Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Qurani Kərimdə Oruc ilə əlaqədar Ayələr - 1
2013-07-14, 9:19 AM | |
Oruc
bəşər övladına fərz qılınmış yəni edilməsi zəruri olan ibadətlərdən bir
dənəsidir. Ramazan ayının rəhmət və bərəkət ayı olaraq xatırlanması bu
mənada çox məqsədəuyğundur. 364 gündən daha xeyirli bir gün olan Qədr
gecəsi bu aydadır. O Qədr gecəsi ki; Allahu Təala o gecəyə "Min aydan
daha xeyrlidir" deyir. Min aydan daha xeyirli olan bu gecə də
insanları qurtuluşa, felaha çatdıran və işıqlandıran uca kitabımız
Qurani Kərim bu ay da endirildi. Oruc
sözünün keçdiyi bütün ayələri Ərəbcə və Aərbaycanca tərcümə olaraq bir
yerə topladıq… 13 Ayəsni Kərimədə oruc insanların üzərinə fərz qılınmış.
Sağlımlığımızda problem və bəzi bəhanəmiz yoxsa oruc mütləq
tutulmalıdır… BƏQƏRƏ-183: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ Ey
iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi
kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən
çəkinəsiniz!" BƏQƏRƏ-184: أَيَّامًا
مَعْدُودَاتٍ ۚ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ
فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ ۚ وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ
طَعَامُ مِسْكِينٍ ۖ فَمَنْ تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَهُ ۚ
وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ ۖ إِنْ كُنْتُمْ تَعْلَمُونَ (Oruc
tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən
xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc
tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində)
bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir
iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha
yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" BƏQƏRƏ-185: شَهْرُ
رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ
وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ ۚ فَمَنْ شَهِدَ مِنْكُمُ
الشَّهْرَ فَلْيَصُمْهُ ۖ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ
فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ ۗ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا
يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا
اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ İnsanlara
doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı
batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan
ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə
olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar.
Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin
orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu
əkbər” deməklə) təzim və şükür edəsiniz. " | |
Views: 820 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |