Cümə axşamı, 2024-03-28, 6:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Fitrə zəkatının məbləği adambaşı 2 manatdan götürülə bilər
2013-08-09, 8:00 AM
Fitrə zəkatının məbləği adambaşı 2 manatdan götürülə bilər

Mübarək Ramazan ayı sona çatmaqdadır. Mübarək ayın sonuncu günü bitəndən sonra gələn gecə - Ramazan (Fitr) bayramı gecəsidir. Həmin gecədə fitrə zəkatı ayırmaq lazımdır.
Bəs bu il üçün fitrə zəkatının miqdarı nə qədərdir? Məlum olduğu kimi, fitrə zəkatının məbləği 3 kq buğda, çörək kimi qidadır.
 
Mövcud qiymətləri nəzərə alaraq, ailənin hər üzvü üçün 2 manat həcmində fitrə zəkatı çıxmaq olar.

Amma əgər bir ailənin əsas qidası məsələn, düyüdürsə, onda hesablama bir qədər fərqli olacaq. Misal üçün, 1 kilosu təqribən 2 manata olan düyünü gündəlik işlədən ailənin hər bir üzvü üçün fitrə zəkatı 6 manat məbləğində olacaqdır.
Üzrlü səbəbə oruc tutmayan insanın kəffarəsi (fidyə) isə 750 qr buğda, çörək miqdarındadır. Deməli, üzrlü səbəbdən oruc tutmayanlar hər gün üçün təqribən 2 ədəd çörək alıb, fəqirə verə bilər. Yaxud da, əgər xatircəmlik olsa ki, bu pula qida alınacaq, bunun pulunu fidyə ünvanı ilə fəqirə vermək olar.
/Deyerler.org/
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 907 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]