Şənbə günü, 2024-04-20, 8:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Səfər orucu.
2013-07-14, 9:08 AM
Səfər orucu.

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. (Bəqərə" surəsi, ayə 184)

Ramazan ayında səfərə cıxmagın hec bi nöqsanı yoxdur. Bununla belə, bir sıra şərtləri var;
Orucluqdan qacmaq məqsədilə olunan səfərlər haram olmasa da, məkruhdur (bəyənilməyən). Gündəlin 4 rükətlik vacib namazlarını iki rukət qılan şəxslər oruc tatmamalı, Ramazan ayı qurtardıqdan sonra tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Səfərdə və ya işi səfər etməklə baglı olan şəxslər isə səfər etdikləri yerlərdə 10 gündə az qalsalar belə, oruclarını tutmalıdırlar. Ramazan ayının orucundan qeyri-vacib (nəzir orucu və s.) tutmalı olan şəxslər yalnız zəruri hallarda səfərə cıxa bilərlər. Səfərə cıxmaq məcburiyyətində qaldıqda isə səfər etdikləri yerdə 10 gün, yaxur 10 gündən artıq qalmalı olsalar, oruclarını tuta bilərlər.

Oruc tutmagı nəzir edən və gününü müəyyən etməyən şəxslər həmin günü səfərdə kecirə bilməzlər. Müəyyən gündə oruc tutacagını nəzir edən şəxslər həmin gün səfər etməli olsalar, oruclarını tutmalıdırlar. Mədinə şəhərində 10 gündən az qalmalarına baxmayaraq, burada səfərdə olan şəxslər müstəhəb orucları tuta bilərlər. Səfərde olan şəxs getdiyi yerdə on gündən az qalacagı təqdirdə orucunun batil oldugunu bilməyib gün ərzində məsələ ilə taniş olarsa, orucu batil olur. Yox, əgər şam namazından sonra başa düşərsə, tutdugu oruc düzgündür. Səfərdə oldugunu və ya səfərdə olan şəxsin oruc tuta bilmədiyini unudan şəxs səfərdə oruc tutarsa, orucu batil olar. Günorta namazından sora səfərə cıxan şəxslər həmin günün orucunu tamamlamalıdırlar. Sübh namazından sonra səfərə cıxan şəxslər isə zöhr namazına qədər yaşadıqları yerə qayıtdıqda oruclarını tutmalıdırlar.
 
Zöhr namazından əvvəl səfərə cıxan , amma 24 km uzaq getmək niyyətində olan şəxslər həmin məsafəni  qət etdikdən sonra orucu pozmalıdırlar.  Səfərə cıxan şəxslər orucunu 24km  qət etdikdən sonra orucu pozmalıdırlar, orucunu bu müddətdən əvvəl pozan şəxslər, ehtiyata əsasən  hemin günün kəffarəsini verməlidirlər. 
 
Zöhr namazından əvvəl vətəninə yaxud  on gündən artıq qalmaq  istədiyi yerə catan şəxslər orucu pozan məqamlarından birini yetirmədikdə həmin günün orucunu tutmalıdırlar.
 
Orucu pozan işlərdən birini yerinə yetirdikdə isə oruc tutmaları vacib deyil. Zöhr namazından sonra vətəninə, yaxud 10 gündən artiq qalmaq istədiyi yerə catan şəxslər oruc tutmalıdırlar.
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 842 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]