Cümə günü, 2024-04-19, 9:53 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Qədr gecəsi və əməllər
2013-07-25, 4:22 AM
Qədr gecəsi və əməlləri

وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ
    Sən haradan biləsən ki, Qədr gecəsi nədir?

لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ
    Qədr gecəsi min aydan xeyirlidir.
(Qədr- 2-3)

    Qüsl etmək
    Qüsl edərkən belə niyyət etməlidir:" Əhya gecəsinin qüslunu edirəm qürbətən iləllah".

    Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq.
    Qədr gecəsində qılınan namazın böyük savabı var. Qədr gecəsinin namazı şam və xiftən (işa) namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazı belədir:
    Niyyət: "Qədr gecəsinin namazını qılıram, qürbətən iləllah" Sübh namazı kimi iki rükətlidir. Hər rükətdə həmd surəsindən sonra yeddi dəfə ixlas (Qul huvəllah) surəsi oxunur. Namazı qurtardıqdan sonra dərhal sonra alnını səcdəyə qoyaraq (səcdə halında)  yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyilir.

     İmam Sadiq (ə) buyurur:
    "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allah onun özünü və ata-anasının günahlarını bağışlayar".

    Quranı başa qoymaq
    Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adlarını and verməklə Allahdan günahların bağışlanmasını,  dünya və axirət istəklərini bildirmək.
    Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and verməyin mənası budur ki, "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm".
    Quranı baş üstə qoyub dua etməyin qaydası belədir;
Qur`anı açıb qarşıya qoymaq və bu duanı oxumaq:

"اَللّهُمَّ اِنّى اَسْئَلُكَ بِكِتابِكَ الْمُنْزَلِ وَما فيهِ وَفيهِ اسْمُكَ الاَكْبَرُ وَاَسْمآؤُكَ الْحُسْنى وَما يُخافُ وَيُرْجى اَنْ تَجْعَلَنى مِنْ عُتَقآئِكَ مِنَ النّارِ 

"اَللّهُمَّ بِحَقِّ هذَا الْقُرْآنِ وَبِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ وَبِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فيهِ وَبِحَقِّكَ عَلَيْهِمْ فَلا اَحَدَ اَعْرَفُ بِحَقِّكَ مِنْكَ”

     Duanın oxunuşu belədir:
    "Əllahummə inni əs`əlukə bikitabikəl-munzəli və ma fih, və fihismukəl-əkbəru və əsmaukəl-husna, və ma yəxafu və yurca, ən təc`ələni min `utəqaikə minən-nar. Əlllahummə bihəqqi hazəl-qur`an, və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi kulli muminin mədəhtəhu fih, və bihəqqikə ələyhim, fəla əhədə ə`rəfu bihəqqikə mink.

     Duanın tərcüməsi:
    "İlahi səndən nazil etdiyin kitaba görə istəyirəm, onda nazil etdiklərinə görə istəyirəm, onda sənin ən böyük və ən gözəl adların var, qorxudan və ümid verən var, (istəyirəm) ki, məni cəhənnəm odundan xilas olanlardan qərar verəsən.”
Bu duadan sonra istədiyi duanı etsin.
    İlahi (Səni and verirəm bu) Qur`anın haqqına, və and verirərm o şəxsin haqqına ki, bu Qur`anı ona göndərmisən, və o möminlərə and verirəm ki, onları bu Qur`anda tərifləmisən, və sənin onlar üzərində olan haqqına and verirəm, və Sənin haqqını Sənin Özündən yaxşı tanıyan yoxdur.
    Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini 10 dəfə de:
1. "Bikə ya əllahu”.
2. "Bi-muhəmmədin”.
3. "Bi-əliyyin”.
4. "Bi-fatimətə”.
5. "Bil-həsəni”.
6. "Bil-husəyni”.
7. "Bi-əliyy-ibnil-husəyni”.
8. "Bi-muhəmməd-ibni-əliyyin”.
9. "Bi-cə`fər-ibni-muhəmmədin”.
10. "Bi-musəbni-cə`fərin”.
11. "Bi-əliyy-ibni-musa”.
12. "Bi-muhəmməd-ibni-əliyyin”.
13. "Bi-əliyy-ibni-muhəmmədin”.
14. "Bil-həsən-ibni-əliyyin”.
15. "Bil-huccəti”.

    Bu mübarək adlara and verən zaman Quran başa qoyulur.     Adlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

    İmam Əli (ə) və İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq
    100  rükət (sübha namazı kimi) müstəhəbi namaz qılmaq
    Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazların savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.

    Peyğəmbər (s) və onun Əlhi-Bəytinə (ə) salavat göndərmək.
    Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd

    Rum və Ənkəbut surələrini oxumaq
    Həzrət Əlinin (ə) qatillərinə lənət oxumaq
    Yüz dəfə : "Allahummələn qətələtə Əmiril-möminin" (Yəni; "İlahi, Əlinin (ə) qatillərinə lənət et")

    Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək
    Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm".

 
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 1020 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]