Bu gecə birinci Qədr gecəsidir (Gecənin əməlləri) - 11 ayın sultanı - Dəstəmaz-Namaz - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 11:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Bu gecə birinci Qədr gecəsidir (Gecənin əməlləri)
2013-07-27, 1:38 PM

Bu gecə birinci Qədr gecəsidir (Gecənin əməlləri)


 

Bu gecə (iyulun 27-dən 28-nə keçən gecə)  birinci Qədr gecəsidir.


Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:


1) Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: "Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah”. Bu qüslün böyük savabı vardır.


2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”.


3) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: "Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm”.


4) Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və xiftən (işa) namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:

Niyyət: "Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”. Sübh namazı kimi iki rükətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyilir.

İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”.


5) Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: "Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam.” Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər”. (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)

Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm”.

Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:

Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:

Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utəqaikə minən-nar. Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.

Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:

1. Bikə ya Allah. (10 dəfə)

2. Bi Muhəmmədin (s) (10 dəfə)

3. Bi Əliyyin (ə) (10 dəfə)

4. Bi Fatimətə (ə) (10 dəfə)

5. Bil Həsəni (ə) (10 dəfə)

6. Bil Hüseyni (ə) (10 dəfə)

7. Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)

8. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)

9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)

10. Bi Musa ibn Cəfər (ə) (10 dəfə)

11. Bi Əli ibn Musa (ə) (10 dəfə)

12. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)

13. Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə)

14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)

15. Bil Hüccəti (ə.f) (10 dəfə)

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.


6) İmam Əli (ə) və İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.


7) 100 rükət (sübh namazı kimi) müstəhəbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)


8) Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək. (Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd)


9) Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm”.


/ihq.az, birlik.az /

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 376 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0   Spam
1 GADİR   (2013-07-28 10:02 AM)
ALLAH  RAZI  OLSUN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]