bəyan edir. Əgər hər kim valideynlərinə hörmətsizlik edərsə, bağışlanmayan səhv etmiş olar. (Erfan)
Övlad gərək hələ ki, valideynləri sağdır, onlara itaət etsin. Onlar üçün ruhi və mənəvi rahatlıq fəzazı yaratsın. Ölən zaman isə bacardığı qədər ruhuna görə dua etsin. Namazlarında bağışlanmağını istəsin. Allahdan istəsin ki, həyatda olan zaman övladına qarşı etdiyi haqsızlıqlarına və haqqını zay etməsinə görə onları bağışlasın və əfv etsin.
Bununla yanaşı, övladın valideynə dua etməsinin özü bir ibadətdir. İmam Rza (ə) Əbu Şueyb Xorasaniyə buyurur: "Harada yaşayırsan?”. Dedim: "Kufədə”. Buyurdu: "Kufə məscidi Nuhun (ə) evi kimidir. Hər kəs ki, yüz dəfə ora daxil olar, Allah yüz günahını bağışlayar. Çünki Nuh (ə) orada belə dua etmişdir: «Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır»”. ("Nuh” 28).
Soruşdum: "Valideyn dedikdə kimləri nəzərdə tutursunuz?”. Buyurdu: "Adəmlə Həvvanı”.
Qurani-Kərim İbrahimin (ə) sərgüzəştləri haqqında danışan zaman sonda onun Allahdan istədiyi 7 istəyə işarə edir: Məkkənin təhlükəsizliyi, bütpərəstlikdən uzaq olmaq, möminlərin qəlb və fikirlərinin övladlarına diqqət etməsi, məktəbi, nəslinin bu səmərələdən faydalanması, namaz qılmaq tofiqi, dualarının qəbul olması. Axırıncı duası bu olur: «Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!». ("İbrahim” 41).
Ona görə də göründüyü kimi, gərək dua edən zaman valideynləri, qohumları və möminləri unutmayaq. İnsan əgər valideynlərinin bir naqisliyini və ya təqsirini görərsə, onları əfv etsin və onların bağışlanması üçün Allaha dua etsin. Allahdan istəsin ki, onlara xoşgümanla nəzər salsın. Valideynlərin çəkdikləri əziyyətlər qarşısında bu əziyyətlərə dözmək heç də çətin deyildir.
Müammər ibni Xəllad İmam Rzaya (ə) deyir: "Nə zaman valideynlərim məzhəbin haqqını tanımasalar, onlara görə dua edimmi?”. Həzrət (ə) buyurdu: "Onlara görə dua et və onların tərəfindən sədəqə ver. Əgər sağ olsalar və məzhəbi tanımasalar, onlarla mehriban ol. Belə ki, Peyğəmbər (s) buyurmuşdur: "Allah məni rəhmətlə göndərmişdir, nəinki itaətsizlik və mehribansızlıqla””.
Bir nəfər İmam Sadiqə (ə) deyir: "Atam çox qocalmış və zəifləmişdir. Biz onun ehtiyacını ödməsi üçün çiynimizə alarıq”. İmam (ə) buyurdu: "Əgər bacarırsansa belə et və yeməyin tikəsini özün əllərinlə onun ağzına qoy ki, Qiyamət gününün sabahısı sənin qalxanın və qoruyucun olacaqdır”.
Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir ki, atam və anam ölmüşdür. Onların mənim üzərimdə başqa nə haqları vardır?”. Həzrət (s) buyurur: "Onlara görə namaz qıl və bağışlanma dilə, vəsiyyətini yerinə yetir. Dostlarını əziz tut, qohumlarına yaxşılıq et. Ananın haqqı atanın haqqından iki dəfə çoxdur”.
 
/Deyerler.org/

Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1142 | Downloads: 0 | Comments: 1 | Rating: 2.0/1
Total comments: 1
0  
1 inci63   (2015-02-28 8:38 AM) [Daxil et]
Cox gözel.əllərinizə sağlıq.

Gülnar.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]