Cümə günü, 2024-03-29, 4:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Qədr gecəsi, Quranın nüzulu
2013-07-25, 4:09 AM
Qədr gecəsi, Quranın nüzulu

 

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

«Həqiqətən, Biz Quranı Qədr gecəsi (lövhi məhfuzdan) dünya səmasına nazil etdik». (Qədr surəsi, ayə 1)
 
Qədr gecəsinin əməlləri

Qədr gecələrinin əməlləri iki qismdir. Birinci qism o əməllərdir ki, Qədr gecəsi ehtimal olunan hər üç gecədə (Ramazanın 19, 21 və 23) yerinə yetirilir. İkinci qism isə o əməllərdir ki, onlar ancaq bir gecəyə məxsusdur (Yəni bu əməl, ya ancaq Ramazanın 19-cu gecəsinə və ya ancaq 21-ci gecəsinə və s. məxsus əməllərdir). Qədr gecəsi elə bir gecədir ki, bütün ildə yaxşılıq və üstünlükdə heç bir gecə bu gecəyə çata bilməz. Bu gecədə yaxşı əməl etmək, min ayda əməl etməkdən daha yaxşıdır. İlin işləri bu gecədə müqəddər olur və bu gecədə mələklər və mələklərin ən əzəmətlisi olan Ruh Rəbbinin izni ilə yerə enib, İmam Zaman (ə)-ın xidmətinə təşrif gətirirlər və hər kəs üçün müqəddər olan ona (ə) təqdim olunur.
Birinci qismə aid olan əməllər:
1. Qüsl
2. İki rəkət əhya gecəsinin namazını qılmaq. Hər rəkətdə bir «Həmd» və 7 dəfə «İxlas» surəsi oxunur. Namazdan sonra 70 dəfə deyilir: «Əstəğfirullahə və ətubu ileyh» (Allahdan bağışlanmağımı istəyirəm və ona tövbə edirəm.)
3. Qurani-Kərimi açıq vəziyyətdə qarşında tutub bu duanı oxu: «Allahummə inni əs’əlukə bikitabikəl-münzəli və ma fihi və fihis-mukəl əkbəru və əsmaukəl hüsna və ma yuxafu və yurca ən təc’ələni min ütəqaikə minənnar» (İlahi, içərisində Sənin ən böyük ismin və gözəl adların olan, qorxudan və ümid olunan nazil etdiyin bu kitaba xatir Səndən istəyirəm ki, məni cəhənnəm odundan azad etdiklərindən qərar verəsən.) Duadan sonra diləyini Allahdan istəyirsən.
4. Quranı başına qoyub bu duanı oxu: «Alahummə bihəqqi hazəl Qur’an və bi həqqi mən ərsəltəhu bihi və bihəqqi kulli mu’minin mədəhtəhu fihi və bihəqqikə əleyhim fəla əhədə ə’rəfu bihəqqikə minkə» (İlahi, bu Qurana xatir və o kəsə xatir ki, bu Quranı onunla birgə göndərmisən və bu Quranda tərif etdiyin hər bir möminə xatir və Sənin onların üzərində olan haqqına xatir, belə ki, Sənin haqqını Səndən daha yaxşı bilən yoxdur.) Sonra 10 dəfə deyirsən: bikə ya Allah, 10 dəfə bi Muhəmmədin, 10 dəfə bi Əliyyin, 10 dəfə bi Fatimətə, 10 dəfə bil Həsəni, 10 dəfə bil Huseyn, 10 dəfə bi Əliyyibnil Huseyn, 10 dəfə bi Muhəmməd ibni Əliyy, 10 dəfə bi Cəfər ibni Muhəmməd, 10 dəfə bi Musəbni Cəfər, 10 dəfə bi Əliyyibni Musa, 10 dəfə bi Muhəmməd ibni Əli, 10 dəfə bi Əliyyibni Muhəmməd, 10 dəfə bil Həsən ibni Əli, 10 dəfə bil Huccəti (İlahi, Səni özünə and verirəm, İlahi, səni Peyğəmbərə (s) and verirəm, İlahi səni Əliyə (ə) and verirəm, İlahi, səni Fatiməyə (ə) and verirəm...) Sonra dilək və hacətini Allahdan istə.
5. Əhya (Səhərə qədər oyaq qalmaq). Rəvayətdə var ki, hər kim qədr gecəsini əhya saxlasa, günahları bağışlanar.
Bu əməlləri hər üç gecədə yerinə yetirmək lazımdır. Aşağıdakı əməllər isə hər gecənin özünə məxsusdur.
19-cu gecənin əməlləri:
1. 100 dəfə deyilir: «Əstəğfirullahə rəbbi və ətubu ileyh» (Rəbbim olan Allahdan bağışlanmaq istəyib, ona tövbə edirəm.)
2. 100 dəfə deyilir: «Allahumməl’ən qətələtə Əmiril mu’minin» (İlahi, Həzrət Əlinin qatillərini rəhmətindən uzaqlaşdır.)
21-ci gecənin əməlləri:
21-ci gecənin duası uzun olduğu üçün yazmadıq. İstəyənlər «Məfatihul-cinan» və sair dua kitablarına müraciət edə bilərlər.
23-cü gecənin əməlləri:
1. «Ənkəbut» və «Rum» surələrini oxumaq. İmam Sadiq (ə) buyurur: «Bu gecədə bu iki surəni oxuyan cənnət əhlindəndir».
2. «Duxan» surəsini oxumaq.
3. İmam Zamanın fərəc duası: «Bismillahir-rəhmanir-rəhim. Allahummə kunli vəliyyikəl höccət ibnil Həsən səlavatukə əleyhi və əla abaihi fi hazihis saəti vəfi kulli saəh. Vəliyyən və hafiza, və qaidən və nasira, və dəliynən və əyna. Hətta tuskinahu ərzəkə təuən vətuməttiəhu fiha təvila. Birəhmətikə ya ərhəmər-rahimin» (Rəhimli və mərhəmətli Allahın adı ilə. İlahi, öz dostun Hoccət ibni Həsən (ə) üçün bu saatda və hər bir saatda vəli, hifz edən, rəhbər, köməkçi və dəlil ol və onu Öz nəzərin altında saxla. Ta o vaxta qədər ki, onu yer üzərində uzun müddət məskunlaşdırıb, orada nemətlərinlə faydalandırasan.)
4. Bu duanı oxumaq: «Allahumməm-dud li fi umri və ausi li fi rizqi və əsihhə li cismi və bəlliğni əməli və in kuntu minəl əşqiyai fəmhuni minəl-əşqiya vəktubni minəs-süədai fə innəkə qultə fi kitabikəl münzəli əla nəbiyyikəl mursəli salavatukə əleyhi və alihi yəmhullahu ma yəşau və yüsbit və indəhu ummulkitab» (İlahi, mənə uzun ömür ver, mənim ruzimi genişləndir, cismimi sağlam et, məni öz arzuma yetir. Əgər mənim adım bədbəxtlər dəftərindədirsə, mənim adımı oradan sil və məni səadət əhlindən qərar ver. Çünki sən mürsəl Peyğəmbərinə – sənin rəhmətin ona və ailəsinə olsun – nazil etdiyin kitabda demisən: «Allah istədiyini silər, istədiyini sabit saxlayar və kitabın əsli onun yanındadır».)


Ramazan ayının ilk və son gecəsində ayı görərkən
 oxunan dualar
 


Ramazan ayının ilk gecəsi hilalı gördükdə üzünü qibləyə tutub əlləri səmaya qaldırıb aya xitabən belə deyirsən: «Rəbbi və rəbbukəllahu rəbbul aləmin. Allahummə əhilləhu əleyna bil-əmni vəl iman vəs-səlaməti vəl-islam vəl musarə’əti ila ma tuhibbu və tərza. Allahummə barik ləna fi şəhrina haza vərzuqna xeyrəhu və aunəhu vəsrif ənna zurrəhu və şərrəhu və bəlaəhu və fitnətəhu» (Mənim və sənin rəbbin aləmlərin rəbbi olan Allahdır. İlahi, əmniyyət və imanla, salamatlıqla, İslamla və sənin sevib razı olduğun işlərə tələsməklə bu ayı bizlərə yeniləşdir. İlahi, bu ayımızı bizlər üçün bərəkətli edib, onun xeyri və köməyini bizlərə nəsib et və onun ziyan, şərr, bəla və fitnəsini bizlərdən uzaqlaşdır.)
Ramazan ayının son gecəsində aşağıdakı dua ilə ayla vidalaşırlar: «Allahummə la təc’əlhu axirəl-əhdi min siyami lişəhri ramazan və əuzu bikə ən yətluə fəcru hazihilleyləti illa və qəd ğəfərtə li» (İlahi, bunu mənim Ramazan ayında tutduğum orucların axırıncısı qərar vermə. İlahi mən sənə pənah aparıram ki, bu gecənin sübhü açıldıqda məni bağışlamış olasan.) Sübh açılmamışdan Allah onun günahını bağışlayar.
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 827 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]